Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə45/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   41   42   43   44   45   46   47   48   ...   189

Po İon i. 

Hə, Ofeliya, 

Danış, nə deyirdi qardaşın sənə? 

Of e li ya .  

Prins Hamlet haqda bir para şeylər... 

Po İon i. 

Mərhəba, ağıllı hərəkət edib! 

Deyirlər ki, guya, axır zamanlar 

Hamlet tez-tez gəlir sənin yanına, 

Sən də ona qarşı çox mehribansan. 

Əgər doğrudursa eşitdiklərim, 

Xəbərdarlıq üçün deməliyəm ki, 

Sən mənim qızıma, öz namusuna 

Yaraşan hərəkət etmirsən, bala. 

Aranızda nə var? Düzünü söylə. 

Of e li ya .  

Ata, o son vaxtlar çox incəliklə Mənə 

öz eşqini izhar eyləyir. 

P ol oni .  

Eşqini! Nə! Tfu! Təcrübəsiz qız! 

Sən bu qorxunc işi bilirsən hardan?! 

Onun o dediyin incəliyinə, 

Söylə, söylə görüm inanırsanmı? 

Of e 1 iya .  Ata, heç bilmirəm nə söyləyim mən? 

P ol oni .  

Səni öyrədərəm, uşaqsan hələ, 

Hər parlaq dəmiri qızıl sanırsan. 

Mənasız sözlərə fikir vermə gəl

Özünün qədrini-qiymətini bil. 

Yoxsa el içində gülünc olarsan. 

Of e li ya .  

Ata, mənə o öz məhəbbətini Hörmətlə, 

ədəblə bəyan eylədi. P olon i .  Bəli də, son dəblə; di 

qurtar, qurtar. Ofe l iya .  

Dünyadakı bütün müqəddəslərə And 

içdi ki, sözü düzdür, doğrudur. 



179 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

P ol oni .  



Of e li ya .  

Cüllüt tutmaq üçün bir tələdir bu. 

Bilirəm, gənclikdə qan alovlanır, 

Bolluca and içir dil yana-yana. 

Bu göz qamaşdıran parıltıların 

İşığı çox olur, istiliyi az, 

Bir azdan da sönüb qaralır tamam. 

Sən bu şəfəqləri od sayma, qızım. 

Bu gündən bir qədər ağıryana ol, 

Çalış, həsrətini çəksinlər sənin. 

Çağırılan kimi görüşə qaçma. 

Hamletə qalanda təkcə inan ki, 

Prinsdir, cavandır, hərəkətində 

O səndən sərbəstdir, səndən azaddır. 

Sözün müxtəsəri, Ofeliya, sən 

Onun andlarına inanma heç vaxt. 

Andlar fırıldaqçı dəllal kimidir

Zahiri yalandır, batini saxta. 

Yaxşı aldatmaqçün başqalarını 

Mehriban, müqəddəs övliyaların 

Paltannı geymiş oğraşa bənzər. 

Dediyim bu qədər. Elə bu gündən 

Prins Hamlet ilə söhbəti qurtar. 

Qoy sənin adına ləkə gəlməsin. 

Tapşırığım budur: öz yolunla get. 

Sizə tabe olmaq borcumdur, ata. 



Gedirlər. 

DÖRDÜNCÜ SƏHNƏ

 

Qəsrin önündə hamin meydan. 

Hamlet, Horatsio ve Marsel daxil olurlar. 

H a m le t .  Hava kəsib-tökür, yaman soyuqdur. H ora t s io .  

İliyə işləyir şaxta qılınctək. 

180 

downloaded from KitabYurdu.org




H a m le t .  Saat neçə olar? 

H o r a t s i o. On ikiyə var. 

M a r se l.  Xeyr, kilsə zəngi vuruldu artıq. 

H ora t s io.  

Doğrudan? Mən onu eşitməmişəm. 

Əgər elədirsə, həmin o ruhun Həmişə gəldiyi vaxt 

yaxınlaşır. 

(Səhnə arxasından qısa şən musiqi və top gurultusu eşidilir.) 

Milord, agah edin, bu nə deməkdir?



 

H a m le t .  

Hökmdar kef çəkir səhərə qədər, 

Sərxoşluq eləyir, atılıb-düşür. 

Reyn şərabının hər badəsini İçib qurtarantək təbil, 

gərənay Guruldayıb bunu qələbə kimi Aləmə 

bildirir. 

H o r a t s i o. Bu bir adətdir? 

H a m le t .  

Bəli, təəssüf ki, bu bir adətdir. 

Burda doğulsam da, burda olsam da, 

Buna alışsam da uşaqlığımdan, 

Mənə elə gəlir, belə adəti Atmaq saxlamaqdan çox 

şərəflidir. 

Bu rüsvayçı vərdiş Şərqdə və Qərbdə Bizim 

xalqımızı bədnam eləyir, 

Orda bizə əyyaş, donuz deyirlər. 

Ən uca olsa da ləyaqətimiz, 

Onun mənasını, onun məğzini, 

Doğrudan, bu ləkə korlayır tamam. 

Hərdən görürsən ki, bəzi adamın üzü çil-çil olur 

anadangəlmə, 

Bu onun günahı, taqsın deyil. 

Heç kəs istəyincə doğula bilməz. 

Bir çoxları var ki, tünd xasiyyəti Ağlını başından 

çıxarır tez-tez. 

Xamırın mayası artıq olanda Qıcqınb çörəyi 

acıtdığıtək, 



181 

downloaded from KitabYurdu.org




Uilyam Şelıspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

İnsanda bir cəhət həddi keçəndə 

Onun xoş rəftarı ikrah doğurur. 

Bir sözlə, dediyim budur ki mənim: 

İnsan necə gözəl, təmiz olsa da, 

Saya gəlməsə də xeyirxahlığı, 

İstər təbiətin, istər taleyin, 

İstərsə özünün qüsuru olsun, 

Alnına vurulmuş bir damğa varsa

Hamının gözündə bir heçdir ancaq. 

Ən igid adamı bir damcı zəhər 

Öldürə bilir ki. 



Kölgə gəlir. 

H ora t s io.  Baxın, o gəlir! 

H a m le t .  

Ey müqəddəs göylər, özün kömək ol!.. 

Sən pak mələkmisən, ya məlun şeytan, 

Cənnətin şəfalı səhər nəsimi, 

Yoxsa cəhənnəmin qasırğasısan, 

Məramın, niyyətin xeyirdir, ya şər? 

Gəlişin necə də müəmmalıdır! 

Səninlə mən mütləq danışmalıyam. 

Sən kimsən? Mən sənə Hamlet deyirəm, 

Kralsan, sən mənim doğma atamsan. 

Böyük hökmdarı Danimarkanın, 

Tələb eyləyirəm, mənə cavab ver! 

Məni məhv eləmə sirlər içində. 

De, neçin pak olub qəbrə gömülmüş 

Sümüklərin cırıb atmış kəfəni? 

Neçin qucağında rahatlandığın 

O məzar ayırıb öz daş ağzını 

Səni bu dünyaya atdı təzədən? 

Ey cansız cənazə, bu nə deməkdir? 

Başdan ayağadək silahlanaraq 

Vahiməyə salıb sakit gecəni, 

De, nə axtanrsan ay işığında? 

Ağlımız çatmayan bilməcələrlə 

 

182 

downloaded from KitabYurdu.org



Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə