Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə51/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   47   48   49   50   51   52   53   54   ...   189

Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

Əgər onun dərdi sevgi deyilsə



Onda sarayda mən müşavir deyil, 

Karvansaraçıyam, karvansaraçı. 

K r a l .   Mütləq  biz  bu  işi  yoxlamalıyıq. 

K r a l i ç a .  

Odur o zavallı əlində kitab Gəlir 

dərd içində, kədər içində. 

P o l o n i .  

Gedin, hər ikiniz kənara gedin

İzin verin onu yoxlayım indi. 

Kral, kraliça və məiyyət gedirlər. 

Hamlet kitab oxuya-oxuya gəlir. 

Əzizim Hamletin kefi necədir? 

H a m l e t .  Yaxşıdır, şükür Allaha. 

P o l o n i .  Məni tanıyırsınız, milord? 

H a m l e t .  Çox əla, siz balıqçısınız. 

P o l o n i .  Mən yox, milord. 

H a m l e t .  Kaş ki, siz onun kimi elə namuslu olaydınız. 

P o l o n i .  Namuslumu, milord? 

H a m l e t .   Bəli,  ser.  Bu  dünyada  namuslu  olmaq  on  min  nəfər-

dən seçilmək deməkdir. 

P o l o n i .  Bu əsl həqiqətdir, milord. 

H a m l e t .   Zira  gözəllik  tanrısı  günəş  öz  şəfəqləri  ilə  gəbərmiş 

itin leşini öpərək onda iyrənc qurdlar törədirsə... sizin qızınız varmı? 

P o l o n i .  Var, milord. 

H a m l e t .   Onu  günəşin altında  qalmağa  qoymayın.  Bar vermək 

səadətdir, ancaq sizin qızınız kimi yox. Dostum, onu qoruyun. 

P o l o n i  

(kənara).

 

Buna nə deyəsən? Sözü elə hey qızımın üstünə 

gətirib çıxardır. Əvvəlcə məni tanımadı. Dedi ki, balıqçısan. Çox uzaq 

getdi,  çox  uzaq.  Həqiqətən,  gəncliyimdə  mən  də  məhəbbət  əlindən 

çox  bəlalar,  həddindən  artıq  əzab-əziyyət  çəkmişəm.  Mən  də  lap  elə 

bunun kimi sərsəmləmişdim. Onu yenə danışdıracağam. 



(Ucadan.)

 

Nə 


oxuyursunuz, milord? 

H a m l e t .  Sözlər, sözlər, sözlər... 

P o l o n i .  Nə olub ki, milord? 

H a m l e t .  Kiminlə kimin arasında? 



204 

downloaded from KitabYurdu.org




P o I o n i. Mən demək istəyirəm ki, kitabda nə yazılıb, milord? 

H a m l e t .   Böhtanlar,  ser.  Bir  ədəbsiz  ədib  burada  deyir  ki, 

qocaların  saqqalı  ağ,  üzü  qırış-qırış  olur.  Onların  gözlərindən  qatı 

qatran və albalı yapışqanı axır. Bu zavallıların başında ağıl qalmadığı 

kimi, zəif qıçlannda da güc qalmır. Bütün bunlara, ser, mən tamamilə 

inanıram,  lakin  bunları  bu  cür  yazmağı  vicdansızlıq  hesab  edirəm. 

Çünki  siz  özünüz  də,  ser,  xərçəng  kimi  daldalı  geriyə  gedə  bilsəniz, 

bir vaxt mənim təkin bir ixtiyar olarsınız. 

P  o  1  o  n  i 

{kənara).

 

Bu  sözlər  dəlilik  əlaməti  olsa  da,  deyilişində 

bir qayda, bir ardıcıllıq vardır. 

{Ucadan)

 

Siz bu açıq havadan bir kənara 

gedəcəksinizmi, milord? 

H a m l e t .  Haraya? Məzaramı? 

P o 1 o n i. Doğrudan ha, məzar açıq havadan kənardır 

{öz-özünə). 

Onun  cavabları  hərdənbir  necə  də  mənalı  olur!  Dəlilər  tez-tez  elə 

hazırcavablıq göstərirlər ki, ağıllılar bunu çox vaxt bacarmırlar. Artıq 

bəsdir.  İndi  mən  tez  fikirləşməliyəm  ki,  onu  qızımla  necə  görüş-

dürüm. 

{Ucadan)

 

Hörmətli  prins,  lütf  edin,  getmək  üçün  sizdən  icazə 

alım. 

H a m l e t .   Mən  çox  məmnuniyyətlə  ayrılmaq  istədiyim  elə  bir 



varım yoxdur ki, ser, siz onu məndən ala biləsiniz, yalnız bir şeydən 

başqa, o mənim həyatımdır, həyatımdır, həyatım. 

P o l o n i. Sağ olun, milord. 

H a m l e t .  Ah, çərənçi qoca sarsaqlar! 



Rozenkrants və Qildenstem daxil olurlar. 

P o I o n i. Siz prins Hamleti axtarırsınız? Baxın, oradadır. 

R o z e n k r a n t s  

{Poloniyə).

 

Allah sizi saxlasın, ser! 



Poloni gedir. 

Q i l d e n s t e r n .  Möhtərəm prins! 

R o z e n k r a n t s .  Sevimli prins! 

H a m l e t .  

Mənim əziz dostlarım! 

Qildenstem! Ah, Rozenkrants! 

Alicənab gənclər, necəsiniz? 

205 

downloaded from KitabYurdu.org




Uilyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

R o z e n k r a n t s .  Yer üzünün adi övladları necədirsə, biz də elə. 

Q i l d e n s t e r n .  Xoşbəxtik ki, həddindən artıq xoşbəxt deyilik. Biz 

bəxt ilahəsinin tacının lələyi deyilik. 

H a m l e t .  Başmaqlarının dabanı da deyilsiniz? R o z e n k r a n t s .  

Mə ondanıq, nə bundan, milord. 

H a m l e t .   Onda  siz  onun  qurşağının  ətrafında  dolanırsınız, 

yaxud səadət mərkəzindəsiniz? 

Q i l d e n s t e r n .  And içirəm ki, biz onun istəklisiyik. 

H a m l e t .  Gizli yerinin? Oh, çox doğrudur. Bəxt ilahəsi qəhbə- 

dir. Yaxşı, nə yenilik var? 

R o z e n k r a n t s .  Heç nə, milord, yalnız bir xəbər var ki, dünya 

vicdanlı olmağa başlayır. 

H a m l e t .   Deməli,  dünyanın  sonu  yaxınlaşır.  Yox,  sizin  məlu-

matınız  düz  deyil.  Mən  sualımı  daha  müfəssəl  verim.  Deyin  görüm, 

siz  bəxt  ilahəsinin  başına  nə  iş  açmısınız  ki,  o  sizi  buraya,  dustaq- 

xanaya göndərib? 

Q i l d e n s t e r n .  Dustaqxanaya, milord? 

H a m l e t .  Bəli, Danimarka dustaqxanadır. 

R o z e n k r a n t s .  Onda bütün dünya dustaqxanadır. 

H a m l e t .   Bəli,  dünya  ən  böyük  dustaqxanadır.  Onun  çoxlu 

məhbusları,  zindanları,  qaranlıq  zirzəmiləri  vardır.  Ən  pis,  qorxunc 

yeri Danimarkadır. 

R o z e n k r a n t s .  Biz belə fikirləşmirik, milord. 

H a m l e t .   Deməli,  sizin  üçün  Danimarka  dustaqxana  deyil. 

Çünki əşyaların özü yaxşı, yaman olmur, biz onları yalnız öz fikirlə-

rimizə  uyğun  olaraq  bəzən  yaxşı,  bəzən  də  yaman  təsəvvür  edirik. 

Danimarka mənim üçün dustaqxanadır. 

R o z e n k r a n t s .   Deməli,  şöhrətpərəstliyiniz  Danimarkanı  sizə 

dustaqxana kimi göstərir. O sizin istəklərinizə görə çox dardır. 

H a m l e t .   Aman  Allah,  mən  qoz  qabığına  yerləşə  bilsəydim, 

özümü  sonsuz  fəzalann  kralı  sanardım.  Kaş,  bu  sərsəm  yuxularım 

olmayaydı. 

Q i l d e n s t e r n .   Bu  yuxular  şöhrətpərəstlikdən  əmələ  gəlir. 

Şöhrətpərəstlər  əsli  olmayan  xəyallarla  yaşayırlar.  Onlar  sadəcə  ola-

raq öz yuxulannın kölgəsidirlər. 

H a m l e t .  Yuxunun özü kölgədən başqa bir şey deyil. 

 

206 

downloaded from KitabYurdu.org



Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə