Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə36/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   32   33   34   35   36   37   38   39   ...   189

Uilyam Şckspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

P a r i s .  

Örtüm yatağını güllərlə, ey gül! 

Yorğanın daşlardır, döşəyin torpaq. 

Sənin məzarını şeh ilə deyil

Odlu göz yaşımla yuyaram ancaq. 

Bu fani dünyada necə ki, varam, 

Hər gecə üstündə ağlar, ağlaram. 



Nökər fit çalır. 

Oğlan xəbər verir, nəsə var demək, 

Hansı avaradır gələn bu gecə

Mənim matəmimi gör pozur necə?! 

Əlində məşəl var?! Gizlənim gərək. 

Gizlənir. Romeo ilə Baltazar əlində məşəl, 

ling və külüng daxil olurlar. 

R o m e o .  

O lingi, külüngü mənə ver, tez ol. 

Götür bu məktubu, saxla bir yerdə, 

Onu səhər tezdən atama çatdır. 

Məşəli mənə ver. Ancaq sən canın, 

Nə səsimi eşit, nə üzümü gör, 

Get burdan, işimə mane olma gəl. 

Zövcəmin üzünü görməkdən ötrü 

Ölüm yatağına girirəm indi. 

Onun barmağında məzara gedən 

Qiymətli üzüyü çıxanm gərək, Mühüm bir iş üçün 

mənə lazımdır. Odur ki, get burdan, dayanma 

artıq. Əgər geri dönüb sən məni pussan, Allaha 

and olsun, səni doğrayıb, Səpəcəyəm bütün 

tikələrini Bu acgöz, bu doymaz qəbiristanlığa. Bu 

zülmət gecətək qorxunc qərarım Tufanlı dənizdən, 

ac bir pələngdən Daha amansızdır, daha 

qəddardır. B a l t a z a r .  Gedirəm, mən sizə mane 

olmaram. 

 

140 

downloaded from KitabYurdu.org




R o m e o .  

Onda dostluğunu sübut edərsən. 



(Ona pul verir). 

Al. Xoşbəxt ol, sağ ol, ey yaxşı adam. B a 

11 a 

Z a r 


(kənara).

 

Yox, burda dayanıb gözləyim xəlvət. 



Baxışı müdhişdir, niyyəti dəhşət. 

R o m e o .  



(Gizlənir.) 

Ey ölümün acgöz mədəsi, məzar, 

Dünya gözəlini uddun sən, murdar! 

İylənən ağzını açıb mən indi 

Sənə təzə yemək yedirəcəyəm! 

(Sərdabəni açır.) 

P a r i s .  

Bu ki sürgün olmuş o Montekkidir. 

Qaynımı öldürdü, qardaş dərdindən 

Cülyetta ağlayıb, köçdü dünyadan. 

O rəzil burada dolanır niyə, 

Qəlib ölüləri təhqir etməyə? 

Onu tutacağam. 



(İrəli çıxır). 

Dayan, ey alçaq! 

İndi də ölüdən qisas alırsan? Sürgündən 

qaçıbsan, dustaqsan mənə. Tabe ol, gəl 

gedək, sən ölməlisən. 

R o m e o .  

Düzdür, ölməliyəm, gəldim bununçün. 

Çıx get, əziz cavan, toxunma mənə, 

Qəl sınağa çəkmə bu divanəni. 

Düşün öldürdüyüm bu gənclər haqda, 

Onların bu acı taleyindən qorx. 

Dayan, cin atına mindirib məni, 

Sən məni yenidən günaha salma. Allaha 

and olsun, ey nəcib oğlan, 



141 

downloaded from KitabYurdu.org




Uilyam Şckspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Mən səni özümdən artıq sevirəm. 

Buraya gəlmişəm silahlanaraq 

Yalnız öz-özümdən qisas almağa. 

Qaç burdan, get yaşa, sonra de, fəqət, 

Bir dəli eylədi mənə mərhəmət. 

P a r i s .  

Andın da, sözün də iyrəncdir, iyrənc. 

Mən səni tuturam bir cani kimi. 

R o m e o .  

Meydan oxuyursan sən mənə, oğlan? 

Eləsə, möhkəm dur indi yerində. 

 

N ö k ə r .  



Vuruşurlar. 

Aman Allah, onlar vuruşurlar ki, 

Gedim, tez çağırım keşikçiləri. 

(Gedir.) 

P a r i s  



(yıxılır

).

 

Ölürəm, qəbri aç, insafın varsa, Məni 

Cülyettanın yanına uzat. 

R o m e o .  

(Ölür.) 

Səni bu arzuna çatdıraram mən. 

Qoy baxım üzünə, Merkusionun 

Yaxın qohumudur, qraf Parisdir! 

Xidmətçim nə dedi, biz yol gələndə? 

Onu dinləmədim həyəcanımdan. 

Mənə elə gəlir o mənə dedi: 

Paris Cülyettayla evlənəcəkdir. 

Belə dedi, yoxsa yuxu görürdüm? 

Bəlkə Cülyettadan danışdığından 

Ağlımı itirib belə düşündüm? 

Sən ey bədbəxtliyin qəm kitabına 

Adı mənim ilə birgə yazılan, 

Əlini mənə ver! Dəfn edəcəyəm 

Səni əzəmətli bir məzara mən. 

142 

downloaded from KitabYurdu.org




Məzara? Ah, yox, yox, işıqlı qəsrə, 

Çünki Cülyetta da burda uyuyur. 

Onun gözəlliyi bu sərdabəni Ziyafət 

zalıtək nura qərq edir. 

Di yat, ey ölünün gömdüyü ölü! 

(Parisi sərdabəyə uzadır.) 

Ölüm ayağında insanlar bəzən Sevinib 

gülürlər. Ölümqabağı Şimşək adlandırır 

görənlər bunu. 

İndi o sevinci duyuram mən də. 

Ah, mənim sevgilim! Ah, mənim zövcəm! 

Ölüm nəfəsini içdi bal kimi, 

Toxuna bilmədi hüsnünə, ancaq. 

Sən tabe deyilsən, məğlub deyilsən. 

Gözəllik bayrağı nur saçır yenə Lalə 

yanağında, gül dodağında. 

Onlara ölümün solğun bayrağı Hələ ki, 

hələ ki, sancılmayıbdır. 

Sən qanlı kəfəndə burdasan, Tibalt? 

İndi güldürərəm qəmli ruhunu: 

Sənin gəncliyini məhv edən əllə Sənin 

düşmənini öldürərəm mən. Bağışla, 

bağışla məni, qardaşım! 

Ah, əziz Cülyetta, əziz sevgilim, 

Nə üçün sən yenə belə qəşəngsən? Yoxsa 

ölüm sənə aşiq olubdur?! 

Yoxsa o riyakar, mənfur, yırtıcı Səni 

məşuqətək saxlayır burda? 

Necə də dəhşətdir bunu düşünmək! 

Mən də qalacağam səninlə birgə, 

Heç vaxt bu zülmətdən çıxmayacağam. 

Burda sənin təzə qulluqçuların Qurdlarla 

birlikdə olacağam mən. 

Əbədi dincliyim, istirahətim Burda bu 

saatdan başlanacaqdır. Dözülməz yükünü 

nəhs ulduzların Burda atacağam yorğun 

çiynimdən. 



143 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə