Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə52/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   48   49   50   51   52   53   54   55   ...   189

R o z e n k r a n t s .   Doğrudan  da,  belədir.  Görünür  ki,  şöhrətpə- 

rəstlik əsassız, mənasız, boş bir şeydir. O, əşyanın kölgəsi ola bilməz, 

yalnız kölgənin kölgəsidir. 

H a m l e t .   Onda  dilənçilər həqiqi varlıq,  hökmdarlar və  şişirdil-

miş qəhrəmanlarsa dilənçilərin kölgəsidirlər. Saraya gedəkmi? Vicdan 

haqqı, düşünə bilmirəm. Bu gün ağlım hədərən-pədərən çalır. 

R o z e n k r a n t s   v ə   Q i l d e n s t e r n .   Biz  sizi  müşayiət  etməyə 

hazırıq. 

H a m l e t .  Yox, bu nəyə lazımdır. Onsuz da xidmətçilərim məni 

çox yaxşı müşayiət edirlər. Bura baxın, mən sizinlə namuslu bir adam 

kimi danışıram. Bir dost kimi, açıq deyin, Elsinorda nə gəzirsiniz? 

R o z e n k r a n t s .   Sizi  görməyə  gəlmişik,  milord.  Başqa  işimiz 

yoxdur. 

H a m l e t .   Mənim  özüm  kimi  təşəkkürlərim  də  kasıbdır.  Buna 

baxmayaraq  sizə  təşəkkür  edirəm.  İnanıram  ki,  əziz  dostlar,  təşək-

kürlərim  yarım  quruşdan  çox-çox  qiymətlidir.  Yaxşı,  sizi  göndərmə-

yiblər?  Öz  arzunla  gəlmisiniz?  Cİrəyiniz  belə  istəyib?  Gəlin,  mənə 

düzünü söyləyin. Hə, hə, danışın. 

Q i 1 d e n s t e r n. Biz nə deyə bilərik, milord? 

H a m l e t .   Həqiqətdən  başqa  hər  şey.  Ancaq  mətləb  üstə  gəlin. 

Sizi  buraya  göndəriblər.  Sizin  gözlərinizdə  elə  bir  etiraf  var  ki,  təm-

kininiz  onun  üstünə  pərdə  çəkə  bilməz.  Bilirəm  ki,  sizi  mərhəmətli 

kralla kraliça göndərib. 

R o z e n k r a n t s .  Nə məqsədlə, milord? 

H a m l e t .   Bunu  siz  mənə  deməlisiniz.  Sizi  and  verirəm  səmimi 

dostluğumuza,  saf  gəncliyimizə,  doğru  və  əbədi  məhəbbətimizə, 

dünyada sizə ən əziz və müqəddəs olan hər şeyə mənimlə açıq və düz 

danışın. Sizi buraya göndəriblər, ya yox? 

R o z e n k r a n t s  (

Qildenstemə

). Nə deyəcəksən? 

H a m l e t  

(kənara).

 

Deyəsən,  quşu  gözündən  vurmuşam.  (



Ucadan

Əgər məni sevirsinizsə, həqiqəti gizlətməyin. 

Q i l d e n s t e r n .  Milord, bizi sizin yanınıza göndəriblər. 

H a m l e t .  Mən deyərəm nə üçün? Bununla da sizi xəbərçi olmaq 

təhlükəsindən qurtararam. Kral və kraliçaya bu sirri açmamaq barədə 

sizin içdiyiniz and öz qorxusundan bir tük belə salmaz. 



207 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

Son  vaxtları  bilmirəm  nədənsə  bütün  şadlığımı  itirmişəm.  Bütün 



əyləncələrə  olan  həvəsim  qeyb  olub.  tirəyim  həqiqətən  elə  darıxır  ki, 

bu gözəl dünya mülkü, yer üzü mənə çılpaq qayalıq kimi görünür. Bu 

əsrarəngiz təxti-rəvan, bax, bu möhtəşəm göy qübbəsi, qızıl məşəllərlə 

bəzənmiş  əzəmətli  səma  mənim  üçün  üfunətli,  zəhərli  buxar 

yığımından başqa bir şey deyil. Varlığı möcüzə olan təbiətin şah əsəri 

insan!  Ah,  onun  ağlı  necə  də  xeyirxahdır! Qabiliyyəti  necə  də  hədsiz-

hüdudsuzdur!  Bədən  quruluşu,  hərəkəti  necə  də  mütənasibdir, 

valehedicidir!  Rəftan  ilə  mələklərə,  kamalı  ilə  Allaha  bənzəyən  insan! 

Kainatın  yaraşığı!  Bütün  canlıların  tacı!  Bununla  belə  o  mənim  üçün 

bir  ovuc  məzar  tozundan  başqa  nədir,  axı?  İnsanlar  mənim  ürəyimi 

açmır,  kişilər  də,  qadınlar  da  könlümü  oxşamırlar.  Təbəssümünüz 

göstərir ki, siz mənə inanmırsınız, ancaq inanın. 

R o z e n k r a n t s .  Milord, mənim fikrimə heç belə şey gəlməyib. 

H a m l e t .  Bəs mən deyəndə ki, “insanlar mənim ürəyimi açmır” 

siz niyə gülümsədiniz? 

R o z e n k r a n t s .  Siz elə deyəndə, milord, mən düşündüm ki, bu 

əhvali-ruhiyyəylə  aktyorları  necə  qəbul  edəcəksiniz?  Biz  onlan  yolda 

gördük. Buraya gəlirdilər, sizə tamaşa göstərmək istəyirdilər. 

H a m l e t .   Kral  rolunu  oynayan  xoş  gəlir.  O  əlahəzrətə  xərac 

verməyə  hazıram.  Səyahətə  çıxmış  cəngavər  burada  öz  qılınc  və 

qalxanına bir iş tapa bilər. Aşiq boş yerə ah-nalə çəkməz. Qaraqabaq - 

narazı  adamlar  dincəlib  rahatlanar,  taxtası  yüngüllər  təlxəyin 

məzhəkələrinə qarınları yırtılınca gülərlər. Məşuqə öz qəlbini sərbəstcə 

boşaldar,  yaxud  uzun-uzadı  şeirləri  hıqqana-hıqqana  söyləyər.  Yaxşı, 

gələnlər hansı aktyorlardı? 

R o z e n k r a n t s .   Bir vaxtlar  sizin  xoşunuza  gələn  həmin  aktyor- 

lardı, paytaxtımızın faciə ustaları. 

H a m l e t .   Bəs  necə  olub  ki,  belə  gəzirlər.  Öz  yerlərində  qalsay-

dılar, daha yaxşı şöhrət tapar, daha yaxşı mənfəət əldə edərdilər. 

R o z e n k r a n t s .   Məncə,  onları  səyyahlığa  məcbur  edən  son 

zamanlar yaranmış yenilikdir. 

H a m l e t .   Mən  şəhərdə  olanda  onlar  böyük  hörmət  qazanmış-

dılar. O hörməti yenə saxlayırlarmı? 

R o z e n k r a n t s .  Yox, həqiqətən, işləri pisdir. 

H a m l e t .  Nəyə görə? Məgər onlar pas atıblar? 

208 

downloaded from KitabYurdu.org




R o z e n k r a n t s .  Xeyr, yenə də əvvəlki kimi öz sənətlərində par-

layırlar.  Fəqət  öz  yuvalarından  təzəcə  uçmuş  qartal  balalarına  bən-

zəyən  uşaqlar  elə  ucadan  qışqırırlar  ki,  başqalarını  ağız  açmağa  belə 

qoymur,  ağlagəlməz  dərəcədə  təmtəraqlı  alqışlar  qazanırlar.  İndi  bu 

dəbdir.  Beləliklə  də,  xalq  teatrlanm  hörmətdən  salırlar.  Hətta  qılınc 

qurşamış  hərbçilər  də  xalq  teatrlarına  getməyə  cəsarət  etmir,  uşaq 

teatrlan  üçün  yazanlar  qaz  lələyindən  qorxur,  rüsvay  olunmaqdan 

ehtiyat edirlər. 

H a m l e t .  Doğrudan, onlar uşaqdır? Onları kim saxlayır? Onlar 

nə  qədər  əmək  haqqı  alırlar?  O  balacalar  səsləri  tutulmayınca  bu 

sənəti  davam  etdirə  biləcəklərmi?  Bəs  onlar  böyüyəndə  nə  olacaq? 

Əgər ayrı peşə seçməyə bir imkan tapılmasa, xalq teatrlarının aktyoru 

olanda  deməyəcəklərmi  ki,  onları  öz  gələcəklərinə  qarşı  qaldırmaqla 

böyüklər səhv ediblər? 

R o z e n k r a n t s .   Düzünü  desək,  hər  iki  tərəfdə  çoxlu  səs-küy 

olur. Camaat onları bir-biri ilə salışdırmağı günah saymır. Bir müddət 

bu  teatr  münaqişələri  yumruq  davasına  gəlib  çıxmasaydı,  heç  kəs 

pyeslərin tamaşasına pul verməzdi. 

H a m l e t .  Məgər belə şey mümkündür? 

Q i l d e n s t e r n .   Oh,  bu  cür  mübahisələrdə  nə  qədər  baş  sındı-

rıblar. 

H a m l e t .  (Jşaqlar üstün gəlir, eləmi? 

R o z e n k r a n t s .   Bəli,  milord,  peşəkar  aktyorlara  da,  Yer  kürə-

sini çiyinlərində saxlamış Herkulesə də. 

H a m l e t .  Düzünə qalsa, bu çox da təəccüblü deyil. Daha qəribə 

işlər var.  Məsələn,  əmim  Danimarkanın  kralıdır...  Atamın  sağlığında 

ona ağız büzənlər indi onun kiçik bir şəklinə belə iyirmi, qırx, əlli, yüz 

qızıl  verirlər.  Lənət  sənə  kor  şeytan,  əgər  fəlsəfə  bunu  aça  bilsə, 

burada çox gizli sirlər var. 

Sehne arxasından şeypur sesi eşidilir. 

Q i l d e n s t e r n .  Odur, aktyorlar gəlirlər. 

H a m l e t .  Cənablar, siz Elsinora xoş gəlmisiniz. Yaxın gəlin, əli-

nizi  verin.  Lütfkarlıq  və  incə  nəvaziş  mehribanlıq  əlamətidir.  Qoy 

mən  sizi  bu  tərzdə  qarşılayım  ki,  sonra  deməyəsiniz:  mən  aktyorları 

sizdən  yaxşı  qəbul  elədim.  Xoş  gəlmisiniz,  dostlar.  Fəqət  mənim 

əmim - atam, əmidostum - anam yanılırlar. 

209 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə