Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə43/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   39   40   41   42   43   44   45   46   ...   189

O ərə gedibdir. Qorxunc sürətlə, 

Belə bir tezliklə izdivac etmək! 

Yox, yox, xeyir deyil bu işin sonu. 

Partla, ey ürəyim, partla, parçalan; 

Dilim susmalıdır, mən susum gərək! 

Horatsio, Marsel ve Bemardo daxil olurlar. 

H ora t s io.  Möhtərəm prinsə salam, ehtiram! 

H a m le t .  

Sizi sağ-salamat görməyə şadam. 

Horatsio! Bu nədir, səhv görür gözüm?! H ora t sio .  

Özüdür, ömürlük sizin qulunuz. H a m le t .  

Horatsio,  sən  dostum  olasan  deyə 

Mən özüm olardım ömürlük qulun. 

Mənim əziz dostum! Vittenberqdən 

Səni nə gətirib axı buraya? 

O da Marseldirmi? 

M a r se l.  

Mehriban prins... 

H a m le t .  

Mən sizi görməyə ürəkdən şadam... 

(Bemardoya)

 

Axşamınız xeyir. 



(Horatsioya) 

Doğrudan, söylə, 

Səni nə gətirdib Vittenberqdən? 

H ora t s io.  Tənbəllik gətirdib, əzizim milord. 

H a m le t .  

Düşmən belə deməz sənin haqqında. Sən 

özün-özünə böhtan ataraq Gəl məni boş 

yerə təngə gətirmə. 

Yaxşı bilirəm ki, tənbəl deyilsən. 

Düz de, Elsinorda nə işin vardır? 

Yoxsa içmək üçün gəldin buraya, 

Sənə sərxoşluğu öyrədərik biz. 

H ora t s io.  Milord, atanızın dəfninə gəldim. 

171 

downloaded from KitabYurdu.org




Ullyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

H a m le t .  

Məni ələ salma, tələbə dostum, 

De ki, ananızın toyuna gəldim. 

H ora t s io.  Doğrudan da, milord, bu iş tez oldu. 

H a m l e t .

 

Qənaət, qənaət gərək, Horatsio! 



Qabaqlarda qalmış ehsan yeməyi 

Birbaşa verildi toy sürfəsinə. 

Qəddar düşmənimi cənnətdə görmək 

Bu günü görməkdən yaxşı olardı. Atamı görürəm, 

sanki, atamı. H ora t si o.  Harda, əziz milord? 

H a m le t .  Öz xəyalımda. 

H ora t s io.  

Ömrümdə bir dəfə görmüşəm onu

Gözəl, əzəmətli bir kral idi. 

H a m le t .  

İnsanlar içində bir insan idi. 

Elə bir insanı görmərəm daha. 

H ora t s io.  Milord, dünən gecə mən gördüm onu. 

H a m le t .  Gördün? Kimi? 

H ora t s io.  

Milord, şanlı kralı, 

Sizin atanızı. 

H a m le t .  Mənim atamı! 

H ora t s io.  

Təəccüb etməyin, dinləyin bir az, 

Danışım mən sizə bu möcüzəni. 

Qoy bu cənablar da şahid olsunlar. H a m le t .  

Danış, tez ol, tez ol, Allah eşqinə! H ora t s io.  

Ötən iki gecə bu iki cənab, 

Marsellə Bernardo növbə çəkərkən Heç 

vaxt görünməmiş belə iş olub: Sizin 

atanıza bənzəyən bir şəxs Başdan-

ayağadək silah içində Onların gözünə 

görünüb birdən. 

downloaded from KitabYurdu.org




Təmkinlə, vüqarla, əzəmət ilə Cİç 

dəfə onların önündən keçib

Yazıqların nitqi batıb dəhşətdən, 

İldırım vurmuştək donub qalıblar. 

Sonra qorxunc sirri açıblar mənə. 

Onlarla birlikdə üçüncü gecə Mən də 

keşik çəkdim, nə demişdilər Bir-bir 

tamamilə təsdiq olundu. 

O kölgə həmin vaxt həmin yerdəcə 

Gəlib qarşımızdan keçdi bir daha. Elə 

oxşayırdı atanıza ki, 

İnsan əlləri də biri-birinə Bu cürə 

bənzəməz. 

H a m le t .  Bu harda olub? 

M a r se l.  Keşik çəkdiyimiz meydanda, milord. 

H a m le t .  Danışa bilmədiz bəs siz onunla? 

H ora t s io.  

Danışdım, ancaq o cavab vermədi. 

Başını qaldırdı, elə zənn etdim, 

Danışmaq istəyir, fəqət bu ara Bir 

xoruz banladı. Xoruz səsini Kölgə 

eşidəntək tez uzaqlaşdı, 

Bir anda qeyb oldu. 

H a m le t .  Çox qəribədir. 

H ora t s io.  

Canıma and olsun, bu həqiqətdir. 

Borc bildik bu sirri açmağı sizə. 

H a m le t .  

Təşəkkür, təşəkkür edirəm, dostlar. 

Lakin sözləriniz çaşdırır məni. 

Bu axşam növbəyə kim gedəcəkdir? 

M a r se l  v ə   Be r na r do.  Biz, milord. 

H a m le t .  Dediniz, o silahlıydı? 

M a r se l  v ə   Be r na r do.  

Silahlıydı, milord. 

H a m le t .  Başdan-ayağa? 

M a r se l  v ə   Be r na r do.  Təpədən dırnağa. 

173 

downloaded from KitabYurdu.org




 

Uilyam Şekspir 



DÜNYA ƏDƏBİYYATI KIASSİKIƏRİ

 

 

H a m le t .  



Onun üzünü, 

Demək, görmədiniz? 

H ora t s io.  

Xeyr, gördük, milord. 

Kölgə qaldırmışdı öz niqabını. 

H a m le t .  Hirslə tökmüşdümü qaş-qabağını? 

H ora t s io.  Hirslidən daha çox kədərli idi. 

H a m le t .  Çöhrəsi solğundu, yoxsa qırmızı? 

H ora t s io.  Yaman saralmışdı. 

H a m le t .  

Gözünü sizə 

Zilləyib baxırdı? 

H ora t s io.  Kirpik çalmırdı. 

H a m le t .  Kaş orda sizinlə mən də olaydım. 

H o r a t s i o. Siz sonsuz heyrətdən 

şaşırardınız. 

H a m le t .  Elədir, elədir. O çox dayandı? 

H ora t s io.  Rahat yüzə qədər saymaq olardı. 

M a r se l  v ə   Be r na r do.  Daha çox, daha çox. 

H ora t s io.  

Mən görən zaman 

Şübhəsiz, o bundan artıq qalmadı. 

H a m le t .  Saqqalı ağdımı? 

H ora t s io.  

Sağlığında mən 

Gördüyümtək azca qırov düşmüşdü. 

H a m le t .  

Keşik çəkəcəyəm sizinlə mən də, 

Bəlkə, yenə gəldi. 

H ora t s io.  Hökmən, gələcək. 

H a m le t .  

O kölgə bir daha əziz atamın Əziz 

surətində gözə görünsə, Cəhənnəm 

də yumsa ağzımı hətta, Onunla mən 

mütləq danışacağam. Mənim 

hamınızdan bir xahişim var: Bu sirri 

siz gizli saxlamısızsa, 

174 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə