Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə42/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   38   39   40   41   42   43   44   45   ...   189

Siz öz arzunuza çatacaqsınız. 

Dünyada nə varsa, nə mümkündürsə, 

Onu heç vaxt sizdən əsirgəmərəm. 

Danimarka taxtı atanız üçün Əllərin ağıza, 

başın ürəyə Xidmət etdiyindən az xidmət 

etmir. 


Deyin arzunuzu! 

La e r t .  

Böyük hökmdar, 

Lütf edin, qayıdım mən Fransaya. 

Bu şanlı tacqoyma mərasimində Sizə 

göstərməkçün məhəbbətimi Mən özüm 

oradan gəldim vətənə. 

Etiraf edim ki, indi yenidən Fikirlər, arzular, 

vəzifə borcu Məni Fransaya çəkir birbaşa. 

Təvəqqe edirəm, icazə verin. 

Kra l.  Atanız nə deyir, razılaşırını? 

P ol oni .  

Hökmdar, o, sonsuz yalvarışıyla Məni 

cana yığdı, təngə gətirdi. 

Nəhayət, razılıq verdim mən ona. 

Xahiş eyləyirəm, izin veriniz. 

Kra l.  

Clğur olsun, Laert, öz vaxtınızı Necə 

istəyirsiz, elə keçirin. 

Hə, indi əzizim, mehriban Hamlet, 

Ey mənim qohumum, ey mənim oğlum... 

H a m le t  



{kənara).

 

Qohumdan çox yaxın, oğuldan uzaq. 

Kra l.  Yenə qəm buludu alıb üzünü? 

H a m l e t .  

Əksinə, hökmdar, şadlıq günəşi Onu daha 

artıq nura qərb edib. 

Kra li ça .  

Ah, Hamlet, gecətək tökmə qaş-qabaq, Krala 

səmimi bir dost təki bax. 



167 

downloaded from KitabYurdu.org




Ullyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Gözünü zilləyib sən nə vaxtacan 

Atanı torpaqda axtaracaqsan? 

Bilirsən, əzəldən dünya belədir. 

Canlılar öləcək, bax təbiətə, 

Hamı bir-bir köçür əbədiyyətə. 

H a m le t .  Hə, dünya belədir. 

Kra li ça .  

Bəs nədən sənə 

Bu matəm görünür təkcə, yeganə?! 

H a m le t .  

Görünür! Yox, xanım, düzü, belədir. 

“Görünür?!” sözünü bilmirəm qəti. 

Nə qara plaşım, nə yas paltarım, 

Nə acı fəryadım, sonsuz göz yaşım, 

Nə də ki üzümü tutan qəm-kədər, 

Dünyada əzabı, dərdi əks edən 

Heç bir şey, heç bir şey mənim qüssəmi 

Heç vaxt həqiqətən göstərə bilməz. 

“Görünmək”, bu özü bir tamaşadır, 

Bunu hər bir adam oynaya bilər. 

Mənim qəlbimdədir dərdim, möhnətim, 

Göstərmək deyildir onu adətim. 

Kra l.  


Atana bu qədər yas saxlamağın 

Tərifəlayiqdir, gözəldir, Hamlet, 

Fəqət bilməlisən, sənin atan da, 

Onun atası da atalarını 

Taleyin hökmüylə itirib bir vaxt. 

Oğulluq borcudur, atamız üçün 

Biz gərək bir müddət matəm saxlayaq. 

Ancaq ömür boyu qəmə qərq olub 

Yas içində qalmaq günahdır, inan. 

Kişiyə yaraşmaz belə bir kədər. 

Bu kədər iradə zəifliyini

Ağıl azlığını, qəlb korluğunu, 

Avamlığı aydın göstərir, oğlum. 

Ən adi, təbii bir hadisətək 

 

168 

downloaded from KitabYurdu.org




Olacaq bir işə zidd çıxıb nədən Deyinək, 

biz onun dərdini çəkək? 

Yox, yox, bu günahdır göylər önündə

Təbiət önündə, mərhum önündə, Dünya 

yaranandan bu günə kimi Ölən ataların 

cənazəsini “Belə olmalıdır” sözləri ilə 

Qəbrə yola salan insan ağlının 

Qarşısında böyük bir qəbahətdir. 

Bu sonsuz kədəri dəfn et torpağa

Bu gündən özünə ata say bizi. 

Qoy aləm bilsin ki, bu tacın-taxtın Ən 

yaxın adamı sənsən dünyada. Oğluna 

ən böyük sevgi bəsləyən Atadan mən 

səni az sevməyirəm. Təhsilini davam 

eyləmək üçün Vittenberqə getmək 

niyyətindəsən. 

Bu heç cür yatmayır ürəyimizə. 

Ey əziz oğlumuz, vəliəhdimiz! 

Xahiş eyləyirik, dəyiş fikrini, 

Gözümüz önündən getmə uzağa, Sənin 

hər qayğını çəkək özümüz. 

Kra li ça .  

Qoyma yerə düşsün ananın sözü, 

Getmə, bizimlə qal, burda qal, Hamlet. H a m le t .  

Sizə tabe olmaq borcumdur, xanım. Kra l.  

Bu necə də həlim, gözəl cavabdır. 

Ev sənindir, oğlum. Xanım, gəl gedək. 

Hamletin bu zərif, qəşəng sözləri 

Mənim ürəyimə sevinc gətirdi. 

Bunun şərəfinə badə içəndə Hər 

qədəhdən sonra top nərələri Gərək 

buludlan lərzəyə salsın. 

Yerdə çaxan şimşək göylərdə bu gün 

Əks-səda versin. Gəlin gedəyin. 



(Hamletdən başqa hamı gedir.)

 

169 

downloaded from KitabYurdu.org



Uilyam Şolıspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

H a m le t .  

Ah, insan bədəni, necə möhkəmsən! 

Əriyib dönmürsən göz yaşlanna. 

Ey qadir yaradan, intihan kaş 

Yasaq etməyəydin biz insanlara. 

İlahi, ilahi! Mənə bu dünya 

Necə də mənasız, miskin görünür. 

Hər yanda rəzalət, hər yanda dəhşət! 

Baxımsız bağçanı kol-kos basantək, 

Əclaflıq, alçaqlıq tutub dünyanı. 

Bu iş nə tez oldu, nə cür baş verdi! 

İki aydır ölüb, iki ay olmaz. 

Elə gözəl kral, nəcib bir insan... 

O, günəş Allahı Apollon idi, 

Bu, içki tannsı yaramaz Satir. 

O mənim anamı elə sevirdi, 

Qoymurdu üzünə meh də toxunsun. 

Ey yerlər, ey göylər, yada salımmı? 

Atamın boynuna sarmaşıb anam, 

Ona məftunluqla baxar, baxardı, 

İndisə aradan bircə ay keçmiş... 

Bunu düşünməsəm daha yaxşıdır. 

Qadınlar, qadınlar, sizin adınız 

Etibarsızlıqdır aləmdə yalnız. 

Bircə ay! Matəmli Niobeyatək 

Göz yaşı içində mərhum atamın 

Tabutu dalınca getdiyi zaman 

Geydiyi başmaqlar köhnəlməmişdən 

O qadın, o anam, aman İlahi- 

Ağılsız, duyğusuz vəhşilər belə 

Ondan daha artıq yas saxlayardı. 

O mənim əmimə ərə gedibdir. 

Gör kimə? Atamın öz qardaşına. 

Mənim Herkulesə bənzədiyimtək 

Onun da atama bənzəri vardı. 

Ancaq tək bircə ay! Saxta göz yaşı 

Hələ qurumamış yanaqlarında 

 

170 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə