Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə34/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   30   31   32   33   34   35   36   37   ...   189

Silin göz yaşını, onun nəşinə Tər gül-çiçək 

səpin. Adətə görə, 

Gəlinlik paltarı geydirin ona. 

Kilsəyə aparın, vaxt itirməyin. 

Şüursuz təbiət ağladır bizi, 

Ağlımız güldürsün ürəyimizi. 

K a p u l e t t i .  

Toy şənliyi üçün bütün nə varsa

Gərək sərf olunsun matəmə, yasa. 

Çalğı alətləri yerinə bu gün Kədərlə 

səslənsin kilsə zəngləri. 

Ehsana çevrilsin qonaqlığımız, 

Qəmli ağı olsun şən təranələr, 

Tabuta tökülsün toy çiçəkləri. 

Qoy hər şey, qoy hər şey tərsinə dönsün! 

L o r e n s o .  

Senyor, indi gedin; senyora, siz də, 

Qraf, siz də gedin, hazırlaşın ki, 

Vaxtında dəfn edək mərhuməni biz. 

Haqqın arzusunu etsəniz inkar, 

Allahın da sizə qəzəbi tutar. 

Kapuletti, ledi Kapuletti, 

Paris və Lorenso 

gedirlər. 

B i r i n c i   ç a l ğ ı ç ı .   Həqiqətən,  biz  fleytalan  gizlədib,  buradan 

sürüşməliyik. 

D a y ə .   Gizlədin,  gizlədin,  nəzakətli  oğlanlar,  özünüz  görürsü-

nüz ki, bu ölüm necə ağır müsibətdir. 

(Gedir.)

 

B i r i n c i   ç a l ğ ı ç ı .   Bu  başım  haqqı,  bu  müsibətdə  də  bir  iş 



görmək olar. 

Piter gəlir. 

P i t e r .   Çalğıçılar!  Ey  çalğıçılar,  “Könlün  sevinci”,  “Könlün 

sevinci”  havasını  çalın.  Əgər  mənim  yaşamağımı  istəyirsinizsə, 

“Könlün sevinci”ni çalın. 

B i r i n c i   ç a l ğ ı ç ı .  “Könlün sevinci”ni niyə? 

131 

downloaded from KitabYurdu.org




Uilyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

P i t e r .  Ah, çalğıçılar, ona görə ki, mənim könlüm özü “Könlüm 

gəmlə  doludur”  havasını  çalır.  Siz  mənə  bir  şən  hava  çalın.  Bu 

bədbəxtə təsəlli verin. 

İ k i n c i   ç a l ğ ı ç ı .   Sizin  arzunuz  elə  ürəyinizdəcə  qalacaq.  İndi 

musiqi vaxtı deyil. 

P i t e r .  Deməli, siz çalmırsınız? 

Ç a l ğ ı ç ı l a r .  Xeyr! 

P i t e r .  Mən sizə yaxşı haqq verərdim. 

B i r i n c i   ç a l ğ ı ç ı .  Bizə nə verərdin? 

P i t e r .   Şübhəsiz,  pul  yox,  gülməli  bir  mahnı  verərdim.  Mən 

sizin üçün çalğıçı olardım. 

B i r i n c i   ç a l ğ ı ç ı . S ə n  bizim üçün çalğıçı olanda, mən də sənin 

üçün nökər olardım. 

P i t e r .  İndi mən öz iti nökər xəncərimi sizin başınıza vurub, kəl-

lənizi  musiqi  aləti  kimi  kökləyərəm.  Mənə  heç  bir  mizrab,  musiqi 

notları lazım deyil. Mən sizi re edərəm. Mən sizi fa edərəm! Siz məni 

eşidirsiniz? 

B i r i n c i   ç a l ğ ı ç ı .   Sən  bizi  re  eləsən,  sən  bizi  fa  eləsən,  özün 

bizi eşidərsən. 

İ k i n c i  ç a I ğ ı ç ı. Ey, xahiş edirəm, iti xəncərini qınına qoy, iti 

ağlını qınından çıxar. 

P i t e r .  Hə, belə oldu? Onda alın gəldi. İndi mən sizi polad kimi 

iti ağlımla xəncərsiz-zadsız öldürərəm. Kişisiniz, cavab verin! 

Ürək qəmlə bişəndə, 

Baş qüssədən şişəndə, 

Gümüş səsli musiqi. 

Mə  üçün  “gümüş  səsli”,  məhz,  “gümüş  səsli  musiqi”  deyiblər?  Ey 

Simon pişikyosunlu, birinci sən ağzını aç görək. 

B i r i n c i   ç a l ğ ı ç ı .  Açım da, ona görə ki, gümüşün qəşəng səsi 

var. 

P i t e r .  Çox yaxşı! Sən nə deyirsən, ey Hyu skripkagödən. 



İ k i n c i   ç a l ğ ı ç ı .  Mənim qandığıma görə, “gümüş səsli” deyirlər, 

onun üçün ki, çalğıçılara həmişə gümüş pul verirlər. 

P  i  t  e  r.  Bu  da  çox  yaxşı!  Bəs  sən  nə  deyirsən,  ey  Ceyms  səsda- 

ğarcığı? 

Ü ç ü n c ü   ç a l ğ ı ç ı .  Doğrusu, heç bilmirəm nə deyim. 

downloaded from KitabYurdu.org




P i t e r. A, sən məni bağışla. Lap yadımdan çıxıb. Axı, sən ancaq 

oxuyursan. Sənin yerinə mən cavab verərəm. Ona görə “gümüş səsli 

musiqi” deyirlər ki, çalğıçılara heç kim qızıl pul vermir. 

Gümüş səsli musiqi 

Bizə bir təsəllidir. 

Gedir. 

B i r i n c i   ç a l ğ ı ç ı .   Adə,  bu  nə  yaman  zəhlətökən  haramzadə 

imiş! 

İ k i n c i   ç a l ğ ı ç ı .  Qoy rədd olsun, Cek! Evə gedək. Dəfn məra-



siminə gələnləri gözləyək, onlarla birlikdə nahar edək. 

Gedirlər. 

133 

downloaded from KitabYurdu.org




 

Uilyam Şekspir 



DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

BEŞİNCİ PƏRDƏ 



BİRİNCİ SƏHNƏ

 

Mantuya, 

küçə. 

Romeo daxil olur. 

R o m e o .  

Yuxu doğrudursa, gördüyüm yuxu 

Vəd edir tezliklə şad xəbər mənə. 

Taxtında əyləşən padşah kimi, 

Köksümdə ürəyim elə rahatdır! 

Sanki, sirli bir ruh gəzdirir məni Bu 

gün bütün günü yer üzərində. 

Yuxuda gördüm ki, gəlib sevgilim, 

Mən isə ölmüşəm. Çox qəribədir, Ölü 

də yuxuda fikirləşərmiş. 

Gülüm birdən öpdü dodaqlarımdan, 

Mənə nəfəs gəldi, dirildim bu vaxt, 

Bütün kainata hökmdar oldum. 

Belə ki, gözəldir eşqin kölgəsi

Eşq özü, gör indi necə gözəldir! 



Baltazar ayağında çekmə daxil olur. 

Veronada nə var, danış, Baltazar? 

Məktub gətirmədin rahibdən mənə? 

Sevgilim necədir? Atam yaxşıdır? 

Cülyetta özünü necə hiss edir? 

Əgər o yaxşısa, heç nə pis olmaz. 



134 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə