Maddə 75. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə
hüquqlarına xitam verilməsi qaydaları
1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda
torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən,
11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna
müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra
hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan
abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə
hüququna məhkəmə, daimi istifadə hüququna isə
müvafiq icra hakimiyyəti orqanı
və ya
bələdiyyə tərəfindən xitam verir.
2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində
mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə,
müvafiq icra
hakimiyyəti orqanı
və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq
mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü
imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir.
3. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə
tutulan hallarda torpaq sahələri üzərində mülkiyyət istifadə və icarə hüquqlarına xitam
verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda
aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir.
4. Məhkəmə,
müvafiq icra hakimiyyəti orqanı
və ya bələdiyyə torpaq sahəsi üzərində
mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi barədə qərar qəbul edərkən,
torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqların keyfiyyətinin
yaxşılaşdırılmasına çəkdikləri xərclərin ödənilməsi və ya onların torpaqdan səmərəsiz
istifadə etməsi nəticəsində vurduqları zərərin ödənilməsi barədə göstərişlər də verə
bilərlər.
5. Torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilməsi barədə
məhkəmənin,
müvafiq icra hakimiyyəti orqanının
və ya bələdiyyənin qərarından
qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə şikayət vermək olar.
6. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə
tutulmadıqda,
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
ilə müəyyən edilir. (
3
,
13
)
Maddə 76. Torpaq sahələri üzərində hüquqlara xitam verilərkən nəzərə
alınan tələblər
Torpaq sahələri üzərində mülkiyyət, torpaqdan istifadə və ya icarə hüququna xitam
verilməsi bu hüquqdan istifadə edən şəxsi məhsulu yığmaq hüququndan məhrum etmir,
eləcə də vergiləri ödəmək və torpağın münbitliyinin qorunub saxlanılması
məsuliyyətindən azad etmir.
Maddə 77. Torpaq sahələri üzərində hüquqların məhdudlaşdırılması
Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və ya icarəçilərinin hüquqlarının
məhdudlaşdırılması torpaqdan istifadənin ərazi planlaşdırılması, torpaqların
zonalaşdırılması, kütləvi servitutların müəyyən olunması haqqında müvafiq qaydada
qəbul edilmiş qərarlara uyğun olaraq müəyyən edilir.
XVI fəsil. Torpaq sahələri üzərində hüquqların dövlət
qeydiyyatı
Maddə 78. Torpaq sahələrinin və onların üzərində hüquqların dövlət
qeydiyyatının ümumi qaydaları
1. Torpaq sahəsinin dövlət qeydiyyatı dövlət torpaq kadastrında aparılır.
2. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı torpaq sahəsinin yerləşdiyi ərazi
üzrə dövlət reyestrinə aşağıdakı məlumatların daxil edilməsi ilə aparılır:
torpaq sahəsi üzərində hüququ əldə edən şəxs barədə məlumat;
torpaq sahəsinin təsviri (torpağın kateqoriyası, istifadə məqsədi, torpaq
uqodiyasının növü, torpaq sahəsinin ölçüsü, sərhədləri, kadastr nömrəsi və digər
səciyyəvi xüsusiyyətləri göstərilməklə);
torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi haqqında
müqavilənin şərtləri, sahənin istifadəsində müəyyən edilmiş servitutlar, öhdəliklər
və məhdudiyyətlər haqqında məlumatlar;
torpaq sahəsi barədə sərəncam verilməsinə dair əqdlərin bağlanması və digər
fəaliyyət barədə məlumatlar;
torpaq sahəsinə dair əqdlərin bağlanmasına qadağanlar müəyyən edilməsinə dair
məlumatlar;
torpaq sahəsinin dövlət və bələdiyyə ehtiyacları üçün özgəninkiləşdirilməsi
barədə qərarların tarixi və nömrəsi;
qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar.
3. Torpaq sahəsinə dair əqdlərin dövlət qeydiyyatı həmin əqdlərin predmeti sayılan
torpaq sahəsinin planı olduqda həyata keçirilir.
4. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı onu aparan orqana torpaq sahəsi
üzərində hüquqlar barədə lazım olan bütün sənədlər daxil olduğu vaxtdan on gün
müddətində aparılır.
5. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması barədə qeydiyyatın
tarixi və nömrəsi, habelə qeydiyyatı aparan orqan haqqında məlumatlar göstərilməklə
torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və ya icarəçilərinə bu Məcəllədə və digər
normativ-hüquqi aktlarda müəyyən olunmuş hüquqi sənədlər verilir.
6. Torpaq sahəsinə dair əqdlər onun özgəninkiləşdirilməsi ilə nəticələnirsə, dövlət
reyestrində həmin əqdlər barədə qeydlər aparılır və torpaq verənin (satıcının) torpaq
sahəsi üzərində hüquqları barədə sənədləri dövlət qeydiyyatını aparan orqana təqdim
edilir.
7. Torpaq sahəsi və onunla bağlı daşınmaz əmlak üzərində hüquqların dövlət
qeydiyyatının aparılması qaydaları dövlət torpaq kadastrı, habelə daşınmaz əmlak və
onunla bağlı əqdlərin dövlət qeydiyyatı haqqında normativ-hüquqi aktlarla müəyyən
edilir.
8. Torpaq sahəsi üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada həmçinin
daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. (
3
)