Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə68/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   64   65   66   67   68   69   70   71   ...   189

O f e l i y a .  

Dinləyin. 

K r a l i ç a .  

Kral gelir. 

Dəhşətdir, əzizim, bir ona baxın. 

O f e l i y a  

(oxuyur).

 

Dağ qarıtək kəfən ağ, 

Əlvan güllər naxışı. 

O gülləri yuyaraq 

Tökəmmədim göz yaşı. 

K r a l .  

Əhvalın necədir, qəşəng göyərçin? 

O f e l i y a .  

Yaxşıdır! Yaradan yar olsun sizə. 

Çörəkçi qızıymış, deyirlər, bayquş... 

Hökmdar, bilirik indi nəyik biz

Lakin bilmirik ki, nə olacağıq. 

Allah süfrənizi artıq eləsin. 

K r a l .  

Xəyalən danışır öz atasıyla. 

O f e l i y a .  Təvəqqe edirəm, bu haqda bir kəlmə də kəsməyək. 

Fəqət sizdən soruşsalar ki, bunun mənası nədir, belə deyin 

(oxuyur)-. 

Valentina

1

 günündə 



Tezdən qanad çalaram, 

Pəncərənin önündə 

Valentinan olaram. 

Oğlan açdı qapını, 

İlk bəxtini atmadı. 

Qız geriyə qayıtdı, 

Ancaq qız qayıtmadı. 

K r a l .  Gözəl Ofeliya! 

O f e l i y a .  

Həqiqətən də, 

Pis söz lazım deyil, qurtarıram mən. 

(Oxuyur.) 

And olsun İsaya, müqəddəs dinə, 

Bu çirkin bədnamlıq artıq agahdır. 

1

 Bu müqəddəs gündə (14 fevralda), qədim adətə görə, oğlanın gördüyü birinci 

qız onun sevgilisi olur. 

265 

downloaded from KitabYurdu.org




Uilyam 

Şckspir 


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Oğlanlar deşirlər almaz tapantək, 

And olsun Allaha bu iş günahdır. 

Qız deyir: söz verdin mənə dəyməmiş, 

Cİzük taxacaqsan barmağıma sən. 

Oğlan cavab verir: sənə dəyməzdim, 

Əgər gəlməsəydin yatağıma sən. 

K r a I. O nə vaxtdan bəri düşüb bu hala? 

O f e 1 i y a. İnanıram ki, hər şey yaxşı olacaq. Biz səbir etməliyik. 

Ancaq  düşünəndə  ki,  onu  soyuq  torpağa  basdırdılar,  mən  isti  göz 

yaşlarımı  saxlaya  bilmirəm.  Bunu  qardaşıma  deyəcəyəm.  Yaxşı 

məsləhətinizə  görə  sizə  təşəkkür  edirəm.  Tərpən,  mənim  karetam! 

Gecəniz  xeyrə  qalsın,  xanımlar;  gecəniz  xeyrə  qalsın,  əziz  xanımlar. 

Gecəniz xeyrə qalsın, gecəniz xeyrə qalsın. 



(Gedir.)

 

K r a l .  



Gedin arxasınca, gözdən qoymayın. 

(Horatsio ilə zadəgan gedirlər.) 

Atasının müdhiş ölümü onun Ağlını 

zəhərtək zəhərləmişdir. 

Aman, Gertruda, ah, Gertruda, 

Fəlakət gəlməyir casustək bir-bir

Gəlir qoşun kimi hey yığın-yığın. 

Əvvəl öldürüldü qoca Poloni, 

Sonra sürgün oldu oğlumuz Hamlet, 

Özü günahkardır bu işə yalnız. 

Bulanlıq bir çaya dönübdür bu xalq, 

Yazıq Poloninin ölümü haqda Qorxunc 

şayiələr pıçıldayırlar. 

Yaman təcrübəsiz hərəkət etdik: 

Nahaq dəfn elədik onu gizlicə. 

Sonra Ofeliya - o biçarə qız İtirdi ağlını 

- gözəlliyini. 

Ağılsız biz nəyik? Yalnız bir şəkil Və 

yaxud həqiqi, adicə heyvan. 

Hamısından pisi, nəhsi budur ki, 

Laert Fransadan gəlib xəlvətcə. 

Ağır dərd içində, kədər içində Tənha 

bir guşəyə çəkilib durur

 

266 

downloaded from KitabYurdu.org




Dinləyir qəribə şayiələri. 

Onun atasının ölümü haqda Onun 

dəng edirlər qulaqlarını. 

Qatili bilməyib azğın əbləhlər Tək 

bizdə görürlər bütün günahı. 

Ağızdan-ağıza gəzir bu söhbət. 

Əziz Qertruda, bu müdhiş sözlər 

Qırma doldurulmuş top gülləsitək 

Deşik-deşik edir mənim qəlbimi. 

Səhnə arxasından səs-küy eşidilir. 

K r a l i ç a .  Bu nədir? 

K r a l .  

Hardadır gözətçilərim?! 

Deyin, qapıları bərk qorusunlar. 

(Başqa zadəgan daxil olur.) 

Nə olub? 

Z a d ə g a n .  

Qoruyun özünüzü siz. 

Hökmdar, gənc Laert keçib hücuma, 

Birləşib silahlı qiyamçılarla, 

Tərk-silah edir keşikçiləri. 

Tufanlı dənizin coşqun suları Belə bir 

sürətlə sahili aşıb, 

Geniş düzənləri zəbt edə bilməz. 

Ona arxa durur qara camaat. 

Sanki, unudulub qədim zamanlar, 

Ölkəmizdə həyat başlanır indi, Adət-

ənənələr yox imiş, guya, 

Təzə təsdiq olur qayda-qanunlar. 

Deyirlər: “Laerti kral seçmişik. 

Laert hökmdardır, yaşasın Laert!” 

Göyə tullayaraq papaqlarını, 

Əl çalıb beləcə bağırır hamı. 

K r a l i ç a .  

Havayı sevinib hürüyür onlar! 

Ey Danimarkanın satqın itləri, 

Qayıdın, siz izi itiribsiniz! 

267 

downloaded from KitabYurdu.org




 

Uilyam Şekspir 



DÜNYA ƏDƏBİYYATI KIASSİKIƏRİ

 

 

Səhnə arxasında hay-küy. 

K r a l .  Qapını qırdılar. 

Silahlı Laert, onun dalınca danimarkalılar gəlirlər. 

L a e r t .  

Hanı bu kral? - 

Cənablar, hamınız durun bayırda. 

D a n i m a r k a l ı l a r .  Xeyr, girməliyik içəri biz də. 

L a e r t .  Xahiş eyləyirəm, mənə yol verin! 

D a n i m a r k a l ı l a r .  Buyurun, buyurun. 

Onlar qapıdan kənara çəkilirlər. 

L a e r t .  

Minnətdaram mən. 

Bərk tutun qapını. - Ah, rəzil kral, 

Ver mənim atamı! 

K r a l i ç a .  Sakit ol, Laert. 

L a e r t .  

Qanımda bir damcı sakitlik olsa, 

Deməli, anadan bic doğulmuşam. 

Atam qurumsaqdır, pak anamınsa 

Alnında qəhbəlik damğası vardır, 

İtibdir şərəfim, qeyrətim mənim. 

K r a l .  

Səbəb nədir, Laert, üsyan edirsən 

Tanrıya ağ olan nəhənglər kimi? - 

Burax, Gertruda, qorxma, qoy gəlsin. 

Kralı hifz edir ulu qüvvələr. 

Xəyanət nə qədər əl uzatsa da, 

Ona dəyə bilməz. - Bir söylə, Laert, Nə 

üçün sən belə qəzəblənmisən? - Burax, Gertruda. - 

Hə, danış, kişi. L a e r t .  Hanı mənim atam? 

K r a l .  Atan ölübdür. 

K r a l i ç a .  Ancaq kral buna müqəssir deyil. 

K r a l .  Qoy nə istəyirsə, özü soruşsun. 



268 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə