Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə35/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   31   32   33   34   35   36   37   38   ...   189

B a 11 a z a r. 

Cülyetta yaxşıdır, heç də pis olmaz. 

Onun cənazəsi uyuyur indi 

Kapulettilərin sərdabəsində, 

Ruhu mələklərin arasındadır. 

Tabutun içində gördüm mən onu, 

Qaçdım o dəqiqə sizə xəbərə. 

Bu qara xəbərçün əfv edin məni, 

Əvvəldən özünüz tapşırmışdınız, 

Vaxtında mən bunu danışmalıydım. 

R o m e o .  

Necə belə oldu? Oh, ey ulduzlar, 

Sizi döyüşlərə çağırıram mən... 

Evə qaç, mənə tap mürəkkəb, kağız. Bu 

gecə gedirəm, at kirayə et. 

B a 11 a z a r. 

Cənab, yalvanram, səbirli olun. 

Gözləriniz yanır, rənginiz qaçıb, 

Belə hal bədbəxtlik gətirər, ancaq. 

R o m e o .  

Boş şeydir, boş sözdür, sən yanılırsan. 

İndi get, əməl et dediklərimə. 

Bəs sənə rahib bir məktub vermədi? 

B a 11 a z a r. Xeyr, əziz ağa. 

R o m e o .  

Mənası yoxdur. 

Di get, at hazırla, indi gəlirəm. 

Baltazar gedir. 

Cülyetta, bu gecə birgə yatanq. 

Mən sənin yanına necə gəlim bəs? 

Oh fəlakət, nə tez şeytan kimi sən 

Qəlbinə girirsən ümidsizlərin! 

Dayan, bir əczaçı düşdü yadıma. 

Bax, bu aralıqda yaşayır fağır, 

Gördüm bu günlərdə, andır paltarda 



135 

downloaded from KitabYurdu.org




 

Uilyam Şcfıspir 



DÜNYA ƏDƏBİYYATI KIASSİKIƏRİ

 

 

Əyləşib seçirdi dərman otları. 



Üzündən, gözündən əzab yağırdı. 

Amansız yoxsulluq, zalım ehtiyac 

Bir dəri, bir sümük etmişdi onu. 

Kasıb dükanında bədbəxt qocanın 

Həm bağa, həm timsah müqəvvaları, 

Həm də başqa dəniz canlılannın 

Qorxunc dəriləri asılmışdı hey. 

Rəflərdə toz basmış bomboş qutular, 

Yaşıl gil dibçəklər, bağlı kisələr, 

Çürümüş toxumlar, sap qınqlan, 

Dağılmış azca gül həbləri vardı. 

Bu miskin səhnəni görüb düşündüm: 

Mantuyada zəhərsatan adama 

Verilsə də ağır ölüm cəzası, 

Zəhər lazım olsa əgər bir kəsə, 

Bu bədbəxt dilənçi satar, yəqin ki. Necə 

də yerində düşünmüşəm mən! Kömək 

etməlidir indi o mənə. Deyəsən, bu 

daxma onun evidir. 

Hə, bu gün bayramdır, dükan bağlıdır. 

Ey, ey əczaçı, ey! 

Əczaçı daxil olur. 

Ə c z a ç ı .  Kimdir bağıran? 

R o m e o .  

Bura gəl, görürəm kasıbsan, kişi. Al bu 

qırx qızılı, bir az zəhər ver; Elə bir zəhər 

ki, ildırım kimi Yayılsın bütün qan 

damarlarına, Bir anda dincəlsin həyat 

yorğunu. Topun lüləsindən çıxan 

güllətək İnsanın ağzından çıxsın nəfəsi. 

Ə c z a ç ı .  



136 

Belə ağı vardır, qanunu pozmaq, Onu 

Mantuyada satmaq ölümdür. 

downloaded from KitabYurdu.org




R o m e o .  

Sən belə bir lütkən, belə bədbəxtkən 

Ölümdən qorxursan? Yazıq zavallı, 

Aclıq məzar qazıb yanaqlarında, 

Gözlərindən yağır əzab, ehtiyac, Təhqir, 

dilənçilik əyib qəddini. 

Bu dünya, dünyada olan qanunlar Sənə 

əzəl gündən qənim kəsilib. 

Sənə var verəcək bir qanun yoxdur. 

Bəsdir dilənçilik, poz bu qanunu, 

Götür qızılları, bir sən də varlan. 

Ə c z a ç ı.  Razı mən deyiləm, yoxsulluğumdur. 

R o m e o .  

Bilirəm, bunları mən də sənə yox

Verirəm tək sənin yoxsulluğuna. 

Ə c z a ç ı .  

Bunu istədiyin mayeyə tök, iç. 

İyirmi adamın gücü, qüvvəti Səndə olsa 

belə, yenə o saat Səni o dünyaya 

göndərəcəkdir. 

R o m e o .  

Buyur, bu da qızıl, insan qəlbini 

Dağlayan, məhv edən ən kəskin zəhər, 

Bu əclaf dünyada vecsiz ağıdan Daha 

çox cinayət törədən qatil. 

Sən deyil, mən satdım sənə zəhəri. 

Yemək al, cana gəl. Artıq əlvida! 

Gəl, şəfa dərmanı, xilaskarım ol. 

Əziz Cülyettanın məzarında mən 

Görəcəyəm sənin zövqünü, hökmən. 



Gedirlər. 

137 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

İKİNCİ SƏHNƏ



 

Rahib Lorensonun hücrəsi. 

Rahib Covarmi daxil olur. 

C o v a n  n i .  Müqəddəs atamız, qardaşım, e hey! 



Rahib Lorenso daxil olur. 

L o r e n s o .  

Rahib Covanninin səsidir bu səs. Mantuyadan 

gəldin? Tez danış görüm, Romeo nə dedi? 

Məktub vermədi? 

C o v a n n i .  

Xəstələrə baxan, o yalınayaq Rahiblə 

birlikdə getmək istədim. 

Onu soraqlaşıb tapdım evində. 

Bu vaxt gəldi tibbi nəzarətçilər, 

Taun düşən evdə olduğumuzdan, 

Müdhiş yoluxmadan şübhələnərək Bizi 

qoymadılar çıxaq bayıra, 

Qapını bağlayıb möhürlədilər. 

Daha Mantuyaya gedə bilmədim. 

L o r e n s o .  

Yaxşı, necə oldu, Romeo üçün Yazdığım 

məktubu kim apardı bəs? 

C o v a n n i .  

Göndərə bilmədim, budur, məndədir. 

Qorxunc yoluxmanın zəhmindən onu, 

Bir adam tapmadım, qaytarım sənə. 

L o r e n s o .  

Ah, uğursuz tale! Dinimiz haqqı, 

Məktubda çox vacib bir xəbər vardı. 

Onun yolda bu cür ləngidilməsi, 

Çox böyük fəlakət törədə bilər. Covanni, 

qardaşım, get, mənə ling tap. Tez gətir 

hürcəmə. 

138 

downloaded from KitabYurdu.org




C o van ni. Yaxşı, bu saat. 

Gedir. 

İndi sərdabəyə tək getməliyəm. 

Cİç saatdan sonra qəşəng Cülyetta 

Ölüm yuxusundan ayılacaqdır. Romeo 

bir xəbər bilmədiyiçün O mənə lənətlər 

yağdıracaqdır. Yenə Mantuyaya 

məktub yazaram. Romeo buraya gələnə 

kimi Cülyetta hücrəmdə qalar gizlicə. 

Ah, yazıq qızcığaz ölü diyarda İndi 

diri-diri yatır məzarda. 



Gedir. 

ÜÇÜNCÜ SƏHNƏ

 

Qəbiristanlıq. Kapnlettilərin sərdabəsi. 

Paris ile elində gül ve meşəl gətirən nökər 

daxil olurlar. 

P a r i s .  

Məşəli mənə ver, çəkil bir yana. 

Yox, söndür məşəli, məni görərlər. 

Get, o ağacların altında uzan, 

Söykə qulağını bir çuxur yerə. 

Torpaq bomboş olur qəbiristanlıqda, 

Addım atılantək eşidəcəksən. 

Bir səs gələn kimi o saat fit çal, 

İndisə mənə ver sən o gülləri. 

Di get, əməl eylə dediklərimə. 

N ö k ə r  

{kənara). 

Tək qalmaq dəhşətdir qəbiristanlıqda. 

Qorxuram, neyləyim, əlacım nədir?! 

Gedir. 

139 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə