Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə48/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   44   45   46   47   48   49   50   51   ...   189

H ora t s io.  İlahi, ilahi, bu möcüzədir! 

H a m le t .  

Elə siz də onu möcüzə sayın. 

Horatsio, bir çox sirr var dünyada Hələ 

aydın deyil fəlsəfənizə. 

Gəlin işə keçək. Bu gündən sonra 

Özümü mən necə, nə cür aparsam, 

Qəribə, əcaib hallara düşsəm, 

Arabir dəlilik, təlxəklik etsəm, 

Siz məni görəndə heç vaxt, heç vədə 

Əlinizi belə çarpazlayaraq, 

Başınızı belə yırğalayaraq 

“Hə, hə, biz bilirik”, ya “arzu etsək”, 

Ya “deyə bilərik”, ya “bacararıq” 

Kimi ikibaşlı sözlər deməyin. 

And için ki, bunu bildiyinizə Bir eyham-

işarə olmayacaqdır. 

Mənim dediyimə əməl etsəniz, 

Çətində yaradan sizə yar olar. 

And için! 



K ö l g ə  

(yer altından).

 

And İÇİn!



 

H a m le t .  

Ey üsyankar ruh, 

Sakit ol, sakit ol! 



(And içirlər.) 

Artıq, cənablar, 

Özümü mən bütün məhəbbətimlə Sizə 

tapşırıram. Biçarə Hamlet Nə qədər 

miskin bir insan olsa da, Haqqın 

köməyiylə öz sevgisini, Dostluğunu sizə 

sübut eyləyər. 

Gəlin birgə gedək. Xahişim budur, 

Barmaqlar dayansın dodaqlar üstdə. 

Zaman ayn düşüb öz mehvərindən, Onu 

düzəltməkçün doğulmuşam mən. Gəlin 

birgə gedək. 



Gedirlər. 

191 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

İKİNCİ FƏRDƏ 



BİRİNCİ SƏHNƏ

 

Poloninin evində bir otaq. 

Poloni ve Reynaldo daxil olurlar. 

P ol oni .  

Bu pulu, məktubu, əziz Reynaldo, 

Ona verərsiniz. 

R e yna ld o.  Can-başla, milord. 

P ol oni .  

Çox əla olardı, gözəl olardı, 

Onu görməmişdən öyrənsəydiniz, 

Orada özünü necə aparır. R e yna l do.  Mən bu 

niyyətdəydim. 

P ol oni .  

Əhsən, min əhsən! 

Əvvəlcə soruşun, mehriban dostum, Parisdə 

nə qədər daniyalı var. 

Onlar nəçidirlər, harda qalırlar? Əsil-

nəcabəti, dostları kimdir? 

Nə məqsəd güdürlər, nə xərcləyirlər? 

Elə ki, oğlumu tanıyan oldu, 

Dolayı, dolanbac bu suallardan Siz 

keçin birbaşa mətləbin üstə. Yaxın 

tanışlıqdan söhbət salaraq 

Təbəssümlə deyin: “Tanıyıram mən 

Onun atasını, qohumlarını, 

Bir az da özünü”. Bunlar, Reynaldo, 

Sizə aydındırmı? 

192 

downloaded from KitabYurdu.org




R e y n a l d o .   Əlbəttə, milord. 

P o l o n i .  

“Bir az da özünü, - tez davam edin, - 

Özünü olduqca az tanıyıram. 

Əgər mən bildiyim o dəcəldirsə, Yaman 

özbaşınadır”, sair və sair. 

Bu yerə çatanda onun haqqında Siz nə 

istəsəniz, uydurarsınız. 

Lakin ağılsız söz quraşdırmayın, 

Bu, ləkə gətirər onun adına. 

Ehtiyatlı olun, elə ümumi Qüsurdan, 

nöqsandan, söhbət açın ki, Qayğısız 

gəncliyin, asudəliyin Yol yoldaşı olsun. 

R e y n a l d o .  Məsələn, qumar. 

P o l o n i .  

Bəli, içki, söyüş, dava-qalmaqal, 

Qadınlar barədə söz salarsınız. R e y n a l d o .  Bunlar 

bir ləkədir insana, milord. P o l o n i .  

İnanın, düz deyil; sözün təsiri Asıbdır 

sözü necə deməkdən. 

Onu həddən artıq rüsvay etməyin

Doğrudan, sırtılıb korlana bilər. 

Bu cür istəmirəm, mənim əzizim. 

Onun səhvlərini elə deyin ki

Quya, sərbəstlikdən törəyib onlar; 

Qanın coşqunluğu, qəlbin atəşi Gəncliyin cilovsuz 

şıltaqlığıdır. Bağışlana bilər hər vaxt hamıya. 

R e y n a l d o .  Lakin, əziz milord... 

P o l o n i .  

Deyəcəksiniz Bunlar nəyə gərək? 

R e y n a l d o .  

Elədir, milord, 

Bilmək istəyərdim. 

193 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

P o l o n i .  

Planım budur: 

Yaxşı bir tələdir belə sorğular. 

İş vaxtı bilmədən öz paltanna 

Azca ləkə salan bir fəhlə kimi, 

Oğluma siz azca ləkə vursanız, 

İnanın, görübsə müsahibiniz 

Oğlumun bu cürə günahlarını, 

Sizinlə söhbətə qoşulacaqdır. 

“İltifatlı ağa”, ya “dost”, ya “cənab” 

Deyə öz elinə, tərbiyəsinə 

Görə başlayacaq. 

R e y n a l d o .  

Çox düzdür, milord. 

P o l o n i .  

Onda belə etdi, bax, etdi belə... 

Mən nə deyəcəkdim? Din haqqı, nəsə 

Demək istəyirdim. Mən harda qaldım? 

R e y n a l d o .  

“Sizinlə söhbətə qoşulacaqdır”. 

P o l o n i .  

“Sizinlə söhbətə qoşulacaqdır”. 

Hə, hə, hə, bu sayaq qoşulacaqdır: 

“Həmin o cənabı tanıyıram mən. 

Onu ya ötən gün, ya srağagün 

Axşam filan yerdə filanla gördüm. 

Qumar oynayırdı, lülqənbər idi, 

Yaman dava saldı axırda, yaman”. 

Yaxud söyləyəcək: “Özüm şahidəm, 

O gedir arabir şübhəli evə”, 

Lap elə deyəcək: "qəhbəxanaya”. 

Və sair və sair. Beləliklə, siz 

Yalanın sehrli qarmağı ilə 

Həqiqət balığı tutacaqsınız. 

Biz ağıllı, uzaqgörən adamlar Dolayı, 

dolanbac, əyri yollarla Çıxınq həqiqi, 

əsl yollara. 

 

194 

downloaded from KitabYurdu.org




Siz  də  bu  üsulla  oğlum  barədə 

Bir xəbər öyrənin, xəbər gətirin. 

Fikrim aydındırmı? 

R e y n a l d o .  Aydındır, milord. 

P o 1 o n i.  Allah amanında, gedin, yaxşı yol. 

R e y n a l d o .  Sağ-salamat qalın, mehriban milord. 

P o 1 o n i.  Onu elə güdün, özü bilməsin. 

R e y n a l d o .  Mütləq, mütləq milord. 

Po ion i. 

Öz havasını Qoy çalsın yenə də. 

R e y n a l d o .  Baş üstə, milord. 

Po İon i. 

Gedin, uğur olsun! 

(Reynaldo gedir, Ofeliya gəlir.) 

Hə, Ofeliya, 

Nə var belə, qızım! 

O f e l i y a .  

Aman, ilahi, 

Hələ də qorxudan əsir bədənim! 

P o 1 o n i.  Nə üçün? Tez söylə Allah eşqinə! 

O f e l i y a .  

Mən tikiş tikirdim öz otağımda, 

Birdən prins Hamlet girdi içəri. 

Az qalırdı düşsün köynək əynindən, 

Başı açıq idi, saçı pərişan. 

Palçığa  bulaşmış  bağsız  corablar 

Qandaltək  keçmişdi  topuqlanna. 

Rəngi köynəyitək avazımışdı, 

Dizləri dəyirdi biri-birinə. 

Elə qorxuluydu onun görkəmi, 

Çəkdiyi dəhşəti danışmaq üçün Sanki, 

cəhənnəmdən qaçıb gəlmişdi. P o 1 o n i.

 

Yoxsa dəli olub sənin eşqindən? 



O f e l i y a .  

Bilmirəm, doğrusu, qorxuram, ata, 

Birdən elə olsun. 

P o 1 o n i.  Yaxşı, nə dedi? 



195 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə