Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə62/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   58   59   60   61   62   63   64   65   ...   189

 

Uilyam Şcfıspir 



DÜNYA ƏDƏBİYYATI KIASSİKIƏRİ

 

 

Fəqət elə böyük şəxsiyyət var ki, 



Onun sağlığından, səadətindən 

Ömrü asılıdır bir çoxlannın. 

Beləsi daha çox qorunmalıdır. 

Adi ölüm deyil kral ölümü; 

Bu ölüm ən güclü girdaba bənzər, 

Özüylə aparar yaxın kəsləri. 

Dövlət maşınına hərəkət verən Ən 

nəhəng təkərdir kral, elə bil. 

O, sanki, dayanıb uca zirvədə, 

Tək ona bağlıdır minlərlə kiçik Qaya 

da, təpə də, daş da, ağac da. Elə ki, o 

təkər qopdu yerindən, Onunla 

birlikdə dağda nə varsa, Qorxulu, 

dəhşətli gurultularla Tökülür 

yarğana bir an içində. 

Heç vaxt tək sönməyir kralın şamı, 

Kral ah çəkdimi ah çəkir hamı. 

K r a l .  

Təvəqqe edirəm, vaxt itirmədən 

Təcili səfərə hazırlaşın siz. 

İndi azad gəzən bu fəlakətin Gərək 

qandal vuraq ayaqlanna. 

R o z e n k r a n t s v ə Q i l d e n s t e r n .  

Hətta itirmərik bircə an belə. 



Rozenkrants və Qildenstem gedirlər. Pələni gəlir. 

P o l o n i .  

Hökmdar, o gəldi öz anasının Yataq 

otağına. Bu saat gedib Divar 

xalçasının arxasında mən Gizlənib 

dinlərəm söhbətlərini. 

Buna inanıram, anası onu Danlayıb 

suçunu başa salacaq. Dediyiniz kimi, 

siz düz dediniz, 

Ana övladına hakimlik etməz, 

Ana övladına tərəfgir olur. 

240 

downloaded from KitabYurdu.org




Onların sözünü kənar adamın Xəlvət 

dinləməsi ağıllı işdir. 

Hələlik, hələlik, böyük hökmdar, 

Mən geri qayıdıb siz yatmamışdan Sizə 

danışaram bildiklərimi. 

K r a l .  

Təşəkkür edirəm, mehriban dostum. 

(Poloni gedir.) 

Eyvah, üfunətdir bu cinayətim, 

Yeri də, göyü də tutub qoxusu. 

Qədim zamanlardan qalmış bu lənət - 

Qardaş qatilinin qara damğası Mənim 

vicdanıma basılıb indi. 

Bütün varlığımla arzulasam da, 

Dua eyləməyi bacarmıram mən. 

Qırır ağır suçum qətiyyətimi. 

Tərəddüd içində qalan adamtək 

Bilmirəm, nə edim, nədən başlayım. 

Heç nə də, heç nə də gəlmir əlimdən. 

Qardaş qanı töküb məlun əllərim Qana 

daha artıq bulansa idi

Onları qar kimi ağartmaq üçün Məgər 

göydə yağış tapılmazdımı? 

Əgər cinayəti bağışlamırsa, 

Bəs nəyə gərəkdir Allahın rəhmi? 

Dua nə üçündür? İki iş üçün: 

Ya tanrı hifz etsin bizi günahdan

Ya da bağışlasın günahımızı. 

Artıq törədilib bu çirkin günah. 

Cİz tutum göylərə, fəqət, ah, necə, 

Mən dua eyləyim: “Pərvərdigara, 

Bu iyrənc qətli mənə bağışla!” 

Beləmi yalvarım? Yox, mümkün deyil. 

Ölkə, kraliça, taxt-tac, şan-şöhrət - Bu 

mənfur qənimət hələ məndədir. Varmı 

elə cani əfv eləsinlər, 

Qalsın cinayətin bəhrəsi onda? 



241 

downloaded from KitabYurdu.org




Uılyam Şckspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Bu satqın dünyada görürsən tez-tez: 

Qızıla tutulmuş cani əlləri Haqqın, 

ədalətin tutur ağzını. Oğurluq sərvəti, 

oğurluq van Hakimlərdən satın alır 

qanunu. 


Lakin yuxarıda belə deyildir. 

Orda  nə  hiylə  var,  nə  də  bir  yalan. 

Hər  iş,  hər  hərəkət  olduğu  kimi, 

Tapır  doğru,  düzgün  əksini  orda. 

Cavab  verməliyik  biz  bircə-bircə 

Bütün  taqsınmız,  günahımızçün. 

Onda  neyləməli?  Hanı  bir  çarə? 

Tövbəmi  etməli?  Bir  xeyri  varmı? 

Əgər biri tövbə edə bilmirsə, 

Onda necə olsun? Ah, müdhiş əzab! 

Ah, ölümtək zalım, amansız qəlbim! 

Ah, çirkin günahın bataqlığından 

Azad olmaq üçün çapaladıqca Daha 

çox qərq olan ləkəli ruhum! Mənə 

kömək edin, siz ey mələklər! Əyilməz 

dizlərim, əyilin yerə. 

Sən ey daş ürəyim, təzə doğulmuş 

Körpə ürəyitək yumşal, zərif ol! 

Hər şey yaxşı olar. 

Bir kənara çəkilib dizi üstə çökür. Hamlet gəlir. 

H a m l e t .  

İndi nə fürsətdir! O, dua edir. 

(Qılıncı qınından sıyırır.) 

Mən onu öldürüm, beləliklə, o 

Qovuşsun əbədi, uca göylərə, 

Beləliklə, mən də intiqam alım. 

Yox, dayan, ətraflı düşünmək gərək: 

Bir əclaf öldürsün mənim atamı, 

Bunun əvəzində mən, fərsiz oğul, 

O alçaq canini öz əllərimlə Göndərim 

cənnətə! 

 

242 

downloaded from KitabYurdu.org



Oh, bu mükafatdır, intiqam deyil. 

O mənim atamı qanı coşarkən, 

Şövqə gələn vaxtı may ayı kimi, 

Günahlar içində həlak eylədi. 

Təkcə xaliq bilir, atam nə çəkir?! 

Dini etiqada, inama görə, 

O, ağır əzaba düçardı indi. 

Bu yaramaz iblis günahlarını Duayla, 

tövbəylə təmizləyərək Gedər-gəlməz yola 

tamam hazırkən Onu məhv eləmək məgər 

qisasdır? 

Xeyr! 


Qayıt öz qınına, qayıt, qılıncım! 

Gözlə ən dəhşətli, qorxunc məqamı. 

O sərxoş yatanda, ya hirslənəndə, 

Ya azğın şəhvətlə xumarlananda, 

Qumar oynayanda, söyüş söyəndə, 

Ya da pis niyyətlə alovlananda Elə 

şaqqala ki onun başını, 

O öz qəlbi kimi zülmət, qaranlıq 

Cəhənnəmə getsin kəllə-mayallaq. - 

(Qılıncı qınına qoyur.) 

Məni otağında gözləyir anam. - 

Hələlik sən yaşa, möhlət məlhəmdir, 

Bu məlhəm güldürər xəstə çöhrəni, Ancaq 

xilas etməz ölümdən səni. 

(Gedir.) 

K r a l  

(ayağa qalxaraq).

 

Sözüm göylərdədir, fikrim yerdə, ah! 



Fikirsiz sözləri eşitmir Allah. 

Gedir. 

243 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə