Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə56/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   52   53   54   55   56   57   58   59   ...   189

Uilyam Şckspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Sus... sus! Ofeliya? Ey qəşəng pəri

Hər zaman özünün dualarında Xatırla 

mənim də günahlaram. 

O f e l i y a .  

Milord, çoxdandır ki, görmürəm sizi, 

Bu müddət ərzində yaxşıydınızmı? 

H a m l e t .  Təşəkkür edirəm, yaxşı, lap yaxşı. 

O f e l i y a .  

Milord, yadigardır töhfəniz məndə. 

Xeyli var, onları istəyirəm ki, 

Geriyə qaytarım, buyurun, alın. 

H a m l e t .  

Yox, yox, nə deyirsən, ömrümdə sənə Heç 

vədə heç bir şey verməmişəm mən. 

O f e l i y a .  

Yaxşı bilirsiniz, möhtərəm prins, 

Mənə verdiyiniz hədiyyələri. 

Qəşəng sözləriniz açdıqca qanad Artdı 

bəxşişlərin qiyməti qat-qat. 

Onlar dəyərini artıq itirmiş, 

Namuslu qızlara aydındır bu iş: 

Kim ki dönük olur, mürvətsiz olur, 

Qiymətli bəxşişi qiymətsiz olur. 

Buyurun. 

H a m l e t .  Ha, ha, ha! Sən namuslusan? 

O f e l i y a .  Milord! 

H a m l e t .  Sən gözəlsən? 

O f e l i y a .  

Siz cənabınız, 

Nə demək istəyir, bilmirəm, düzü?! 

H a m l e t .   Onu  demək  istəyirəm  ki,  əgər  sən  namuslu  və  gözəl 

qızsansa, sənin namusun sənin gözəlliyinlə danışmağa heç kimə icazə 

verməməlidir. 

Of e I i y a .  Milord, gözəlliyin namusdan yaxşı rəfiqəsi ola bilməz. 

H a m l e t .  Bəli, doğrudur! Fəqət bəla burasındadır ki, namus 

gözəlliyi özü kimi bakir və büllur etməkdənsə, tezliklə gözəllik 

namusu aradüzəldənə, oğraşa çevirir. Əvvəllər bu mənə qeyri-adi 

görü 

 

222 



downloaded from KitabYurdu.org


nürdü. İndi isə bizim dövr, zəmanə bunu təsdiq eləyir. Bir vaxtlar 

mən səni sevirdim. 

O f e l i y a .  Həqiqətən, milord, mən sizin eşqinizə inanırdım. 

H a m l e t .  Lap nahaq yerə. Çünki insan xilqəti qoca ağac gövdə-

sidir, ləyaqət çiçəyi ona peyvənd tuta bilmir. Mən səni sevmirdim. 

O f e l i y a .  Deməli, mənim aldanmağım daha dəhşətlidir. 

H a m l e t .   Get  monastıra.  Nə  üçün  sən  günahkarların  sayını 

artırmağa can atırsan? Mən özüm də ala-babat təmiz adamam. Lakin 

özümü  onda  günahlandıra  bilərəm  ki,  anam  məni  doğmasa  daha 

yaxşı olardı. Mən çox lovğa, kinli, xudpəsəndəm. Daxilimdə o qədər 

eybəcərliklər var ki, onları fikirləşməyə düşüncəm, müəyyən bir şəklə 

salmağa  təsəvvürüm,  həyata  keçirməyə  vaxtım  çatışmır.  Göylə  yer 

arasında vurnuxan mənim kimi belə məxluqlardan nə gözləmək olar? 

Biz hamımız həqiqi fırıldaqçılarıq. Bizim heç birimizə inanma. Hələ ki 

bakirəsən, insanlardan uzaqlaş. Birbaşa monastıra get. Atan hardadır? 

O f e l i y a .  Evdədir, milord. 

H a m l e t .   Qapıları  onun  üzünə  möhkəm  bağla  ki,  o  yalnız  öz 

evində özünü ələ salsın. Əlvida. 

O f e l i y a .  Ah, müqəddəs göylər, siz ona kömək olun! 

H a m l e t .   Əgər  ərə  getsən,  qoy  mənim  lənətlərim  sənin  cehizin 

olsun.  Buz  kimi  şəffaf,  qar  kimi  təmiz  olsan  da,  yenə  böhtanlardan 

qurtara  bilməyəcəksən.  Monastıra  tələs,  dayanma,  əlvida.  Hərgah 

mütləq  ərə  getmək  istəsən,  onda  bir  axmağa  get.  Çünki  ağıllılar  çox 

yaxşı  bilirlər  ki,  siz  onlardan  necə  buynuzlu  vəhşilər  düzəldirsiniz. 

Monastıra get, cəld ol. Əlvida! 

O f e I iy a. Ey ulu qüvvələr, siz ona şəfa verin! 

H a m l e t .   Cİz-gözünə  rəng  çəkdiyini  də  eşitmişəm.  Allah-taala 

sizə  bir  sifət  verir,  siz  onu  boyayıb  başqa  şəklə  salırsınız.  Qəribə 

oyunlar, hərəkətlər çıxardır, danışıqlar icad edir, tanrının yaratdıqla-

rına  yeni-yeni  adlar  verirsiniz,  öz  əxlaqsızlığına  sadəlövhlük  donu 

geyindirirsiniz. Get, get, mən artıq bunu istəmirəm. Məni dəli eyləyən 

də  elə  bax  budur.  Sənə  deyirəm,  daha  heç  kəs  evlənməyəcək. İndiyə 

qədər  evlənənlərin  hamısı,  bir  nəfərdən  başqa,  qoy  birgə  yaşasınlar. 

Qalanları necə var elə də qalsınlar. Monastıra get, rahibə ol. 



Gedir. 

223 

downloaded from KitabYurdu.org




Ullyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

O f e l i y a .  

Ah, necə məhv oldu böyük bir zəka, 

Comərdlik, igidlik mücəssəməsi, 

Ağlın, dərrakənin ülvi timsalı, 

Vətənin ümidi, şöhrəti, şanı, 

Ləyaqət güzgüsü, gözəllik rəmzi, 

Ellərin əzizi, ellərin gözü, 

Hamısı, hamısı məhv oldu, getdi! 

Mənəm qadınların ən bədbəxti, mən! 

Əvvəl musiqitək gözəl səsiylə 

Gəlib and içərdi mənim eşqimə, 

İndi cingildəyir qırıq zəng kimi. 

Hanı o qüdrətli, o nadir kamal? 

Onun o qənirsiz gözəl üzünü Dəlilik 

dəyişib nə günə salmış! 

İlahi, bu nədir, mən taleyi kəm Ah, 

nələr görmüşdüm, nələr görürəm! 

 

K r a l .  



Kral və Poloni 

qayıdırlar. 

Məhəbbət? Bu deyil onun mərəzi. 

Sözləri dolaşıq olsa da bir az

Dəli sözlərinə bənzəmir əsla. 

Onu belə ağır qəmə qərq edən 

Nəsə qorxunc bir sirr yatır qəlbində. 

Onun qalması da, açılması da, 

Dəhşətli fəlakət törədə bilər. 

Dərhal qarşısını almaqdan ötrü 

Belə bir qərara gəlmişəm ki, mən 

Onu tez göndərək İngiltərəyə, 

Yığsın ödənməmiş baci-xəracı. 

Bəlkə də, dənizlər, müxtəlif yerlər, 

Müxtəlif adamlar onun bu təhər 

üstündə əzabla baş sındırdığı 

Dərdi ürəyindən çıxara bildi. 

Sizin bu barədə fikriniz nədir? 

224 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə