Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə50/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   46   47   48   49   50   51   52   53   ...   189

(Jilyam Şckspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

V o l t i m a n d .  

Səmimi arzular, çoxlu salamlar. 

Səadət dilədi sizə ürəkdən. 

Biz ağız açantək ölkədə dərhal 

Dayandırdı əsgər toplanışını. 

O elə bilib ki, qardaşı oğlu Hazırlıq 

apanr Polşaya qarşı. 

Diqqət yetirdikdə gördü, doğrudan, 

Siz əlahəzrətə qarşıdır bunlar. 

Yaşı, xəstəliyi, zəifliyindən Belə istifadə 

eyləyib, onu Aldatdığı üçün gənc Fortinbras 

Yaman kədərləndi qocaman kral. 

Tezcə çağırtdırdı Fortinbrası, 

O gəldi, yamanca tənbeh olundu, 

Aldı əmisindən şiddətli töhmət. 

Kralın önündə baş endirərək, 

And içib söz verdi, bir də heç zaman Sizə 

qarşı silah qaldırmayacaq. 

Bundan çox sevindi qoca hökmdar. 

Birillik gəlirin düz üç minini, 

Yığılmış qoşunu ona verdi ki, 

Polşanın üstünə hücuma keçsin. 

Sonu göstərilib xahişnamədə. 



(Bir kağız verir.) 

Rica eyləyir ki, hərbi qoşuna Keçib-getmək 

üçün torpağınızdan İzin verəsiniz. Həmin 

yerlərin Toxunmazlığına zamin durur o. 

Məktubda yazılıb lazımi şərtlər. 

K r a l .  

Olduqca razıyıq bu xoş xəbərdən

Boş vaxtı məktubu oxuyarıq biz, 

Ətraflı düşünüb cavab yazarıq. 

Zəhmətiniz üçün sizə səmimi Təşəkkür edirik. 

Gedin, dincəlin. 

Axşam qonaqlığa buyurun mütləq, 

İndidən deyirəm, xoş gəlmisiniz! 

 

200 

downloaded from KitabYurdu.org



Voltimandla Komeli gedirlər. 

P o l o n i .  

Çox yaxşı qurtardı bu işin sonu - Ey 

möhtərəm kral, hörmətli xanım! 

Hakimin bir hakim, nökərin nökər, 

Gündüzün bir gündüz, gecənin gecə, 

Vaxtın vaxt olduğun isbat etməkçün 

Mübahisə etmək, bəhsə girişmək Gecəni, 

gündüzü, vaxtı boş yerə İtirmək 

deməkdir ömürdən ancaq. Müxtəsər 

danışmaq ağlın ürəyi, tlzunçuluq etmək 

ağlın bədəni, 

Onun libasıdır, bərbəzəyidir. 

Kəsə deyəcəyəm. Sizin o nəcib Oğlunuz 

dəlidir. Dəlidir dedim, 

Çünki dəliliyi müəyyən etmək... 

Dəli dəli olur, başqa nədir ki? 

Qoy bu iş hələlik bir yana dursun. 

K r a l i ç a .  Sözün məğzini aç, boyasız danış. 

P o l o n i .  

Xanım, and içirəm, yoxdur bir boyam. 

Onun dəliliyi bir həqiqətdir. 

Bu bir həqiqətdir, əfsuslar olsun, 

Əfsuslar olsun ki, bu həqiqətdir. Axmaq 

ifadədir, yetər bu sözlər

Heç vaxt işlətmərəm bir rəng, bir boya. 

Belə fərz edək ki, o dəli olub, 

İndi səbəbini gərək tapaq biz, 

Bunun bir səbəbi vardı, şübhəsiz. 

Dünyada hər işin bir səbəbi var. 

Budur indi qalan, qalan tək budur. 

Ətraflı düşünün. 

Mənim bir qızım var, mənim qızımdır. 

O qızlıq borcuna itaət edib, 

Bunu mənə verdi. Diqqət yetirin, 

Nəticə çıxarın indi özünüz. 



201 

downloaded from KitabYurdu.org




Uilyam Şckspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Oxuyur. 

“Ruhumun məlikəsi, qəlbimin ilahəsi, gözəl Ofeliyaya...” 

Bu pis ifadədir, köhnəlmiş ifadədir. “Gözəl” sözü köhnəlmiş ifa-

dədir.  Nə  isə  gerisinə  qulaq  asın. 



{Oxuyur.)

 

“Sənin  füsunkar ağ  sinən-

də...” və sair, və sair. 

K r a l i ç a .  Ona bu sözləri Hamlet yazıbdır? 

P o l o n i .  

Bir az səbir eləyin, mehriban xanım, 

Hamısını sizə oxuyum bir-bir. 

{Oxuyur.)

 

“İnanma ki, gün dolanır səmada, 



İnanma ki, ulduz saçır şəfəq, nur. 

İnanma ki, həqiqət var dünyada, 

Ancaq inan, mənim eşqim doğrudur”. 

Ah,  əziz  Ofeliya,  mən  şeir  yazmağı  bacarmıram.  Könlümün  fər-

yadlarını  qafiyələrlə  qəşəng  deyə  bilmirəm.  Fəqət  səni  çox  sevirəm, 

lap  çox  sevirəm,  buna  inan.  Əlvida,  sevimli  dilbər!  Cİrəyi  köksündə 

çırpındıqca əbədi sənin olan Hamlet. 

Övladlıq borcuna əməl eyləyib, 

Qızım bu kağızı mənə gətirdi. 

O hətta dedi ki, nə zaman, harda, 

Necə açıb ona eşqini Hamlet. 

K r a l .  Qız onun eşqinə nə cavab verib? 

P o l o n i .  

Necəd ir fikriniz mənim haqqımda? 

K r a l .  

Siz namus, sədaqət timsalısınız. 

P o l o n i .  

Canla-başla sübut edərəm bunu. 

Nə düşünərdiniz, bu odlu eşqin İlk 

qığılcımını gördüyüm halda - Mən hiss 

eləyirdim, deməliyəm ki, 

Hələ qızım bunu mənə açmamış - Nə 

düşünərdiniz, sevimli kral, 

Əziz kraliça! Lal-dinməz qalıb Yazı 

masasıtək, qələm-kağıztək, 

Qəlbimin gözünü qapasaydım mən, 

Bu eşqə baxsaydım barmaqarası, 

Nə düşünərdiniz? Yox, qətiyyətlə 

 

202 

downloaded from KitabYurdu.org




K r a l .  

K r a l i ç a .  

P o l o n i .  

K r a l .  

P o l o n i .  

K r a l .  

P o l o n i .  

K r a l i ç a .  

P o l o n i .  

Cavan süsənimə belə dedim ki: 

“Lord Hamlet prinsdir, sənə tay deyil, 

Bu iş ola bilməz”. Tapşırdım ona, 

Hamletin gözünə görünməsin heç, 

Nə məktub, nə bəxşiş almasın ondan. 

Qızım əməl etdi məsləhətimə. 

Eşqi rədd edilən, qısa deyirəm, Hamlet 

qərq olundu qəm dəryasına. Sonra ac 

dayandı, sonra yatmadı, Sonra zəiflədi, 

sonra şaşırdı, 

Nəhayət, ağlını itirdi tamam. 

İndi dəliliyi şiddət eyləyib, 

Bizim hamımızı kədərləndirir. 

Bunlar doğrudumu? 

Ağlabatandır. 

Elə vaxt olubmu, lütfən, söyləyin, 

Mən inamla deyim: bu iş “belədir”, 

O başqa cür olsun. 

Yadıma gəlmir. 



(Başını və bədənini göstərərək) 

Kəsin bunu bundan, səhv deyirəmsə. 

Bir işin izinə düşdümsə əgər, 

Lap yerin dibində olsa da belə Əsl 

həqiqəti tapmalıyam mən. 

Bəs bunun əslini necə öyrənək? 

Bəzən saatlarla bu aynabənddə Hamlet 

tək gəzişir. 

Elədir, düzdür. 

Elə həmin o vaxt onun yanına Qızı 

göndərərəm. Gəlib xəlvətcə Xalçanın 

dalında dayanarıq biz. Görərsiniz necə 

görüşür onlar. 

Əgər o sevmirsə mənim qızımı, 



203 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə