Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə59/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   55   56   57   58   59   60   61   62   ...   189

H a m l e t .  Bəli, ona nə göstərsəniz, mənasını sizə deyəcək. Siz 

göstərməyə utanmayın, o mənasını deməyə utanmayacaq. 

O f e l i y a .  Siz xarab olmusunuz, siz xarab olmusunuz. Mən pye-

sə baxacağam. 

A k t y o r .  

Gəlmişik xoş niyyətlə, 

Bir xeyirxah sənətlə. 

Baxın tamaşamıza 

Siz səbirlə, diqqətlə. 

Gedir. 

H a m l e t. Bu müqəddimədir, yoxsa üzüyə həkk olunmuş şeir? 

O f e l i y a .  Bu lap qısa oldu, milord. 

H a m l e t .  Qadınların məhəbbəti kimi. 



Kral və kraliça rollarında çıxış edən iki aktyor daxil olur. 

A k t y o r -

k r a l .

 

Saf məhəbbət könlümüzü, ülvi nikah əlimizi Bir-birinə 

bağlayaraq daim xoşbəxt etmiş bizi. 

Odlu günəş allahı Feb furqonunda həmin gündən Otuz 

dəfə dənizləri, torpaqları gəzib şən-şən. 

Günəşdən nur alan Ay da eşq oduna qalanıbdı, 

Bu dünyanın ətrafına düz otuz il dolanıbdı. A k t r i s a -

k r a l i ç a .  

Qoy beləcə pak eşqimiz qızılgültək çiçək açsın, 

Qoy yenə də Günəşlə Ay seyrə çıxıb şəfəq saçsın. 

Fəqət sənsiz mən məhv olum, sənsiz ömrüm nə 

bədbəxtdir, 

üzün gülmür, kefin yoxdur, sən xəstəsən neçə vaxtdır. 

Sənin üçün qorxuram bərk, gedib əldən ixtiyarım. 

Buna görə kədərlənmə, heç nə yoxdur, hökmdarım. 

Qadınların məhəbbəti qorxusuyla əkiz olur, 

Ya onlar heç yaranmayır, ya da onlar hədsiz olur. 

Sarsılmazdır məhəbbətim, sınamısan həyatda çox, Sevgim - 

dəıya, qorxum - dəıya, sahili yox, hüdudu yox. ürəkdə eşq 

odu varsa, şübhə ağır bir yük olur

Eşqi böyük olanlann qorxusu da böyük olur. 

231 

downloaded from KitabYurdu.org




Uilyam Şclıspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

A k t y o r - k r a l .  

Qəl ayrılaq, vidalaşaq, ay sevgilim, mənim baxtım, 

Qücüm-qüwəm tükənibdir, artıq çatıb köçmək vaxtım. 

Məndən sonra sən bu gözəl dünyamızda xoşbəxt yaşa, 

Şan-şöhrətlə, məhəbbətlə ömrü-günü yetir başa. Bəlkə, 

birdən ərə getdin... 

A k t r i s a - k r a l i ç a .  

Ah, danışma, bu dəhşətdir! 

Belə sevgi qeyrətə də, vicdana da xəyanətdir. 

İkinci yol ərə getsəm, gəlim min bir lənətlərə! 

Öz ərini öldürənlər ikinci yol gedər ərə. 

H a m l e t  {kənara). Bu sözlər onlara zəhərdir, zəhər! A k t r i s a -

k r a l i ç a .  

İkinci yol ərə gedən nə eşq bilir, nə də ürək, 

Alçaq, çirkin tamahına namusunu satır, demək. 

İkinci ər yatağında üzüm gülsə öpüşlərdən, 

İkinci yol öldürürəm ilk ərimi, deməli, mən. A k t y o r -

k r a l .  

İnanıram, bu sözlərin səmimidir, həqiqətdir, 

Fəqət bizdə əhdimizi tez-tez qırmaq bir adətdir. 

Hər bir arzu hər insanda yaddaşının köləsidir, 

O, vüsətdən doğulsa da, zəiflikdən öləsidir. 

Kal meyvətək tufan onu budağından sala bilməz, 

Yetişdimi tufansız da budağında qala bilməz. 

Söz veririk, vəd edirik, düşünmürük suçumuzu, 

Unuduruq özümüzün özümüzə borcumuzu. 

Ehtirasla can atınq bir məqsədə zaman-zaman

O ehtiras soyudumu o məqsəddən qalmır nişan. 

Kədərimiz, sevincimiz dalğalanır ümman kimi, 

Biz qururuq, biz tikirik, məhv edirik tufan kimi. 

Harda  sevinc  qanad  açır,  orda  coşur  kədər-möhnət, 

Qəm  sevinir,  qəm  şadlanır,  sevinc  tapır  dərd-əziyyət. 

Biri gəlir, biri gedir, bu qəribə deyil bizdə, 

Taleyimiz dəyişdikcə hey dəyişir sevgimiz də. 

Hələ də bu bir sualdır, dərk etmirik bunu niyə: 

Sevgi bəxtə hökm eləyir, yoxsa, yoxsa bəxt sevgiyə? 

Şöhrətlilər kasıblasa, dönük çıxar sevənləri

 

232 

downloaded from KitabYurdu.org




Zavallılar dövlətlənsə, həmdəm olar düşmənləri. 

Sevgi bəxtdən asılıdır, ta qədimdən bilir hər kəs, 

Ehtiyacı olmayanın dost-tanışı saya gəlməz. 

Kim yoxlayır, kim sınayır dəyanətsiz dostlarını, 

Düşməninin nəzərində artınr öz vüqarını. 

Sözü necə başlamışdım qurtarıram elə də mən, 

İstəyimiz, taleyimiz zidd yaranıb əzəl gündən. 

Xoş arzular diləyirik, lakin sonu yaman olur, 

Arzu-dilək bizimdirsə, hökm verən zaman olur. 

İkinci ər istəmirsən, fəqət bir gün gələcəkdir, 

Elə ki ilk ərin öldü, bu istəyin öləcəkdir. A k t r i s a -

k r a l i ç a .  

Eşqimizə dönük çıxsam, bütün aləm viran qalsın, 

Yer yarılsın, göy dağılsın, günəş sönsün, ay qaralsın! Gecə-

gündüz qəm-qüssədən dincəlməyim bir an belə, Ahım-naləm 

duman olsun, göz yaşlarım dönsün selə! Cİmid yeri, bir təsəlli 

tapmayım bu cahanda mən, Tərki-dünya zahid kimi, can 

çürüdüm zindanda mən. Arzum kədər, sevincim dərd, 

gülüşlərim qubar olsun, Səndən sonra ərə getsəm, ərim ancaq 

məzar olsun. H a m l e t .  

Bəs bütün bu sözlər yalan çıxarsa? 

A k t y o r - k r a l .  

Nə dəhşətli and içirsən! İndi sən get, ey həyatım, 

Bu gün yaman yorulmuşam, mən dincəlim, bir az yatım. 



Yatır. 

A k t r i s a - k r a l i ç a .  

Yat, əzizim, şirin yuxu diləyirəm təbiətdən

Cllu tanrım, özün qoru eşqimizi fəlakətdən. 



Gedir. 

H a m l e t .  Xanım, pyes xoşunuza gəlirmi? 

K r a l i ç a .  Məncə, ledinin vədləri həddindən artıq idi. 

H a m l e t .  O.., ancaq ledi öz sözünün üstündə duracaqdır. K r a l .  

Əsərin məzmununu bilirsiniz? Onda təhqiredici bir şey yoxdur ki? 

233 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə