Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə54/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   50   51   52   53   54   55   56   57   ...   189

Bu vaxt İlionun daş sarayları, 

Sanki, bu ağnnı hiss eyləyərək, 

Əyib ayağına odlu başını, 

Qorxunc, vahiməli gurultularla Pirrin 

kar eləyir qulaqlannı. 

Pirr baxır dəhşətlə əlində qılınc, 

Ağsaçlı Priamın başının üstdə Sancılıb 

havaya, sanki, qılıncı. 

CJnudub özünü, bəd niyyətini, 

Şəkildə dayanmış bir cani kimi

Durur hərəkətsiz. 

Tez-tez görürsən ki, tufandan qabaq 

Göylər sakit olur, getmir buludlar. 

Dəlisov küləklər at oynatmayır, 

Yer üzü ölütək durur lal-dinməz. 

Bir azdan qəfildən od tökür şimşək

Dəhşətlə torpağın yanr köksünü. 

Beləcə bir müddət sükutdan sonra 

Qəzəblə ayılıb qanlar içən Pirr

Qanlı qılıncını ildırım kimi, 

Endirir Priamın köksünün üstə. 

Təpəgöz nəhənglər heç vaxt, heç vədə 

Marsın - o amansız hərb allahının Polad 

libasını düzəldən zaman Belə ağır gürzü 

belə zərb ilə Endirməmişlər. 

Utan, utan, qəhbə, bəxt ilahəsi! 

Ey bütün allahlar, birgə hökm edin, 

Alın təkərini bu əxlaqsızın, 

Qırın millərini, çənbərini siz, 

Boş təkər topunu uca göylərdən Atın 

cəhənnəmə”. 

P o I o n i. Bu çox uzundur. 

H a m l e t .  Onu sizin saqqalınızla bir yerdə göndərərik bərbərxa- 

naya,  bir  az  kəsib  gödəldərlər.  Təvəqqe  edirəm,  davam  eləyin.  Bu 

qocaya  ancaq  rəqqasələrin  oyunu,  ya  da  şit  lətifələr  xoş  gəlir.  Başqa 

şey olanda o saat mürgü vurur. Davam eləyin. Keçin Hequbaya. 



213 

downloaded from KitabYurdu.org




Ilılyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

B i r i n c i   a k t y o r .  “O bədnam, yarımlüt kraliçanın...” 

H a m l e t .  “Yanmlüt kraliçanın?” 

Po  1  o  ni.  Bəh,  bəh,  əladır.  “Yanmlüt  kraliçanın...”  Doğrudan, 

gözəldir. 

B i r i n c i   a k t y o r .  

“Ayaqları yalın, görkəmi müdhiş, 

Vurnuxur, çırpınır dəhşət içində, 

Odlu göz yaşları söndürür odu. 

Qızıl tac qoyardı başına bir vaxt, - O 

bədbəxt bir əski bağlamış indi. 

Şahanə libasdan yoxdur bir nişan

Bədəni quruyub dərddən, əzabdan. 

İncəlib üzülmüş tüktək belinə Bir 

köhnə, bir nimdaş örtük dolamış. 

Kim görsə bu qəmi, bu müsibəti 

Cİsyan qaldırardı taleyə qarşı, 

Amansız fələyi lənətləyərdi. 

Allahların özü görsəydi əgər Talesiz, 

uğursuz, yazıq qadını, 

O qudurmuş Pirrin ələ salaraq

Gözləri önündə onun ərinin Qanlı 

cəsədini öz qılıncıyla Necə qıyma-

qıyma doğradığını - İnsan ah-naləsi, 

insan göz yaşı Təsir etməsə də o 

Allahlara - Bu dərddən qəlbləri 

matəmə batar, 

Gözlərindən daim sellər axardı”. 

P  o  1  o  n  i.  Baxın  üzü  necə  saralıb,  gözlərindən  yaş  necə  axır! 

Bəsdir, Allah xatirinə bəsdir! 

H a m l e t .   Yaxşı,  qalanını  sonra  mənə  söyləyərsən.  Hörmətli 

milord, gözdə-qulaqda olun, aktyorlara yaxşı xidmət etsinlər. Eşidir-

siniz,  qoy  onlara  yaxşı  qulluq  göstərsinlər,  çünki  aktyorlar  zəma-

nəmizin güzgüsü, əsrimizin qısa salnaməsidirlər. Onların haqqımızda 

dediyi  yaman  sözlər  biz  öləndən  sonra  başdaşımıza  həkk  olunacaq 

pis yazılardan daha pisdir. 

P o l o n i .   Prins,  mən  onlara  öz  ləyaqətlərinə  görə  hörmət 

edəcəyəm. 

 

214 

downloaded from KitabYurdu.org




H a m l e t .   Lənət  sənə  kor  şeytan!  Kişi,  daha  diqqətli  olun!  Əgər 

hər adama öz ləyaqətinə görə hörmət edilsə, onda dünyada kötəkdən 

heç kim yaxa qurtara bilməz. Siz öz şərəfinizə və alicənablığınıza görə 

hörmət edin. Onların ləyaqəti nə qədər az olsa, sizin səxavətiniz bir o 

qədər çox olsun. Apann onları. 

P o I o n i. Gəlin, cənablar. 

H a m l e t .   Onunla  gedin,  dostlar,  ünutmayın,  sabah  tamaşa 

verəcəksiniz. 

Birinci aktyordan başqa, bütün aktyorlar Poloni ilə gedirlər. 

De  görüm,  köhnə  dost,  siz  “Qonzaqonun  qətl”ini  oynaya  bilər- 

sinizmi? 

B i r i n c i   a k t y o r .  Bəli, milord. 

H a m l e t .   Yaxşı,  sabah  axşam  oynayarsınız.  Əgər  lazım  gəlsə, 

mən  on  iki-on  altı  misra  şeir  yazıb  ona  əlavə  eləsəm,  öyrənib  deyə 

bilərsinizmi? 

B i r i n c i   a k t y o r .  Bəli, milord. 

H a m l e t .   Çox  gözəl.  Bu  cənabla  gedin.  Ancaq  ona  sataşmayın 

ha! 


{Birinci  aktyor  gedir.)

 

Mənim  əziz  dostlarım,  axşama  qədər  sizdən 

ayrılmalı olacağam. Yenə deyirəm, siz Elsinora xoş gəlmişsiniz. 

R o z e n k r a n t s .  Mehriban milord, sağ olun. 

H a m l e t .  Allah amanında! 

Rozenkrants ve Qildenstem gedirlər. 

İndi mən təkəm. 

Of, necə yaramaz, aciz qulam mən! 

Dəhşətli deyilmi, diyarbədiyar 

Gəzən o aktyor saxta hissləri

Saxta duyğuları əks etmək üçün 

ürəyini elə məcbur etdi ki, 

Rəngi avazıdı, halı dəyişdi, 

Yaş tutdu gözünü, qırıldı səsi, 

Əzabdan titrədi bütün varlığı. 

Axı, nəyə görə, nədən ötəri? 

Hequba üçün? 

Yaxşı, bəs nəyidir o, Hequbanın? 

Və yaxud Hequba onun nəyidir? 

Niyə ağlayırdı hıçqırtılarla? 

215 

downloaded from KitabYurdu.org




llılyam Şckspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Mənim sonsuz dərdim, ağır kədərim 

Əgər onun olsa, nə eyləyərdi? 

Sel kimi çağlayıb acı göz yaşı 

Alardı qoynuna bütün səhnəni. 

Çəkdiyi heybətli ahdan-amandan 

Tamam kar olardı tamaşaçılar. 

Bütün günahkarlar dəli olardı, 

Dəhşətə gələrdi qəlbi təmizlər, 

Cahillər qalardı təşviş içində, 

Heyrətə gələrdi ağıllı kəslər. 

Fəqət mən, 

Başıküt, ölüvay, rəzil bir məxluq, 

Daim yuxulutək veyllənərək 

Bir kəlmə, bircə söz deyə bilmirəm. 

Atamın, şöhrətli bir hökmdarın 

Taxt-tacı, həyatı alçaqcasına 

Bu cür məhv edildi. Mən qorxağammı? 

Kim mənə sataşır, rişxənd eyləyir, 

Ağzımın üstünə vurur yumruqla, 

Çəkir qulağımdan, dartır bumumdan, 

Mənə alçaq deyir, yalançı deyir, 

Baxır gözlərimə? Varmı elə kəs? 

Hə! 


Lənət kor şeytana, dözərdim buna?! 

Heç vədə, heç vədə bu ola bilməz! 

Göyərçin qəlbidir ürəyim fəqət

Kin, qəzəb coşdurmur büllur qanımı. 

Yoxsa bu cəlladın bağırsağını 

Çoxdan qarğalara yem eləmişdim. 

Of, qəddar, qaniçən, vicdansız əclaf! 

Xain, haramzadə, əxlaqsız oğraş! 

Ah, ey intiqam! 

Gör necə eşşəyəm! Artıq nə deyim?! 

Qətl olan atanın bir övladıtək 

Göylər intiqama səsləyir məni, 

Mənsə bir xəlvətdə fahişə kimi

Təsəlli tapıram hərzə sözlərlə. 

 

216 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə