Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə49/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   45   46   47   48   49   50   51   52   ...   189

Uilyam Şckspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

O f e l i y a .  

Biləyimdən tutub sıxdı möhkəmcə, 

Əlini açmadan çəkildi geri. 

O biri əlini qoyub qaşına, 

Beləcə diqqətlə üzümə baxdı, 

Quya, çəkəcəkdi mənim şəklimi. 

Bu halda dayandı bir xeyli müddət. 

Sonra silkələyib əlimi bir az, 

Cİç dəfə qarşımda təzim eylədi. 

Dərindən yanıqlı bir ah çəkdi ki

Sanki, parçalanıb bütün varlığı, 

Həyatı ordaca məhv olacaqdır. 

Nəhayət, əlimi buraxdı, getdi. 

Başını çevirib çiyni üstündən, 

Geriyə boylandı heyrət içində, 

Önünə baxmadan axıra kimi, 

Gözünü qırpmadan yeridi o cür, 

Bir an da gözünü çəkmədi məndən. 

P o l o n i .  

Gəl gedək, axtaraq, tapaq kralı. 

Bu əsl məhəbbət tutmasıdır ki, 

Çox zaman məhv edir özü özünü, 

Ağlı, iradəni sarsıdır tamam. 

Başqa dərdlər kimi, göylərin altda 

Eşq də bizə tez-tez işgəncə verir. 

Təəssüf, təəssüf! Son vaxtlar, qızım, 

Sən ona sərt bir söz deməmisən ki? 

O f e l i y a .  

Xeyr, lakin əmr etdiyiniztək, 

Qaytarmışam onun məktublarını, 

Onunla bir daha görüşməmişəm. 

P o l o n i .  

Fikirdən başına hava gəlibdir. 

Heyif, bu ağlımla, bu dərrakəmlə 

Ona düzgün qiymət verməmişəm mən. 

Elə zənn etmişəm, yüngül adamdır, 

Sənin həyatını korlaya bilər. 

 

196 

downloaded from KitabYurdu.org




Boş yerə, havayı şübhələnmişəm. Görüm, 

şübhələri lənətə gəlsin! Göylər şahiddir 

ki, bu cavanlara Qayğısızlıq bəla olduğu 

kimi, 


Yersiz qayğılar da biz qocalara Artıq əzab 

verir, əziyyət verir. 

Kralın yanına gəl gedək indi, 

Bu işi biz ona bildirməliyik. Bədbəxtliyi 

demək pissə də, ancaq Onu daha pisdir 

gizli saxlamaq. Gedək. 



Gedirlər. 

İKİNCİ SƏHNƏ

 

Qəsrdə bir otaq. 

Təntənəli musiqi. Kral, kraliça, Rozenkrants, 

Qildenstem və meiyyet daxil olurlar. 

K r a l .  

Əziz Rozenkrants, Qildenstem, siz Bizim 

bu saraya xoş gəlmisiniz. 

Yaman istəyirdik sizi görməyi, 

Təcili gətirdib sizi ehtiyac. 

Hamletin son vaxtlar, yəqin ki, bu cür 

Dəyişməsi haqda eşitmisiniz. 

Dəyişməsi dedim, çünki dünyada 

Zahirən, daxilən hələ heç bir kəs Onuntək 

bu sayaq başqalaşmayıb. 

Mən başa düşmürəm, hansı qəm-qüssə 

Onun atasının ölümündən çox Onda belə 

dönüş yarada bilər. 

Siz ki onun gənclik dostları kimi Yaxşı 

bələdsiniz xasiyyətinə. 

Rica eyləyirəm hər ikinizdən

Bir azcana qalın sarayımızda, 



197 

downloaded from KitabYurdu.org




Uilyam Şclıspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Hamleti bir qədər əyləndirin siz. 

Arayın, axtarın imkan düşüncə, 

Ona əzab verən bu möhnət nədir? 

Dərdin səbəbini öyrənə bilsək, 

Öyrənə bilərik çarəsini də. 

K r a l i ç a .  

Möhtərəm cənablar, Hamlet çox vaxtı 

Sizdən danışırdı, sizdən deyirdi. 

İnanıram, yoxdur elə bir kəs ki, 

Ona o bu qədər vəfalı olsun. 

Əgər lütf eləyib razılaşsanız, 

Doğrultsanız bizim ümidimizi, 

Bir azca müddətə sarayda qalıb, 

Dərdimizə şərik olsanız, sizə 

Mükafat verərik krala layiq. 

R o z e n k r a n t s .  

Siz əlahəzrətlər, hər ikiniz də 

üstümüzdə sahib-ixtiyarsınız, 

Bizdən xahiş deyil, bizə əmr edin. 

Q i l d e n s t e r n .  

Sizə tabe olmaq bir səadətdir, 

Sizin qədəmlərə baş qoyuruq biz. 

Bütün gücümüzlə, qüvvətimizlə 

Hazırıq durmağa xidmətinizdə. 

K r a l .  Əhsən, Rozenkrants, mərd Qildenstern. 

K r a l i ç a .  

Əhsən, Qildenstern, mərd Rozenkrants, 

Xahiş eyləyirəm, zəhmət olmasa

Mənim dəyişilib tanınmaz olan 

Oğlumun yanına gedin bu saat. 

Sizdən bir neçəniz bu cənabları 

Hamletin yanına apann indi. 

Q i l d e n s t e r n .  

Allah eləsin ki, ünsiyyətimiz 

Ona kömək olsun! 

K r a l i ç a .  Kaş, amin, amin! 

Rozenkrants, Qildenstern və bir neçə meiyyet gedirlər. 

 

198 

downloaded from KitabYurdu.org



Poloni gəlir. 

P o l o n i .  

K r a l .  

P o l o n i .  

K r a l .  

P o l o n i .  

K r a l .  

K r a l i ç a .  

K r a l .  

Gözəl müjdələrlə, böyük hökmdar, 

Norveçdən qayıdıb elçilərimiz. 

Hər vaxt atasısan xoş xəbərlərin. 

Doğrudan, beləyəm, böyük hökmdar? 

İnanın, Allahın yanında mənim 

Qəlbim necədirsə, borcumu o cür 

Əziz kralıma ödəyəcəyəm. 

İndi düşünürdüm: ya mənim beynim 

İtirib iybilmə bacarığını, 

Ya da ki Hamletin dəliliyinin 

Əsl səbəbini öyrənmişəm mən. 

Ah, necə! Tez söylə, o nədir, axı? 

Əvvəl elçiləri qəbul eyləyin, 

Sonra mənim kəşfim - bu təzə xəbər 

Böyük qonaqlıqda bir çərəz olsun. 

Lütf elə, içəri gətir onları. 

(Poloni gedir.) 

Əziz Gertruda, bax, o deyir ki, 

Oğlunuzun bütün şaşqınlığının 

Əsas səbəbini axtarıb, tapıb. 

Əminəm ki, bunun bir səbəbi var: 

Əziz atasının qəfil ölümü, 

Bizim tez-tələsik evlənməyimiz. 

Yaxşı, öyrənərik. 



(Poloni Voltimand və Komeli ilə birlikdə qayıdır.) 

Xoş gördük, dostlar! 

Bir danış, Voltimand, o qardaşımız - 

Norveç kralından nə gətirmisən? 



199 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə