Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə39/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   35   36   37   38   39   40   41   42   ...   189

Uilyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

H e r s o q .  

Məktubu mənə ver, özüm oxuyum. 

Hardadır nökəri qraf Parisin? 

Gedib, o çağırıb keşikçiləri. 

Nökər irəli çıxır. 

Söylə, nə edirdi ağan burada? 

N ö k ə r .  

O, öz zövcəsinin məzarı üstə 

Çiçək qoymaq üçün gəlmişdi ancaq. 

Mənə əmr elədi: durum kənarda. 

Mən də gedib durdum bir kənardaca. 

Birdən kimsə gəldi əlində məşəl, 

Açmağa başladı bu sərdabəni. 

Ağam dərhal cumdu onun üstünə, 

Mən qaçdım çağırım keşikçiləri. 

H e r s o q .  

Rahibin sözləri təsdiq edildi. 

Məktubda Romeo Cülyetta ilə 

Təmiz sevgisindən söz açıb, onun 

Ölüm xəbərindən düşür dəhşətə. 

Yazır: bir kasıbdan zəhər alıbdır, 

İndi bura gəlir: türbədə ölüb 

Birgə yatmaq üçün Cülyetta ilə. 

Hanı Kapuletti? Montekki hanı? 

Hardadır düşmənlər? Bir baxın, görün, 

Necə cəza verib sizə bu göylər, 

Sevgiylə məhv etdi sevincinizi. 

Sizin ədavətə göz yumduğumçün 

İki qohumumu itirdim mən də. 

K a p u l e t t i .  

Montekki, əlini mənə ver, qardaş! 

Qoy  bədbəxt  qızıma  ərindən  qalan 

Dul  mirası  ancaq,  ancaq  bu  olsun. 

Mənim  bundan  artıq  təmənnam 

yoxdur. 

 

152 

downloaded from KitabYurdu.org



M o n t e k k i .  

Yox, mən daha artıq verə bilərəm: 

Heykəl ucaldaram qızıldan ona. Verona durduqca - 

burada ondan Qiymətli bir heykəl olmaz heç 

zaman. Qovuşar əbədi, ölməz həyata Dünyanın ən 

sadiq qızı Cülyetta. K a p u l e t t i .  

Romeo ayrılmaz sevgilisindən, 

Ona da zər heykəl ucaldaram mən. 

H e r s o q .  

Bu səhər özüylə gətirdi zülmət

Kədərdən görünmür Günəşin üzü. 

Gedəyin, edəyin ətraflı söhbət, 

Güzəşt də, cəza da vacibdir, düzü, 

Romeo, Cülyetta dastanı qədər Yoxdur 

bu dünyada yanıqlı əsər. 

Gedirlər. 

153 

downloaded from KitabYurdu.org




 

Ullyam Şshspir 



DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

downloaded from KitabYurdu.org




HAMLET 

downloaded from KitabYurdu.org




 

Ullyam Şshspir 



DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

downloaded from KitabYurdu.org




Hamlet 

İ Ş T İ R A K   E D Ə N L Ə R  

K l a v d i

 

H a m l e t



 

F o r t i n b r a s

 

H o r a t s i o



 

F o l o n i

 

L a e r t



 

V o l t i m a n d   1

 

K o r n e l i   /



 

R o z e n k r a n t s l

 

Q i l d e n s t e r n   /



 

O z r i k

 

Z a d ə g a n



 

K e ş i ş

 

M a r s e l   1  



B e r n a r d o   J  

F r a n s i s k o  

R e y n a l d o  

K a p i t a n  

İ n g i l i s  

s ə f i r l ə r i  

A k t y o r l a r   İ k i  

m ə z a r ç ı  

G e r t r u d a

 

-



 

Danimarka kralı

 

-

 



keçmiş kralın oğlu, indikinin qardaşı oğlu

 

-



 

Norveç şahzadəsi

 

-

 



Hamletin dostu

 

-



 

kral sarayının müşaviri

 

-

 



onun oğlu

 

-



 

saray adamları

 

-

 



Hamletin keçmiş universitet yoldaşları

 

-



 

zabitlər


 

-

 



əsgər

 

-



 

Poloninin yaxın adamı

 

-

 



Danimarka kraliçası, Hamletin anası

 

O f e l i y a 



- Foloninin qızı 

Lordlar,  ledilər,  zabitlər,  əsgərlər,  dənizçilər,  carçılar, 

xidmətçilər. Hamletin atasının kölgəsi 

Hadis

ə

l

ə

r Elsinorda c

ə

r

ə

yan edir. 

157 

downloaded from KitabYurdu.org




 

Uilyam Şokspir 



DÜNYA ƏDƏBİYYATI KIASSİKIƏRİ

 

 

BİRİNCİ PƏRDƏ 



BİRİNCİ SƏHNƏ

 

Elsinor. Qəsrin önündə bir meydan. 

Fransisko keşikdə dayanıb. Bemardo ona yaxmlaşır. 

B e r n a r d o .  Orda kim var? 

F r a n s i s k o .  Dayan, sən özün kimsən? 

B e r n a r d o .  Yaşasın kral! 

F r a n s i s k o .  Bemardo? 

B e r n a r d o .  Mənəm. 

F r a n s i s k o .  Növbənə gəlmisən lap öz vaxtında. 

B e r n a r d o .  Gecə yarı olub, get yat, qardaşım. 

F r a n s i s k o .  

Çox sağ ol ki, məni əvəz elədin. 

Donmuşdum, qəlbim də bərk darıxırdı. B e r n a r d o .  

Növbən necə oldu, sakit keçdimi? F r a n s i s k o .  Gözə 

görünmədi bir siçan belə. B e r n a r d o .  

Yaxşı, xudahafiz, di get, əzizim. 

Sənə rast gəlsələr Horatsio, Marsel, Tələsdir, 

növbəyə gecikməsinlər. F r a n s i s k o .  Deyəsən, onlardır. 

Dayanın, kimdir? 

Horatsio ilə Marsel daxil olurlar. 

158 

H o r a t s i o .  Vətən oğulları. 

M a r s e l .   Kral  nökərləri. 

F r a n s i s k o .   Mən  getdim, 

hələlik. 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə