Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə47/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   43   44   45   46   47   48   49   50   ...   189

Əmin oğurlanıb gəldi yanıma. 

O məlun bəngotu cövhərini tez Tökdü 

qulağıma. Elə zəhər ki, 

Qorxunc düşmənidir insan qanının. 

Bir anda bədənə axıb civətək, 

Bütün damarları yandırır tamam. 

Tünd sirkə qatılıb çürüyən südtək, 

Bir göz qırpımında çürüyür qan da. 

Bax, mənim həyatım məhv oldu bu cür. 

Cüzama tutulmuş bir adam kimi

Canımı bürüdü göz-göz yaralar Bir an 

içində. 


Mən yuxuda ikən doğma qardaşım 

Həyatdan, taxt-tacdan, kraliçadan 

Qəflətən, əbədi ayırdı məni. 

Dua oxumadan, tövbə etmədən Cİzü 

qara getdim haqq dərgahına. Bütün 

günahlarım boynumda qaldı, Zülmət 

cəhənnəmin oduna düşdüm. Dəhşətdir, 

dəhşətdir, olduqca dəhşət! Qəlbində 

atana məhəbbət varsa, 

Bu alçaq təhqirə sən dözmə, oğlum. 

Qoyma Danimarka hökmdarlığı Çirkin 

yataq olsun əxlaqsızlığa. 

Lakin sən intiqam aldığın zaman Çalış ki, 

saf ruhun ləkələnməsin. 

Ananla bir işin olmasın heç vaxt, 

Allahın hökmünə burax sən onu. 

Qoy onun qəlbinə dolmuş ilanlar Ona 

əzab versin. Əlvida, oğlum. 

İşıldaquşunun solur şöləsi, 

Demək, yaxınlaşır sübh şəfəqləri. 

Əlvida, əlvida, məni unutma! 

H a m l e t .  



Gedir. 

Ey göylər! Ey yerlər! Daha mən nəyi 

Köməyə çağırım? Cəhənnəmimi? 

187 

downloaded from KitabYurdu.org




Uilyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Çırpınma ürəyim, əsmə dizlərim, 

Bədənim, qocalma bir an içində

Mətanətlə dözün bu işgəncəyə. 

Səni unutmayım, zavallı kölgə? 

Bu sarsaq dünyada saf yaddaş varsa, 

Axı, səni necə unutmaq olar? 

Səni unutmayım? Mən yaddaşımdan 

Bütün hisslərimin həkk elədiyi Arzunu, 

duyğunu, düşüncələri; 

Bütün kitabların kəlamlarını, 

Bütün surətləri, bütün sözləri; 

Clşaqlıq vaxtından bu günə qədər 

Eşidib, bildiyim xatirələri - Hər şeyi, hər 

şeyi silib ataram. 

Beyin kitabımın hər bir sətrinə Zinalıq, 

əclaflıq qatışdırmadan Tək sənin 

hökmünü yazaram, ata, 

Tək sənin hökmünü, əmin ol buna. 

Oh, fəsad cövhəri, oh, rəzil qadın! 

Oh, zərif təbəssüm, məlun rəzalət! Qələmim-

dəftərçəm hardadır mənim?! 

Bu mənfur dəhşəti qeyd edim gərək: 

Təbəssüm, rəzalət birgə olarmış! 

Heç yanda, heç yerdə bu olmasa da, 

İnanıram, vardır Danimarkada. 



(Yazır.) 

Hə, əmi, möhkəm dur indi yerində. 

İndi şüarımdır mənim bu sözlər: 

“Əlvida, əlvida, məni unutma!" 

And içirəm, səni unutmaram mən. 

H ora t s io  



{səhnə arxasından).

 

Prins, əziz prins! 

M a r se l  

{səhnə arxasından).

 

Prins Hamlet! 

H ora t s io  

{səhnəarxasından).

 

Allah pənahında saxlasın onu! 

H a m le t .  Amin, ulu göylər! 

H ora t s io  



{səhnəarxasından).

 

Hey, ey-ey, milord! 

H a m le t .  Ehey, ey-ey, dostlar, gəlin, burdayam! 

Horatsio və Marsel daxil olurlar. 

 

188 

downloaded from KitabYurdu.org



M a r se l.  Hə, nə oldu, prins? 

H ora t s io.  Nə xəbər, milord? 

H a m le t .  Əcaib möcüzə! 

H ora t s io.  Danışın, milord. 

H a m le t .  Yox, yox, deyərsiniz bunu hamıya. 

H ora t s io.  Vallah, mən demərəm. 

M a r se l.  Mən də, inanın. 

H a m le t .  

Yaxşı, heç ağla gələrdimi ki... 

Ancaq siz bu sirri açmayınız ha! 

H ora t s io   v ə   M a r se l.   Göylərə  and  olsun,  açmarıq,  milord. 

H a m le t .  

Yoxdur belə cani Danimarkada, 

O həm də ən qəddar bir yaramazdır. 

H ora t s io.  

Bir bunu deməkçün məzardan çıxıb 

Ruhun gəlməsinə axı nə hacət! 

H a m le t .  

Doğrudur, doğrudur. Gəlin əl verib, 

Artıq danışmadan ayrılağın biz. 

Siz öz işinizə, mən öz işimə

Hər kəsin dünyada bir arzusu var. 

Taleyim ümidsiz, zawalı, miskin, 

Gedim məşğul olum ibadətimlə. 

H ora t si o.  Bu sözlər bulanlıq girdabdır ancaq. 

H a m le t .  Qəlbinizə dəydi, bağışlayınız. 

H ora t s io.  Burda qəlbə dəyən bir təhqir yoxdur. 

H a m le t .  

Müqəddəs Patrikə and olsun, vardır, 

Özü də ən böyük, ən dəhşətlisi. 

Kölgə barəsində, Horatsio, mən Deyə 

bilərəm ki, o namusludur. 

Bizim aramızda olan söhbəti Bilmək 

arzunuzu boğun birtəhər. 

İndisə mehriban, əziz dostlarım, 

Sizdən məktəb, qılınc dostlarım kimi, 

Mənim acizanə bir xahişim var. 

189 

downloaded from KitabYurdu.org




 

Uilyam Şekspir 



DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

H or ats i o. Buyurunuz, milord! 



H a m le t .  Bu əhvalatı 

Heç zaman heç kimə danışmayınız. 

H ora t s io  v ə   M a r se l.  Danışmarıq, milord. 

H a m le t .  Yox, yox, and için. 

H ora t s io.  Milord, danışmaram, vicdanım haqqı! 

M a r se l.  Mən də and içirəm öz vicdanıma. 

H a m le t .  Mənim qılmama and için, dostlar. 

M a r se l.  Biz artıq and içdik, mehriban milord. 

H a m le t .  Yalnız qılıncıma and için mənim. 

Kö lg ə  



(yer altından).

 

And İçin! 

H a m le t .  

Ordasan, sədaqətli dost? 

Sən də şəriksənmi dediklərimə? 

Onu yer altından eşitdinizmi? 

Di gəlin, and için! 

H ora t s io.  Necə and içək? 

H a m le t .  

Mənim qılıncıma and için ki, siz 

Bu gecə burada gördüyünüzü 

Heç yanda heç kimə söyləməzsiniz. 

And için. 

Kö lg ə  



(yer altından).

 

And İçin! 

H a m le t .  

Hic et ubique? - 

Hər yerdə dolanır, hər yerdə gəzir. 

Qəlin dəyişdirək yerlərimizi. 

Keçin bu tərəfə, keçin, cənablar. 

Basıb qılıncıma əllərinizi 

And için: burada eşitdiyiniz 

Hamıdan hər zaman gizli qalacaq. 

Kö lg ə  

(yer altından).

 

And İçin! 

H a m le t .  

Ah, səni, qoca köstəbək, 

Nə bərk işləyirsən torpağın altda? 

Gözəl lağım atan istehkamçısan! 

Yenə yerimizi dəyişək, dostlar. 

190 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə