Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə60/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   56   57   58   59   60   61   62   63   ...   189

Uilyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

H a m l e t .   Xeyr,  xeyr,  hamısı  yalnız  zarafatdır.  Zarafatla 

yalandan zəhərləyirlər. Təhqiredici heç nə yoxdur. 

K r a l .  Pyesin adı nədir? 

H a m l e t .   “Siçan  tələsi”.  Fəqət  nə  mənada?  Ancaq  məcazi 

mənada.  Bu  tamaşada  Vena  şəhərində  baş  vermiş  bir  qətl  təsvir 

olunur.  Hökmdarın  adı  Qonzaqo,  onun  arvadının  adı  isə  Baptis- 

tadır.  Bu  saat  özünüz  görəcəksiniz.  Bu  hadisə  dünyada  ən  çirkin  bir 

rəzalətdir.  Lakin  bizə  nə?  Siz  əlahəzrətlə  bizim  vicdanımız  ki  təmiz-

dir.  Bunun  bizə  nə  dəxli?  Qoy  ilan  vurmuş  yabılar  ala  çatıdan  şək- 

lənsinlər, bizə ki heç nə olmayıb. 

Bir aktyor 

Lusian rolunda səhnəyə çıxır. 

Bu adamın adı Lusiandır, kralın qardaşı oğludur. 

O f e l i y a .  Siz əsərin məzmununu yaxşı bilirsiniz, milord. 

H a m l e t .  Mən oyuncaq əlaltıların məhəbbət komediyalarını görə 

bilsəydim, sizinlə aşnanız arasında vasitəçi ola bilərdim. O f e l i y a .  

Siz yaman kəskinsiniz, milord, yaman kəskinsiniz. H a m l e t .  Mənim 

kəskinliyimi kütləşdirmək üçün sizin bir ahınız kifayət edərdi. 

O f e l i y a .  Sizi başa düşmək çətindir. 



H a m l e t .  

Qadınlar öz ərlərini başa düşə bilmirlər. - Başla, qatil! 

Tez ol, taun, göstər öz iblis sifətini! Başla! Hə, gəl! 

“İntiqama səsləyir qanldaşan qarğalar”. 

L u s i a n .  

Niyyət qara, əllər çirkin, zəhər kəskin, məkan xəlvət, 

Nə gələn var, nə də gedən, çatıb məqam, düşüb fürsət. 

Ölüm şahı Hekatanın lənətiylə zəhərlənən Bu otlan 

gecəyarı bircə-bircə yığmışam mən. 

Ax, ey zəhər! Öz heybətli, öz dəhşətli sehrin ilə Möhkəm, 

sağlam bu həyatı tez məhv elə, tez məhv elə! 

Zəhəri 

yatan adamın qulağına tökür. 

H  a  m  1  e  t.  O,  kralı  bağda  yatdığı  yerdə  zəhərləyir  ki,  taxt-tacı 

ələ keçirsin. Kralın adı Qonzaqodur. Bu əhvalat olmuş hadisədir. İtal- 

downloaded from KitabYurdu.org




yanca  çox  gözəl  qələmə  alınıb.  İndi  siz  görəcəksiniz  ki,  qatil  Qon- 

zaqonun zövcəsinin məhəbbətini necə qazanır. 

O f e l i y a .  Kral öz yerindən qalxır. 

H a m l e t .  Necə, alovun işartısından qorxdu? 

K r a l i ç a .  Mənim hökmdarıma nə oldu? 

P o l o n i .  Tamaşanı dayandırın! 

K r a l .  İşıqları yandınn! Gedəyin burdan! 

H a m ı .  İşıq verin, işıq, işıq! 



Hamlet və Horatsiodan başqa, hamı gedir. 

H a m l e t .  

Köksü qanlı maral ağlar, qan ağlar, 

Bir yanda əylənər, oynayar tülkü. 

Biri şadlıq edər, biri yas şaxlar

Əzəldən belədir bu dünya mülkü. 

Bu  cürə  şeir  söyləməyimə  görə,  ser,  şlyapama  çoxlu  bəzəkli 

lələklər taxsam,  naxışlı  başmaqlarıma  bantdan  bir cüt  qızılgül  yapış-

dırsam, - əgər taleyim gələcəkdə bəd gətirsə, - məni aktyorluğa qəbul 

edərlərmi? 

H o r a t s i o. Ancaq yanm donluğa. 

H a m l e t .  

Xeyr, bütün donluğa. 

Mənim sadiq dostum, sənə agahdır, 

Aslan öz taxtından gedibdir, bişəkk. 

Bilirsən, yerinə kim padşahdır, 

Həqiqi, həqiqi, əsl bir tovuz. 

H o r a t s i o .  “Bişəkk”in qafiyəsi “tovuz” deyil, prins. 

H a m l e t .  Ah, əziz Horatsio, indi mən kölgənin hər sözünü min 

tümən qızıla almağa hazıram. Sən gördünmü? 

H o r a t s i o .  Əlbəttə, milord. 

H a m l e t .  Zəhərləmə səhnəsini necə? 

H o r a t s i o .  Mən lap diqqətlə baxırdım. 

H a m l e t .   Ha,  ha,  ha!  Gəlin,  bir  az  musiqi  çalın.  Gəlin,  ey  fley- 

taçılar. 

Kralın oyundan qaraldı qanı, 

Deməli, o sevmir komediyam. 

Musiqi, musiqi, ey çalğıçılar! 



235 

downloaded from KitabYurdu.org




Uilyam Şclıspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Rozenkrants və Qildenstem qayıdırlar. 

Q i l d e n s t e r n .  Mehriban prins, lütf edin, sizə bir söz deyim. 

H a m l e t .  Ser, buyurun, istəyirsiniz bütün bir tarix danışın. 

Q i l d e n s t e r n .  Kral, ser... 

H a m l e t .  Hə, ser, ona nə olub? 

Q i l d e n s t e r n .  Burdan gedən kimi otağına çəkilib, özünü də 

çox pis hiss edir. 

H a m l e t .  İçkidən, ser? 

Q i l d e n s t e r n .  Xeyr, milord, doğrusu, qanı bərk qaralıb. 

H a m l e t .  Siz bunu onun həkiminə desəydiniz, çox ağıllı iş görmüş 

olardınız. Mən onun qanını durultmaq üçün dərman yazsam, 

qorxuram, qanı daha bərk qaralsın. 

Q i l d e n s t e r n .   Mehriban  prins,  öz  sözlərinizə  müəyyən  bir 

hədd  qoyun,  mənə  tapşırılan  iş  çərçivəsindən  çox  da  belə  kənara 

çıxmayın. 

H a m l e t .  Mən tabe, ser, buyurun. 

Q i l d e n s t e r n .  Kraliça, sizin ananız, yaman məyus halda məni 

sizin yanınıza göndərdi. 

H a m l e t .  Xoş gəlmisiniz! 

Q i l d e n s t e r n .   Xeyr,  mehriban  prins,  bu  nəvazişin  indi  yeri 

deyil.  Əgər  mənə  lazımi  cavabı  versəniz,  ananızın  əmrini  sizə  yeti-

rəcəyəm.  Yoxsa  sizdən  icazə  alıb  gedəcəyəm,  bununla  da  vəzifəm 

bitmiş olacaqdır. 

H a m l e t .  Ser, bacarmıram. 

Q i l d e n s t e r n .  Nəyi, milord? 

H a m l e t .  Sizə lazımi cavabı verməyi. Mənim ağlım xarab olub. 

Lakin, ser, bacardığım cavablar sizin, yaxud daha doğrusu, siz dedi-

yiniz kimi, anamın qulluğunda həmişə hazırdır. Odur ki, artıq danış-

mayaq, birbaş mətləbə keçək. Deyirsiniz ki, mənim anam... 

R o z e n k r a n t s .  İndiki, belə oldu, qulaq asın, ananız dedi ki, 

sizin rəftannız onu bərk təəccübləndirmiş və olduqca heyrətə 

salmışdır. 

H a m 1 e t. O... ho... Öz anasını belə təəccübləndirməyi bacaran 

oğul,  doğrudan  da,  təəccüblüdür!  Yaxşı,  anamı  heyrətə  salan  başqa 

bir şey olmamışdır ki? Hə, bunu deyin! 

R o z e n k r a n t s .  Ananız öz otağında sizinlə danışmaq istəyir. 

Buyurdu ki, yatmamışdan qabaq onun yanına gedəsiniz. 

 

236 

downloaded from KitabYurdu.org



Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə