Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə38/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   34   35   36   37   38   39   40   41   ...   189

Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

ü ç ü n c ü   k e ş i k ç i .  

Bu rahib ağlayır-sızlayır elə; 

Təzəcə çıxırdı qəbiristanlıqdan, 

Tutub ondan aldıq bu lingi, beli. 

B i r i n c i   k e ş i k ç i .  

Onu da saxlayın, çox şübhəlidir. 

Hersoq öz məiyyeti ile daxil olur. 

H e r s o q .  

Hansı bədbəxtlikdir belə sübh tezdən 

Səhər yuxusundan eləyən bizi? 



Kapuletti, ledi Kapuletti və başqaları daxil olurlar. 

K a p u l e t t i .  Bu nə qışqırıqdır, bu nə şivəndir? 

L e d i   K a p u l e t t i .  

Camaat bağırır Romeo deyə, 

Bəzisi Cülyetta, bəzisi Paris. 

Hamı da küçəylə haray çəkərək Bizim 

sərdabəyə qaçır birbaşa. H e r s o q .  Qəlbləri 

titrədən bu dəhşət nədir? B i r i n c i   k e ş i k ç i .  

Hökmdar, biz burda qraf Parisin, 

Həm  də  Romeonun  nəşini  tapdıq. 

Cülyetta  əvvəldən  dəfn  olunsa  da, 

Təzə öldürülüb, canı istidir. 

H e r s o q .  Vəhşi caniləri axtann, tapın. 

B i r i n c i   k e ş i k ç i .  

Mərhum Romeonun xidmətçisi də, 

Rahib də burdadır. Onlarda qəbri Söküb açmaq 

üçün alət də vardır. K a p u l e t t i .  

Oh, ya rəbb! Oh, zövcəm! 

Bir bax, bir bax, gör, 

Qızımızı necə qan apanbdır! 

Bu  xəncər  yanılıb!  -  Onun  boş  qını 

Odur  Montekkinin  kəmərindədir.  - 

Sancılıb köksünə mənim qızımın. 

 

148 

downloaded from KitabYurdu.org



L e d i   K a p u l e t t i .  

Ah, yazıq halıma! Bu qorxunc səhnə 

Qorxunc, vahiməli ölüm zəngitək 

Məzara səsləyir qocalığımı. 



Montekki və başqaları daxil olurlar. 

H e r s o q .  

Montekki, tez qalxdın sən tək oğlunun 

Çox tez yatdığını görmək üçünmü? M o n t e k k i .  

Ah, sinyor, bu gecə öldü arvadım, 

Dözmədi oğlumun ayrılığına. 

İndi hansı bəla gözləyir məni? 

H e r s o q .  Özün bax. 

M o n t e k k i .  

Ah, oğlum! Əbədi atdın, 

Məzara tələsdin atandan qabaq! 

H e r s o q .  

Necə ki, bu sirri öyrənməmişik, 

Şikayət etməyin, nalə çəkməyin, Tamam 

möhürləyin ağzınızı siz. 

Əslini, kökünü öyrənən kimi, 

Özüm nalənizə başçılıq edib, 

Sizinlə gedərəm ölümə hətta. 

Hələlik dayanın, səbirli olun, 

Dərdiniz qul olsun hövsələnizə. 

Şübhəli şəxsləri gətirin indi. 

L o r e n s o .  

Bu müdhiş qətldə, bu cinayətdə Suçum 

az olsa da, ən əsas mənəm. Zaman, məkan mənə zidd 

olduğundan Ən çox şübhəli də elə mənəm, mən. 

Burda müttəhimtək, ittihamçıtək Durub mən özümü 

həm məhkum edib, Həm də ki təmizə çıxarmalıyam. 

H e r s o q .  Danış birdəfəlik bildiklərini. 



149 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Qısa deyəcəyəm. Qısaca ömrüm 

üzun hekayəlik qalmayıb artıq, 

Bu ölən Romeo bu Cülyettanın 

Halal əri idi, Cülyetta isə 

Sadiq zövcəsiydi bu Romeonun. 

Onlara gizlicə mən kəbin kəsdim, 

Tibalt öldürüldü həmin o günü. 

Bu vaxtsız ölümün nəticəsində 

Romeo buradan sürgün olundu, 

Cülyetta ağlayıb sızıldayırdı 

Tibalt üçün deyil, Romeo üçün. 

Siz dağıtmaq üçün onun dərdini 

Tezcə nişanlayıb, onu zor ilə 

Vermək istədiniz qraf Parisə. 

Cülyetta bu zaman gəldi yanıma, 

Vəhşi baxışıydı onun baxışı. 

İkinci nikahdan qurtarmaq üçün 

Yalvarıb, o məndən əlac istədi. 

Dedi: tapılmasa bir çarə, əgər, 

Hücrəmdə özünü öldürəcəkdi. 

Çoxdan öyrəndiyim, çoxdan bildiyim 

Bir yuxu dərmanı verdim mən ona. 

Bu dərmanı içib yatan hər bir kəs 

Heç nəylə seçilmir ölmüş adamdan. 

Budur öz hökmünü göstərib qıza. 

Onda Romeoya məktub yazdım ki, 

Bu qorxunc gecədə gəldiyi kimi

Özünü yetirsin bir an içində. 

Elə ki, gücünü itirdi dərman, 

Elə ki, yuxudan ayıldı xanım, 

Məzardan çıxanb aparsın onu. 

Məktubu aparan rahib Covanni Bir 

nəhs təsadüfdən ləngidi ancaq. 

Məktubu qaytardı mənə bu axşam. 

Cülyetta yuxudan duranda onu 

Türbədən çıxarıb aparmaq üçün 

 

150 

downloaded from KitabYurdu.org



Özüm təkcə gəldim qəbiristanlığa. 

İstədim münasib bir imkan tapıb, 

Romeoya xəbər verənə qədər Gizlicə 

saxlayım onu hücrəmdə. 

Fəqət mən gələndə - qız ayılmağa Bir neçə 

dəqiqə qalırdı yalnız - Alicənab Paris, sadiq 

Romeo Artıq ölmüşdülər bu sərdabədə. 

Cülyetta ayıldı, xahiş etdim ki, 

Taleyin amansız, bəd rəftarına Səbirlə 

dözərək getsin mənimlə. 

Bu vaxt səs-küy qalxdı, qorxdum, doğrusu, 

Qaçıb gizlənməyə məcbur oldum mən. 

Böyük ümidsizlik, möhnət içində O qaldı, 

getmədi mənimlə birgə. 

Görünür, sonradan intihar edib. 

Mənim bildiklərim bütün bunlardır. 

Bu gizli nikahı bilir dayə də. 

Cüzi suçum varsa bu fəlakətdə, 

Qalsa da ömrümün son saatları, 

Ədalət naminə qoy ahıl canım Müqəddəs 

qanuna qurban verilsin. 

H e r s o q .  

Müqəddəs saymışıq səni hər zaman. 

Ham Romeonun xidmətçisi bəs? 

O bizə bu haqda nə deyə bilər? 

B a l t a z a r .  

Gedib Mantuyaya, Cülyettanın mən Ölüm 

xəbərini verdim ağama. 

Tələsik atları çaparaq gəldik Biz həmin bu 

yerə, bu sərdabəyə. 

Əmr etdi: atama ver bu məktubu. 

“Get, burda dayanma” deyə qəzəblə Məni 

ölüm ilə hədələdi o. 

Sonra məqbərənin girdi içinə. 



151 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə