Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə73/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   69   70   71   72   73   74   75   76   ...   189

B i r i n c i   m ə z a r ç ı .  Başını nahaq yerə sındırma. Kötəklənməklə 

qanmaz  eşşək  yeyin  yeriməz.  Bir  də  nə  vaxt  bu  sualı  sənə  versələr, 

deyərsən  qəbirqazandır.  Çünki  qəbirqazanın  tikdiyi  evlər ta  qiyamət 

gününə qədər qalacaq. Yaxşı, cəld ol. İogen dayının meyxanasına get, 

mənə bir qab çaxır gətir. 

İkinci məzarçı gedir, birinci məzarçı qəbir qazır, həm də oxuyur. 

Gəncliyimdə gülərdim, 

Qəlb açardı gözəllər. 

Ah, mən elə bilərdim, 

Həyat kefdir əzəllər. 

H a m l e t .   Məgər  bu  adam  nə  iş  gördüyünü  hiss  eləmir?  Qəbir 

qazmaq hara, mahnı oxumaq hara? 

H o r a t s i o .  Adət onu öz peşəsinə etinasız edib, prins. 

H a m l e t .  Bu, doğrudan da, belədir. Yalnız qabar tutmayan əllər 

həssas olur. 

B i r i n c i   m ə z a r ç ı  

(oxuyur).

 

Birdən gəldi qocalıq, 



Məni qüssə, qəm aldı. 

Getdi sevgi - krallıq, 

Gənclik sanki xəyaldı. 

Bir kelle çıxarıb atır. 

H a m 1 e t. O kəllənin də dili varmış, nə vaxtsa o da oxuya bilir-

miş.  Gör,  haramzadə  onu  torpağa  necə  tullayır.  Elə  bil  ki,  tulladığı 

dünyada ilk insan qatili Qabilin kəlləsidir. Bu uzunqulağın ələ keçir-

diyi o kəllə, bəlkə, bir zamanlar Allahın özünü belə aldatmaq istəyən 

bir siyasətçinin başı imiş. Ola bilərmi? 

H o r a t s i o .  Ola bilər, milord. 

H a m l e t .  Bəlkə, saray əyanının başı imiş, “sabahınız xeyir,  əla-

həzrət!  Səhhəti-vücudunuz  necədir,  mərhəmətli  hökmdar?”  sözlərini 

böyük  məharətlə  deyirmiş.  Bəlkə  də,  filan  ağanın  başı  imiş,  filan 

ağanın atını tərifləyirmiş ki, ona bağışlasın. Ola bilərmi? 

H o r a t s i o .  Bəli, milord. 

H a m l e t .  Lap elə beləymiş ki var. İndi isə xanım qurdun aşna-

sıdır. Dişləri tökülüb, çənəsi düşüb, məzarçı isə beli onun təpəsinə 



285 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

çırpır. Budur heyrətamiz dəyişiklik! Ah, insan bu sirdən agah olsaydı! 



Bu  boyda  kəlləni  yalnız  top-top  oynamaq  üçün  illər  boyu  əzab-

əziyyətlə böyütməyə dəyərmi? Mən bu haqda düşündükcə az qalır öz 

kəlləm çatlasın. 

B i r i n c i   m ə z a r ç ı  



(oxuyur).

 

Götür beli, külüngü, 



Dünya fani, ömür az. 

Bu zavallı aşiqə Məzar qaz 

ha, məzar qaz. 

Başqa bir kəlləni çıxarıb atır. 

H a m l e t .   Bu  da  bir  başqası.  Yəqin  ki,  o  bir  hüquqşünasın,  bir 

vəkilin kəlləsidir. Bəs onun məharəti, onun bicliyi, onun fəndləri, onun 

fırıldaqları,  onun  kələkləri  hanı,  harada  qalıb?  İndi  o  nə  üçün  bu 

kobud  yaramazın  çirkin  külüngünün  ağır  zərbələrinə  dözür,  onu 

məhkəməyə  çəkmir?  Hm!  Bəlkə  də,  bu  kəllənin  sahibi  öz  vaxtında 

torpaq  alıb-satan  böyük  bir  dəllal  olub.  Hər  cür  qəbzlər,  hər  cür  pul 

vəsiqələri,  hər  cür  zəmanətlər,  hər  cür  cərimələr,  hər  cür  qazanclar 

barədə sənədlər düzəldib. Budurmu cərimələrin cəriməsi, qazancların 

qazancı?  Buna  görəmi  onun  yaxşı  başı  palçıqla  yaxşı  dolub?  Onun 

zamin  durduqları torpaq  sahibləri indi bu  iki  müqavilə  sənədi  boyda 

olan yerimi ona zamin durublar? Onun hazırladığı bütün sənədləri bir 

yerə toplasan bu yerə güclə  yerləşə bilər. O torpaq sahiblərinin özləri 

bundan çox yer almayıblar, hə? 

H o r a t s i o .  Bir qarış da artıq almayıblar, milord. 

H a m l e t .   Perqamentlər  qoyun  dərisindən  hazırlanır,  elə 

deyilmi? 

H o r a t s i o .  Bəli, milord, dana gönündən də hazırlanır. 

H a m l e t .   Perqamentlərdə  möhkəmlik,  onların  üzərindəki  yazı-

larda  etibar  axtaranların  özləri  qoyun  və  danadırlar.  Mən  bu  adamla 

danışmaq istəyirəm. - Ey, ağa, bu qəbir kimindir? 

B i r i n c i   m ə z a r ç ı .  

Mənimdir, cənab. 

(Oxuyur.)

 

Bu zavallı aşiqə Məzar qaz 



ha, məzar qaz. 

H a m l e t .  Bilirəm, sənindir. Doğrudan da, sən qəbirdəsən, amma 

yalan danışırsan. 

286 

downloaded from KitabYurdu.org




B i r i n c i   m ə z a r ç ı .   Siz  qəbirdə  deyilsiniz,  cənab.  Ona  görə  də 

qəbir  sizin  deyil.  Amma  mən  qəbirdəyəm,  qəbir  də  mənimdir. 

Deməli, mən yalan danışmıram. 

H a m l e t .   Sən  qəbirdəsən,  bu  o  demək  deyil  ki,  qəbir  sənindir. 

Qəbir ölülər üçündür, dirilər üçün yox. Deməli, sən yalan danışırsan. 

B i r i n c i   m ə z a r ç ı .   Bu,  canlı  yalandır,  cənab.  Vaxt  gələr 

qəbirdə həqiqət olar. 

H a m l e t. De görüm, bu qəbiri hansı kişiyə qazırsan? 

B i r i n c i   m ə z a r ç ı .  Heç bir kişiyə, cənab. 

H a m l e t .  Onda hansı qadına qazırsan? 

B i r i n c i   m ə z a r ç ı .  Heç bir qadına. 

H a m l e t .  Qoçaq, bu qəbirdə kimi basdıracaqlar? 

B i r i n c i   m ə z a r ç ı .  Bir nəfəri, cənab. O vaxtıyla qadın idi, indi 

isə, Allah onun ruhunu şad eləsin, nə ondandır, nə bundan. 

H a m 1 e t. Bu haramzadə necə də inamla danışır! Onunla dəqiq 

olmaq  lazımdır,  yoxsa  bizi  ikimənalı  sözlər  altında  basdırar.  Allaha 

and  olsun,  Horatsio,  son  üç  ildə  fikir  vermişəm,  dünyamız  yaman 

cəsarətlənib.  Qara  camaat  ayağının  ucu  ilə  əyanların  dabanını  tap-

dalayır. - Sən nə vaxtdan burada qəbirqazansan? 

B i r i n c i   m ə z a r ç ı .   Mərhum  kralımız  Hamletin  Fortinbrasa 

qalib gəldiyi gündən. 

H a m l e t. O hadisə haçan olub? 

B i r i n c i   m ə z a r ç ı .   Məgər  siz  bunu  bilmirsiniz?  Bunu  axmaq 

da bilir ki, həmin günü prins Hamlet anadan olub. İndi onun başına 

hava gəlib. Onu İngiltərəyə göndəriblər. 

H a m l e t .   Bəli,  çox  pakizə,  bəs  onu  İngiltərəyə  nə  üçün  göndə-

riblər? 

B i r i n c i   m ə z a r ç ı .   Nə  üçün?  Onun  üçün  ki,  o  dəlidir.  Orada 

qalıb ağıllansın. Əgər ağıllanmasa, orada bir elə də eybi yoxdur. 

H a m l e t .  Nəyə görə eybi yoxdur? 

B i r i n c i   m ə z a r ç ı .   Ona  görə  ki,  onun  dəliliyi  orada  gözə 

çarpmayacaq. İngiltərədə hamı dəlidir. 

H a m l e t .  Hamlet neçin dəli olub? 

B i r i n c i   m ə z a r ç ı .  Deyirlər ki, bunun çox qəribə səbəbi var. 

H a m l e t .  Necə yəni çox qəribə? 

B i r i n c i   m ə z a r ç ı .  Vallah, deyirlər ki, ağlını salıb itirib. 



287 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə