Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə32/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   28   29   30   31   32   33   34   35   ...   189

Uilyam Şckspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Cü ly e t t a .  

Mən özüm kilsədə gördüm qrafı, 

Ədəb və nəzakət dairəsində 

Ona mehribanlıq, hörmət göstərdim. 

Ka pu le t t i.  

Bax, belə, çox yaxşı. Di ayağa dur. 

Əvvəldən sən bu cür olmalı idin. 

Görmək istəyirəm indi qrafı. 

Tez gedin, tez onu bura gətirin. 

Müqəddəs adamdır, vallah, bu rahib, 

Ona hörmət etmir xalq nahaq yerə. 

Cü ly e t t a .  

Mənim otağıma gəl gedək, dayə, 

Mənə kömək elə, birlikdə seçək 

Sabah geyəcəyim toy paltarını. 

Le di  Ka pu l e t t i.  

Yox, sabah nə üçün? Tələsmə, qızım, 

Cümə axşamına hələ xeyli var. 

Ka pu le t t i.  

Dayə, onunla get. ünutmayın ki, 

Sabah olmalıyıq mütləq kilsədə. 



Cülyetta ilə dayə gedirlər. 

Le di  Ka pu l e t t i.  

İşlər öz vaxtında qurtarmayacaq, 

Axşama az qalır. 

Ka pu le t t i.  

Darıxma, arvad. 

Qaydaya salaram mən bütün işi, Sənsə 

Cülyettanın yanına tərpən. Ona 

bəzənməkdə bir köməklik et. 

Bu gecə bir an da yatmayacağam. Sən 

məni tək burax, xanımbq işi Bu dəfə 

qoy qalsın mənim öhdəmə. Ey, ey, 

hamı gedib? Heç eybi yoxdur, Qrafın 

yanına özüm gedərəm. Deyərəm 

sabaha hazırlaşar o. 

 

122 

downloaded from KitabYurdu.org



Belə yumşalması belə tərs qızın 

Qəlbimi olduqca sakitləşdirib. 



Gedirlər. 

ÜÇÜNCÜ SƏHNƏ

 

Cülyettanın otağı. 

Cülyetta ilə dayə daxil olur. 

Cü ly e t t a .  

Bəli, bax, o paltar ən yaxşısıdır. 

Ancaq bir ricam var, mehriban dayə, 

Gəl, məni bu gecə sən yalqız burax. 

Gərək sübhə qədər dua edəm ki, 

Göylər bağışlasın günahlarımı. 

Özün bilirsən ki, çoxdur günahım. 



Ledi Kapuletti gəlir. 

Le di  Ka pu l e t t i.  Artıq məşğulsunuz? Kömək eləyim? 

Cü ly e t t a .  

Yox, ana, biz sabah nə lazımdırsa 

Hamısını seçib hazırlamışıq. 

İndi izin verin, mən yalqız qalım. 

Aparın dayəni özünüz ilə

Bilirəm, bu gecə işiniz çoxdur, 

O sizə hər işdə kömək eləyər. 

Le di  Ka pu l e t t i.  

Gecən xeyrə qalsın, yatağa uzan, 

Dincəl, axı sənə dinclik gərəkdir. 



Ledi Kapuletti ile dayə gedirlər. 

Cü ly e t t a .  

Əlvida, əlvida! Bir Allah bilir 

Bir daha yenidən görüşərikmi? 



123 

downloaded from KitabYurdu.org




Uilyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Soyuq bir gizilti keçir canımdan, 

Vahimə dondurur qanımı artıq. 

Onları geriyə çağıracağam, 

Qoy gəlib təsəlli versinlər mənə. 

Dayə! Ah, o burda nə edəcəkdir? 

Bu ağır, bu müdhiş səhnəni gərək Mən təkcə 

oynayım. Gəl, gəl, ey şüşə! 

Birdən heç bu məlhəm təsir etmədi

Onda səhər ərə gedəcəyəmmi? 

Yox, yox! Bax, bu qoymaz. Sən burada dur. 

Xəncəri yanma qoyur. 

Bəlkə, bu zəhərdir. Rahib bicliklə Bunu 

hazırlayıb, məni öldürsün; 

Axı, gizlicənə Romeo ilə Mənim kəbinimi o özü 

kəsib, 

Bu iş açılarsa, biabır olar. 



Bəli, bu belədir, yox, belə deyil. 

O hər vaxt müqəddəs bir adam olub, 

Belə pis fikirlər ona yaraşmaz. 

Bəs birdən Romeo gəlib çıxmamış Məzarda 

oyansam, onda nə olsun? 

Bax, ən dəhşət budur, dözülməz budur! 

Məni öz Romeom aparmayınca Saf hava 

görməyən dar sərdabədə Pis iydən, qoxudan 

boğulmarammı? 

Hərgah mən sağ qalsam, bu mümkündürmü? 

Ölümün, gecənin qorxunc kölgəsi Qəbiristanlıq 

olmuş o qorxunc yerin Müdhiş dəhşətiylə, 

vahiməsiylə Başımdan huşumu almayacaqmı? 

Yüz illərdən bəri qədim sərdabə Saxlayır 

qoynuna gömülmüş mərhum Bütün əcdadımın 

sümüklərini. 

Ah, orda məzara təzə qoyulmuş Öz qanına 

qəltan bədbəxt Tibaltın Nəşi çürüməyə başlayıb 

indi. 

 

124 



downloaded from KitabYurdu.org


Gecənin bir vaxtı orda, deyirlər, 

Ölülərin ruhu gəzib-dolaşır. 

Bəs bunlar ağlımı çaşdırmayacaq? 

Əfsus, əfsus! Necə bu mümkün deyil! 

Əgər mən ayılsam, vaxtından qabaq, 

Ən murdar, ən iyrənc üfunətlərdən, 

Kökündən ayrılmış mandraqoranın 

İnsanı sarsıdıb dəli etdiyi Naləsitək 

qorxunc iniltilərdən Axı, necə dəli 

olmayacağam? 

Kim deyər, bu dəhşət əhatəsində Öz 

əcdadlarımın sümükləriylə 

Oynamayacağam mən dəli kimi? 

Tabutda iylənən yazıq Tibaltın Qanlı 

kəfənini cırmayacağam? Dəliliyin 

yüksək coşqun çağında Babamın ən iri 

bir sümüyünü Əlimə götürüb dəyənək 

kimi, 


Birdən öz kəlləmə çırpmayacağam? 

Oh, bax, bir bax! Mənə elə gəlir ki, 

Tibaltın ruhunu görürəm indi. 

Onu qılınc ilə vurub öldürən Romeonu 

gəzir, qisas axtarır. 

Dayan, Tibalt, dayan! Romeo, gəldim! 

Sənin sağlığına içirəm bunu. 

Şüşədəki dərmanı içib yatağa yıxılır. 

DÖRDÜNCÜ SƏHNƏ

 

Kapulettinin evində zal. 

Ledi Kapuletti ile dayə daxil olur. 

Le di  Ka pu l e t t i.  Götür açarları, ədviyyə gətir. 

Da y ə .  Xurma, heyva gərək pirojna üçün. 

125 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə