Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə44/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   40   41   42   43   44   45   46   47   ...   189

Yenə, yenə onu gizli saxlayın. 

Bu gecə orada nə iş baş versə, 

Göz qoyun, heç kimə deməyin ancaq. 

Sevginizə qarşı borclu qalmaram. 

Di gedin, hələlik. Saat on birlə On iki 

arası həmin meydana, 

Sizin yanınıza gələcəyəm mən. 

H a m ı sı.  Borcumuzdur sizə xidmət eyləmək. 

H a m le t .  

Yox, yox, sevginizdir arxam, dayağım. 

Qəlbimiz eynidir, dostlar, sağ olun. 

(Horatsio, Marsel və Bernardo gedirlər.) 

Atamın kölgəsi, həm də silahlı! 

Bunlar fəlakətdən bir nişanədir. 

Bəlkə də, hiylədir. Kaş ki, bu gecə Bircə 

tez olaydı. Sakit qal, könlüm! Cinayət 

girsə də yerin dibinə, 

Cİzə çıxacaqdır vaxtında yenə. 

Gedir. 

ÜÇÜNCÜ SƏHNƏ

 

Pnlnninin evində bir otaq. 

Laert ve Ofeliya gəlirlər. 

La e r t .  

Artıq gəmidədir bağlamalarım. 

Salamat qal, bacım, tənbəllik etmə, Bir 

imkan, bir fürsət tapan kimi sən Mənə 

məktub göndər. 

Of e li ya .  Şübhən var buna? 

La e r t .  

Hamlet barədəsə... onun eşqini Qanın 

coşması bil, boş əyləncə say. Gənclərə 

dəb düşüb indi vurulmaq. 

175 

downloaded from KitabYurdu.org




Uilyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

İlk bahar gələndə, bənövşə kimi, 

Tez açıb, tez solar onun sevgisi, 

Ətri, gözəlliyi bir anlıq olar. 

Çox çəkməz. 

Of e li ya .  Çox çəkməz? 

La e r t .  

İnan, çox çəkməz. 

Yalnız əzələylə böyümür bədən, - 

Bu məbəd böyüyüb yekələndikcə 

Ağlın da, qəlbin də artır xidməti. 

Bəlkə də, o sevir səni ürəkdən

Niyyəti təmizdir, məhəbbəti saf, 

Fəqət sən hər zaman ehtiyatlı ol. 

ünutma, yüksəkdir onun mövqeyi, 

Lakin hakim deyil özü özünə. 

Hissinin, qəlbinin əsiridir o, 

Öz arzusu ilə, öz zövqü ilə 

Adi adamlartək hərəkət etmir. 

Bütün bu dövlətin müqəddəratı 

Asılıdır onun hər bir işindən. 

Onun sevgisi də, məhəbbəti də 

Dövlətin xeyrini güdməlidir, bil. 

Başında öz fikri olmur prinsin

Başqa bədənlərə o, başdır ancaq. 

Hərgah gəlib desə: sevirəm səni, 

İnanma, ağılla götür-qoy elə: 

Dura biləcəkmi sözünün üstdə, 

Məşhur əyanlan Danimarkanın 

Razı olacaqmı bir gör onunla. 

Düşün, hansı bəla gözləyir səni?! 

Əgər onun sevgi nəğmələrinə 

İnanıb ləkəsiz qəlbini versən, 

O boş, zəhlətökən uydurmalara 

Açsan saf eşqini xəzinə kimi, 

Bil ki, şərəfini itirəcəksən. 

Ondan, Ofeliya, qorx, əziz bacım. 

Hissini qəlbində boğmağı bacar, 

 

176 

downloaded from KitabYurdu.org




Bu qorxunc sevgidən uzaq ol, uzaq. 

Aya göstərirsə gözəlliyini, 

Qız üçün bu özü ədəbsizlikdir. 

Saflığa həmişə ləkə tez düşür. 

Hələ qönçədəykən yaz çiçəkləri, 

Onları qurd yeyir hey için-için. 

Gəncliyin sübh şehi şəfəq saçanda 

Xəstəliyə düşmək dəhşətdir, dəhşət. 

Heç vaxt ehtiyatı buraxma əldən, 

Ehtiyat insana gözəl sipərdir. 

Bir səbəb olmadan qan dalğalanır, 

Gənclik ehtirası od tutub yanır. 

Of e li ya .  

Bu gözəl öyüdün gözəl mənası 

Gözətçi olacaq könlümə hər vaxt. 

Ancaq, əziz qardaş, göyə ucalan 

Sıldınmh yolu mənə göstərib, 

Özü gül-çiçəkli cığırla gedən, 

Verdiyi öyüddən utanmaz, məlun, 

Günahlar törədən bir keşiş olma. 

La e r t .  

Qardaşına inan. Mən çox dayandım. 

Aha, atamız da gəlir, odur, bax. 

(Poloni daxil olur.) 

İki dəfə almaq xeyir-duanı Özü də 

ikiqat bir səadətdir. 

Təzədən ayrılmaq qismətmiş bizə. 

P ol oni .  

Hələ də burdasan? Laert, bu nədir! 

Yola düş, yola düş, tez ol, ayıbdır! 

Yelkənin çiyninə qonubdur külək, 

Sənin gəlməyinə mətəldir hamı. Apar 

özün ilə xeyir-duamı, 

Oğlum, bu sözlərim qalsın yadında: 

Sirrini heç kimə açıb söyləmə, 

Heç vaxt düşünmədən görmə bir işi. 

Sadə, mehriban ol, ancaq heç vədə 



177 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

İnanıb hamıyla yaxınlıq etmə. 

Sınanmış, vəfalı dostlarını sən 

Polad tellər ilə qəlbinə bağla 

Hər nadan tanışla, dönük yoldaşla 

Görüşüb əlini qabar eyləmə. 

Dalaşmaqdan çəkin, dalaşsan əgər 

Möhkəm dur, rəqibin səndən çəkinsin. 

Çox eşit, çox dinlə, fəqət az danış. 

Hamının birbəbir öyrən fikrini

Lakin öz fikrini gizlə hamıdan. 

Pul kisənə görə sən geyin-kecin, 

Fəqət təmtərağa, dəblərə uyma. 

Çox vaxt paltarıyla tanınır insan. 

Fransada isə nəcib kübarlar 

Bu işdə olduqca tələbkardılar. 

Nə borc al, nə borc ver; çünki borc versək, 

Həm pulu, həm dostu itirərik biz. 

Borc alsaq, heç olar qənaətimiz. 

Özünə sadiq ol hər şeydən əvvəl, - 

Gecənin dalınca gələn gündüztək 

O zaman hamıya sadiq olarsan. 

Yaxşı yol, unutma nəsiyyətimi. 

L a e r t. 

Sizdən ayrılıram istəməsəm də. 

P ol oni .  

Vaxt tələb eləyir, dayanma, oğlum, 

Xidmətçilər səni gözləyir çoxdan. 

L a e r t. 

Sağ ol, Ofeliya, qulaqlannda 

Sözümü sırğa et. 

Of e li ya .  

Qəlbimdə ləltək 

Gizləyib, qəlbimi qıfillamışam. 

Onun açarını özünlə apar. 

L a e r t. 

Sağ-salamat qalın. 

Gedir. 

 

178 

downloaded from KitabYurdu.org



Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə