Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə63/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   59   60   61   62   63   64   65   66   ...   189

 

Uilyam Şekspir 



DÜNYA ƏDƏBİYYATI KIASSİKIƏRİ

 

 

DÖRDÜNCÜ SƏHNƏ



 

Kraliçanın otağı. 

Kraliça ve Poloni daxil olurlar. 

P o 1 o n i.  O indi gələcək, bərk sıxışdırın. 

Son qoysun dözülməz hoqqalanna. 

Deyin ki, siz onu əlahəzrətin Hədsiz qəzəbindən 

qorumuşunuz. Mən elə burdaca gizlənəcəyəm. 

Onunla sərt olun, xahiş edirəm. H a m l e t  



(səhnə 

arxasından).

 

Ana, ana, ana! K r a l i ç a .  

Arxayın olun. 

Bir yana çəkilin, odur, o gəlir. 



Poloni xalçanın arxasında gizlənir. Hamlet gəlir. 

H a m l e t .  Hə, ana, buyurun, arzunuz nədir? 

K r a l i ç a .  Niyə təhqir etdin atanı, Hamlet? 

H a m l e t .  Niyə təhqir etdiz atamı, ana? 

K r a l i ç a .  Sən bir nadan kimi cavab verirsən. 

H a m 1 e t. Siz bir riyakartək soruşursunuz. 

K r a I i ç a. Nə deyirsən, oğlum! 

H a m l e t .  Nə olub, ana? 

K r a l i ç a .  Sən məni unutdun? 

H a m l e t .  

Yox, yox, xaç haqqı! 

Kraliçasınız, öz ərinizin Doğma 

qardaşının arvadısınız. 

Həm də, təəssüf ki, siz anamsınız. 

K r a l i ç a .  

Səninlə heç cürə bacarmıram mən, 

Səninlə danışsın qoy başqalan. 

H a m l e t .  

Dayanın, dayanın, əyləşin hələ, 

Heç yana, heç yerə tərpənməyiniz. 

244 

downloaded from KitabYurdu.org




İndi elə güzgü düzəldim ki mən, 

O sizə göstərsin iç üzünüzü. 

K r a l i ç a .  

Fikrin nədir? Məni öldürəcəksən? 

Kömək edin, kömək! 

P o I o n i (



xalça arxasından).

 

Haray, ay haray! 



H a m l e t  

(qılıncı sıyıraraq). 

Bu nədir, burada siçovulmu var! 

Yoxdur, mərc gəlirəm, gəbərdi artıq! 

Qılıncı xalçaya sancır. 







İ 

(

xalça arxasından).

 

Oh, oh, mən Ölürəm! (



Yıxılıb ölür.) 

K r a l i ç a .  Ah, sən neylədin? 

H a m l e t .  Heç özüm bilmirəm, kraldır məgər? 

K r a 1 i ç a. Bu necə dəhşətli, qanlı bir işdir! 

H a m l e t .  

Bu qanlı bir işdir! Bu, əziz anam, 

Bir kral öldürüb, sonra da onun Doğma 

qardaşına ərə getməkdən Məgər daha 

qorxunc, daha müdhişdir?! 

K r a 1 i ç a. Bir kral öldürüb? 

H a m l e t .  Hə, miledi, hə. 

Xalçanı yuxan qaldınr və Poloninin cəsədini görür. 

Bağışla, yelbeyin, zavallı axmaq! 

Mən elə bildim ki, vacib adamsan. 

Günah qismətində, taleyindədir. 

Gördün, təhlükəli olur yaltaqlıq. - Siz 

sakit əyləşin, qəmə qərq olub, 

Əlinizi hədər ovuşdurmayın. 

Əgər qəlbinizdə zəriflik varsa

Əgər pis əməllər, fitnə-fəsadlar 

Bərkidərək daşa döndərməyibsə, 

Qəlbinizi özüm ovuşduraram. 

K r a l i ç a .  

Mən nə etmişəm ki, mənimlə belə 

Kobud, nəzakətsiz rəftar edirsən? 



245 

downloaded from KitabYurdu.org




Uilyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

H a m l e t .  

Siz elə hərəkət etmisiniz ki, 

Həya həyasından xəcalət çəkir. 

Bu bəla namusa ləkədir, ləkə; 

Saflığı, paklığı riyakar edib, 

Məsum məhəbbətin gözəl alnına 

Qara damğa vurub silinməz, getməz. 

Bakir izdivacın əhd-peymanını 

Çevirib andına qumarbazlann. 

Siz elə hərəkət etmisiniz ki, 

Qəlbsiz bədən olub müqəddəs nikah, 

Boş sözə çevrilib dini ayinlər. 

Yanır abrından göylərin üzü, 

Qalıb dünya mülkü kədər içində, 

Sanki, qopacaqdır qiyamət günü. 

K r a l i ç a .  

Belə dəhşət ilə, belə ucadan, 

Axı, danışmağın mənası nədir? 

H a m l e t .  

Baxın diqqət ilə bu şəkillərə

Bunlar surətidir iki qardaşın. 

Görün, nə qəşəngdir bunun siması, 

Sanki, başındakı qıvnm saçları 

Gözəllik tanrısı Apollonundur. 

Elə bil, nur yağan şəfqətli üzü Allahlar 

atası Yupiterindir. 

Cİrəyi titrədən qartal gözləri Ona hərb 

allahı Mars bağışlayıb. Allahlar carçısı 

Merkuri kimi, 

Necə də ucadır boyu-qaməti. Göylərin 

üzündən busələr alan Pənbə 

buludların zərif qoynunda Yerlərə 

enibdir, guya, indicə. 

Bəşər övladına bütün dünyada Əsl 

kişiliyi sübut etməkçün Onun hər 

xəttində, hər cizgisində Qadir 

allahların möhürü vardır. 

 

246 

downloaded from KitabYurdu.org




Əvvəllər bu sizin əriniz idi. indisə əriniz, 

baxın, budur, bu. 

Bu qardaş qatili, sağlam sünbülü Məhv 

edən zədəli sünbüldür, sanki. 

Sizin gözünüz var? Çiçəkli dağdan 

Çirkin bataqlığa yuvarlandınız? 

Sizin gözünüz var? Hə, deyin görüm? 

Mənə məhəbbətdən söhbət açmayın. Sizin 

yaşınızda insan qanında Alov dalğalan 

səngiyib sönür, 

Əqlə tabe olur coşqun duyğular. 

Bu işi tutdunuz hansı ağılla? 

Sizin hissiniz var, bu şübhəsizdir, 

Yoxsa siz tərpənə bilməzdiniz ki. 

Ancaq iflic olub hissiniz tamam. 

Dəli də bu təhər səhv eyləməzdi. 

Hətta huşsuzlar da, bayılmışlar da Belə 

itirməzdi hissiyyatını, 

Görə bilərdilər bu cürə fərqi. 

Hansı mənfur iblis gözübağlıca Oynunda 

bu sayaq aldatdı sizi? 

Gözləri görməyən, qulaqları kar, 

Bütün duyğulardan məhrum olan da 

Belə yanılmazdı. 

Ey həya, hardasan, hardadır abrın? 

Cəhənnəmtək yanan ehtiras odu Odlara 

yaxırsa yaşlı ananı, 

Ağlı şəhvətinə vasitəçisə, 

Bəs onda şövqündən yanan gənc qızlar 

Mumtək əriməzmi bu od içində?! 

Onlardan biz necə həya gözləyək? 

K r a l i ç a .  

Ah, Hamlet, ah, oğlum, bəsdir, danışma. 

Sən mənə göstərdin bütün qəlbimi. 

Orda heç nə ilə silinməyəcək Qapqara, 

qansaçan ləkələr vardır. 



247 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə