Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə72/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   68   69   70   71   72   73   74   75   ...   189

K r a l i ç a .  

L a e r t .  

K r a l i ç a .  

O yanıb, odlanıb su istəyəndə 

Əvvəldən xəlvətcə hazırladığım 

Xüsusi qədəhi verərəm ona. 

O sənin ölümcül zərbəndən əgər 

Sağ qalsa, qədəhdən azca içəntək, 

Şübhəsiz, məhv olar. - Bu nə səs-küydür? 

(Kraliça daxil olur.)

 

Əziz kraliça, nə var, nə olub?! 



Fəlakət dalınca gəlir fəlakət, 

Bədbəxtlik izləyir biri-birini. 

Laert, yazıq bacın suda boğuldu. 

Ah, necə boğuldu! Haçan, harada? 

Çayın kənarında bir salxım söyüd 

Baxır güzgü suda yarpaqlarına. 

Nakam Ofeliya gəlmiş bu yerə, 

Əlində qəribə bir çələng varmış, 

O özü hörübmüş həmin çələngi: 

Qaymaqçiçəyindən, qızçiçəyindən, 

Bir də gicitkəndən, yağıotundan, - 

Bu ota kobud ad qoyub çobanlar, 

Qızlar ona deyir ölü barmağı. 

Çıxıb Ofeliya həmin ağaca, 

İstəyib çələngi assın budaqdan. 

Bu zaman qəfildən qırılıb budaq, 

O yığvalı dönük yıxılıb çaya, 

Donu yelkən kimi açılıb bu dəm. 

Su pərisi kimi qız üzüb suda, 

Cİrəkdən oxuyub qədim nəğmələr. 

Elə bil, duymurmuş bədbəxtliyini, 

Ya da suda qalan bir canlı imiş. 

Axı, bu hal uzun çəkə bilməzdi. 

Nəhayət, islanıb onun paltan, 

Çəkib zavallını qədim nəğmənin Gözəl 

ağuşundan müdhiş ölümün İyrənc 

qucağına. 

281 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜN

YA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

L a e r t .  



K r a l i ç a .  

L a e r t .  

K r a l .  

Ah, o boğulub! 

Boğulub, boğulub. 

Oh, bədbəxt bacım, 

Sən qərar tutmusan sular qoynunda, Mənim 

göz yaşlarım nəyinə gərək! 

Bəs necə saxlayım göz yaşlarımı?! Ağlamaq 

əzəldən qismətimizdir. 

Utanmaz təbiət öz adətiylə Dəhşətlə göz yaşı 

tökdürür bizə. 

Kişi ağlayanda qadına bənzər. 

Əlvida, hökmdar! Odlanır dilim, 

Ağzımdan alovlar püskürərdim mən

Fəqət danışmağa yoxdur taqətim, 

Sarsaq göz yaşlarım söndürür odu. 

{Gedir.)

 

Gertruda, gedək onun dalınca. 



Çalışıb, əlləşib onun birtəhər Coşqun 

qəzəbini sakit etmişdim. Qorxuram, yenidən 

qızışa bilər. 

Gəl gedək dalınca. 



{Gedirlər.)

 

282 

downloaded from KitabYurdu.org



BEŞİNCİ PƏRDƏ 

BİRİNCİ SƏHNƏ

 

Qəbiristanlıq. 

İki mezarçı daxil olur. Onların əlində bel və külüng vardır. 

B i r i n c i   m ə z a r ç ı .  De görüm, öz xoşu ilə o dünyaya gedən bir 

qızı xristian kimi dəfn etmək olarmı? 

İ k i n c i   m ə z a r ç ı .   Mən  sənə  deyirəm,  olar.  Tez  tərpən,  ona 

qəbir  qaz.  Müstəntiq  bu  işə  baxmış,  onu  xristian  kimi  dəfn  etməyi 

qərara almışdır. 

B i r i n c i   m ə z a r ç ı .   Axı,  bu  necə  ola  bilər?  O  ki  suda  özünü 

müdafiə məqsədiylə boğmamışdır. 

İ k i n c i   m ə z a r ç ı .   Necə  yəni?!  O  özünü  müdafiə  məqsədiylə 

boğmuşdur. 

B i r i n c i   m ə z a r ç ı .   Bu  özünə  qəsd  etməkdir.  Başqa  cür ola  da 

bilməz.  Sübut  göz  qabağındadır.  Əgər  mən  özümü  suda  qəsdən 

boğuramsa,  bunu  işlə  sübut  edirəm.  İşin  də  üç  cəhəti  var:  birinci,  işi 

yerinə  yetirmək;  ikinci,  icra  etmək;  üçüncü  də,  həyata  keçirmək. 

Deməli, o qız özünü suda qəsdən boğmuşdur. 

İ k i n c i   m ə z a r ç ı .  Yox, qulaq as bir, ağa goreşən... 

B i r i n c i   m ə z a r ç ı .   Sözümü  kəsmə.  Bax,  tutalım,  bu  sudur. 

Yaxşı. Bax, tutalım, bu da adamdır. Yaxşı. Əgər adam bu suya yaxın 

gedirsə,  özünü  boğursa,  məsələ  aydındır,  istəsən  də,  istəməsən  də,  o 

gedib.  Bu  isə  tamam  başqa  şeydir:  hərgah  su  adama  yaxın  gedirsə, 

onu  boğursa,  onda  adam  özünü  boğmur.  Deməli,  kim  ki  öz 

ölümündə günahkar deyil, o öz həyatına özü qəsd eləmir. 

İ k i n c i   m ə z a r ç ı .  Məgər bu qanundur? 

283 

downloaded from KitabYurdu.org




Uilyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

B i r i n c i  m ə z a r ç ı. Bəli, bu qanundur. İstintaq qanunu budur. 

İ k i n c i   m ə z a r ç ı .  Əsl həqiqəti bilmək istəyirsən, hə? Əgər o qız 

zadəgan olmasaydı, onu heç vaxt xristian kimi basdırmazdılar. 

B i r i n c i   m ə z a r ç ı .   Aha,  sən  düz  deyirsən.  Adama  elə  ağır 

gələn də budur ki, varlılar istədiyi vaxt özünü suda boğa bilər və ya 

kəndirdən  asa  bilər,  ancaq  onların  din  qardaşları  kasıb  xristianların 

buna ixtiyan yoxdur. Di qurtar, beli işə sal. Bilirsənmi, dünyada bağ-

bandan,  kənkandan,  bir  də  qəbirqazandan  qədim  sənət  sahibi 

olmayıb. Onlar Adəm atanın sənətini davam etdirirlər. 

İ k i n c i   m ə z a r ç ı .  Bəyəm Adəm ata zadəgan olub? 

B i r i n c i   m ə z a r ç ı .  İlk dəfə beldən, külüngdən o istifadə edib. 

İ k i n c i   m ə z a r ç ı .  Yalandır, onun heç nəyi olmayıb. 

B i r i n c i   m ə z a r ç ı .  Bu nədir! Sən yoxsa bütpərəstsən? Müqəd-

dəs kitabı - Bibliyanı necə başa düşürsən? Bibliyada yazılıb ki, Adəm 

yer  qazıb.  Bir  kəllənə  yerləşdir  də,  o  heç  belsiz,  külüngsüz  yer  qaza 

bilərdi?  Dayan,  mən  sənə  ayrı  sual  verəcəyəm.  Əgər  düzgün  cavab 

verməsən, vay halına. 

İ k i n c i  m ə z a r ç ı .  Döşə gəlsin. 

B i r i n c i   m ə z a r ç ı .  De görüm, o kimdir ki, onun düzəltdiyi şey 

bənnanın, dülgərin, gəmiqayıranın düzəltdiyindən daha möhkəmdir? 

İ k i n c i   m ə z a r ç ı .   Dar  ağacı  quran.  Çünki  dar  ağacı  öz  sakin-

lərindən çox yaşayır. 

B i r i n c i   m ə z a r ç ı .   Vallah,  ağıl  dəryasısan.  Doğrudan  da,  dar 

ağacı  həmişə  yaxşılıq  eləyir.  Ancaq  kimə?  Yamanlıq  eləyənlərə.  İndi 

sən  də  yamanlıq  eləyirsən.  Deyirsən  ki,  dar  ağacı  kilsədən  möh-

kəmdir.  Deməli,  sənə  dar  ağacının  yaxşılığı  gərəkdir.  Deməli,  səni 

asmaq lazımdır. Suala təzədən cavab ver, di başla görək. 

İ k i n c i   m ə z a r ç ı . O   kimdir  ki,  onun  düzəltdiyi  şey  bənnanın, 

dülgərin, gəmiqayıranın düzəltdiyindən daha möhkəmdir? 

B i r i n c i   m ə z a r ç ı .   Hə,  cavab  ver,  kimdir?  Ağlın  Cilovunu 

boşalt da. 

İ k i n c i   m ə z a r ç ı .  Yaxşı, indi deyə bilərəm. 

B i r i n c i   m ə z a r ç ı .   T e z   o l .  

İ k i n c i   m ə z a r ç ı .  Sübh ibadətinə and olsun, deyə bilmərəm. 

Hamletlə Horatsio daxil olub bir kənarda dayanırlar. 

 

284 

downloaded from KitabYurdu.org



Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə