Dənizçilər daxil olurlar.
B i r i n c i d ə n i z ç i . Xoşbəxt olun, cənab.
H o r a t s i o. Sizinlə birgə.
B i r i n c i d ə n i z ç i . Cənab, hər şey Allahın mərhəmətindən ası-
lıdır. Sizə məktub gətirmişik, cənab. - Onu gəmiylə İngiltərəyə gedən
bir müşavir göndərdi. - Mənə dedikləri kimi, əgər sizin adınız
Horatsiodursa, buyurun.
H o r a t s i o (
məktubu oxuyur).
“Horatsio, məktubumu oxuyandan
sonra kralın yanına getmək üçün bu yoldaşlara bir yol tap. Onlar
krala məktub aparırlar. Biz dənizdə olalı heç iki gün deyildi ki, dəniz
quldurlan arxamıza düşüb bizi təqib etməyə başladılar. Gəmimizin
həddindən artıq yavaş getdiyini görüb vuruşmağa, şücaət göstərməyə
məcbur olduq. Onlar bizə yaxınlaşdılar. Əlbəyaxa döyüşərkən
quldurlann gəmisinə keçdim. Elə bu an gəmilər aralandı. Beləliklə,
təkcə mən əsir düşdüm. Onlar soyğunçu olsalar da, mənimlə müla-
yimliklə davranırdılar. Onlar nə etdiklərini bilirdilər. Mən də onlara
yaxşılıq etməliyəm. İmkan yarat, göndərdiyim əlavə məktub krala
çatsın. Özünsə ölümün pəncəsindən qaçıb qurtarırsanmış kimi böyük
bir sürətlə yanıma tələs. Sənə sözüm var. Qulaqların elə şeylər
eşidəcək ki, heyrətdən dilin lal olacaq. Bu sözlər hələ deyə
biləcəklərimin ən adisidir. Bu xeyirxah adamlar səni mənim qaldığım
yerə gətirərlər. Rozenkrantsla Qildenstem İngiltərəyə gedirlər.
Onların haqqında danışmaqla qurtarmaz. Sağ ol. Həmişə sədaqətinə
inandığın Hamlet”.
Gedəyin, məktubu verin krala.
Cəld olun, tez olun, apann məni
Məktubu göndərən şəxsin yanına.
Gedirlər.
273
downloaded from KitabYurdu.org
Uilyam Şekspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
YEDDİNCİ SƏHNƏ
Qəsrdə başqa bir otaq.
Kral və Laert daxil olurlar.
K r a l .
İndi inandınmı günahsızam mən,
Həqiqi, səmimi dostunam sənin.
Gördünmü, atanı öldürən qatil
Qəsd etmək istəmiş mənim ömrümə?
L a e r t .
Bəli, bu aydındır, ancaq bir deyin:
Belə ehtiyatlı, tədbirli ikən
Qoyub təhlükədə həyatınızı,
Bu cürə dəhşətli, qorxunc canini
Niyə vermədiniz məhkəməyə siz?
K r a l .
Bunun əsas iki səbəbi vardır.
Bəlkə, sənin üçün heç nəyə dəyməz,
Fəqət mənim üçün çox gərəklidir.
Birinci budur ki, onun anası - Kraliça
onsuz yaşaya bilməz.
Mənə qaldıqdasa, bəxtim, taleyim
Yaxşıdır, ya da pis, bir fərqi yoxdur.
Bütün həyatımla, bütün qəlbimlə Elə
bənd olmuşam kraliçaya,
Ona elə möhkəm bağlanmışam ki,
Səmadan ayrılmaz bir ulduz kimi,
Ayrıla bilmərəm mən ondan heç vaxt.
Qatili vermədim məhkəməyə mən,
İkinci səbəbi budur ki, oğlum,
Onu qəlbən sevir qara camaat, Sevgiyə
qərq edir nöqsanlarını.
Odun parçasını əhəngli bulaq Qiymətli
bir daşa çevirdiyitək,
Adi xalq da onun cinayətini Dəyişib
döndərir ləyaqətə, bil.
Odur ki atdığım cəza oxlan Yüngül
budaq kimi hədəfə çatmaz.
274
downloaded from KitabYurdu.org
Hirslənmiş camaat güclü yel kimi Oxları
qaytarıb sancar köksümə.
L a e r t .
Deməli, unudum mərhum atamı,
Dəhşətlər odunda yanan bacımı?!
Ah, zavallı bacım, ah, bədbəxt bacım!
Bir zaman vardı ki, bir vaxt vardı ki,
Hüsnü, ləyaqəti, kamilliyiylə Bütün
qadınlığın zirvəsiydi o.
Yox, yox, qisasımı alacağam mən.
K r a l .
Heç narahat olma, elə bilmə ki,
Avam yaranmışıq, kütük, axmağıq. Qorxunc
təhlükənin müdhiş əlinə Heç zaman
vermərik saqqalımızı,
Oynada, əylənə istədiyitək.
Çox şey biləcəksən bir azdan, oğlum.
Yaxın dostum idi istəkli atan,
Biz də özümüzə düşmən deyilik.
Cİmid edirəm ki, bunlar dərindən Sənə
düşünməyi öyrədəcəkdir...
(Çapar daxil olur.)
Nədir? Nə xəbər var?
Ç a p a r .
Prins Hamletdən
Məktub gətirmişlər sizə, hökmdar.
Bu sizin, bu isə kraliçanın.
K r a l .
Nə, məktub? Hamletdən? Kim gətirmişdir?
Ç a p a r .
Bir neçə dənizçi, belə deyirlər,
Həmin adamlan görməmişəm mən.
Klavdio verdi bu məktubları,
O alıb bunları dənizçilərdən.
K r a l .
Laert, oxuyuram, dinlə, dinlə bir. - Sən gedə
bilərsən.
275
downloaded from KitabYurdu.org
Uilyam Şcfıspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
t
Çapar gedir. Kral məktubu oxuyur.
“Böyük və əzəmətli hökmdar, məlumunuz olsun ki, mən sizin
krallığın sərhədinə çılpaq bir halda gəlib çıxmışam. Sabah sizin
şahanə baxışlarınızı görmək üçün icazə istəyirəm. Mərhəmətinizə nail
olanda mən bu cür qəfil və çox qəribə qayıtmağımın səbəbini sizə
ətraflı danışacağam. Hamlet”.
Hamısı qayıdıb? Bu nə deməkdir?
Yoxsa bu yalandır, düzəlib işlər?
L a e r t . Siz onun xəttini tanıyırsınız?
K r a l .
Hamletin xəttidir, o yazıb “çılpaq”.
Budur, aşağıda qeyd edib “təkcə”.
Mənə məsləhət ver indi sən, oğlum!
L a e r t .
Bilmirəm nə deyim. Ancaq qoy gəlsin.
Onun bu gəlişi ürəyimdəki Dərdi
sağaldacaq, ölməyib o vaxt Onun
gözlərinin içinə baxıb Deyəcəyəm:
“Cani!”
K r a l .
Bu belədirsə,
Necə belədirsə?! Nə qalıb artıq? - Mən
göstərən yolla gedərsən, Laert?
L a e r t .
Hər şeyə hazıram, yalnız, hökmdar,
Banşıq yolunu göstərməyin siz.
K r a l .
Daha nə barışıq. O gəlib indi.
Yayınıb, qaçıbdır səyahətindən.
Təzədən geriyə qaytarmaq olmaz.
Mən yeni bir kələk fikirləşmişəm,
Bu dəfə canını qurtara bilməz.
Heç kəs şübhələnməz, budur əsası,
Onun ölümünü hətta anası Bir təsadüf
sayar.
276
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |