Azərbaycan Respublikasının Torpaq Məcəlləsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix31.08.2018
ölçüsü1,04 Mb.
#66063
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

Maddə 75. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə 

hüquqlarına xitam verilməsi qaydaları  

1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda 

torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 

11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra 

hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan 

abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə 

hüququna məhkəmə, daimi istifadə hüququna isə 

müvafiq icra hakimiyyəti orqanı

 və ya 

bələdiyyə tərəfindən xitam verir. 



2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində 

mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, 

müvafiq icra 

hakimiyyəti orqanı

 və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq 

mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü 

imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir. 

3. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə 

tutulan hallarda torpaq sahələri üzərində mülkiyyət istifadə və icarə hüquqlarına xitam 

verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda 

aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. 

4. Məhkəmə, 

müvafiq icra hakimiyyəti orqanı

 və ya bələdiyyə torpaq sahəsi üzərində 

mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi barədə qərar qəbul edərkən, 

torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqların keyfiyyətinin 

yaxşılaşdırılmasına çəkdikləri xərclərin ödənilməsi və ya onların torpaqdan səmərəsiz 

istifadə etməsi nəticəsində vurduqları zərərin ödənilməsi barədə göstərişlər də verə 

bilərlər. 

5. Torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilməsi barədə 

məhkəmənin, 

müvafiq icra hakimiyyəti orqanının

 və ya bələdiyyənin qərarından 

qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə şikayət vermək olar. 



6. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə 

tutulmadıqda, 

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

 ilə müəyyən edilir. (

3



13



Maddə 76. Torpaq sahələri üzərində hüquqlara xitam verilərkən nəzərə 



alınan tələblər  

Torpaq sahələri üzərində mülkiyyət, torpaqdan istifadə və ya icarə hüququna xitam 

verilməsi bu hüquqdan istifadə edən şəxsi məhsulu yığmaq hüququndan məhrum etmir, 

eləcə də vergiləri ödəmək və torpağın münbitliyinin qorunub saxlanılması 

məsuliyyətindən azad etmir. 

Maddə 77. Torpaq sahələri üzərində hüquqların məhdudlaşdırılması  

Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və ya icarəçilərinin hüquqlarının 

məhdudlaşdırılması torpaqdan istifadənin ərazi planlaşdırılması, torpaqların 

zonalaşdırılması, kütləvi servitutların müəyyən olunması haqqında müvafiq qaydada 

qəbul edilmiş qərarlara uyğun olaraq müəyyən edilir. 



XVI fəsil. Torpaq sahələri üzərində hüquqların dövlət 

qeydiyyatı 

Maddə 78. Torpaq sahələrinin və onların üzərində hüquqların dövlət 

qeydiyyatının ümumi qaydaları  

1. Torpaq sahəsinin dövlət qeydiyyatı dövlət torpaq kadastrında aparılır. 

2. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı torpaq sahəsinin yerləşdiyi ərazi 

üzrə dövlət reyestrinə aşağıdakı məlumatların daxil edilməsi ilə aparılır: 

 

torpaq sahəsi üzərində hüququ əldə edən şəxs barədə məlumat;  



 

torpaq sahəsinin təsviri (torpağın kateqoriyası, istifadə məqsədi, torpaq 



uqodiyasının növü, torpaq sahəsinin ölçüsü, sərhədləri, kadastr nömrəsi və digər 

səciyyəvi xüsusiyyətləri göstərilməklə);  

 

torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi haqqında 



müqavilənin şərtləri, sahənin istifadəsində müəyyən edilmiş servitutlar, öhdəliklər 

və məhdudiyyətlər haqqında məlumatlar;  

 

torpaq sahəsi barədə sərəncam verilməsinə dair əqdlərin bağlanması və digər 



fəaliyyət barədə məlumatlar;  

 



torpaq sahəsinə dair əqdlərin bağlanmasına qadağanlar müəyyən edilməsinə dair 

məlumatlar;  

 

torpaq sahəsinin dövlət və bələdiyyə ehtiyacları üçün özgəninkiləşdirilməsi 



barədə qərarların tarixi və nömrəsi;  

 



qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar.  

3. Torpaq sahəsinə dair əqdlərin dövlət qeydiyyatı həmin əqdlərin predmeti sayılan 

torpaq sahəsinin planı olduqda həyata keçirilir. 

4. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı onu aparan orqana torpaq sahəsi 

üzərində hüquqlar barədə lazım olan bütün sənədlər daxil olduğu vaxtdan on gün 

müddətində aparılır. 

5. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması barədə qeydiyyatın 

tarixi və nömrəsi, habelə qeydiyyatı aparan orqan haqqında məlumatlar göstərilməklə 

torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və ya icarəçilərinə bu Məcəllədə və digər 

normativ-hüquqi aktlarda müəyyən olunmuş hüquqi sənədlər verilir. 

6. Torpaq sahəsinə dair əqdlər onun özgəninkiləşdirilməsi ilə nəticələnirsə, dövlət 

reyestrində həmin əqdlər barədə qeydlər aparılır və torpaq verənin (satıcının) torpaq 

sahəsi üzərində hüquqları barədə sənədləri dövlət qeydiyyatını aparan orqana təqdim 

edilir. 


7. Torpaq sahəsi və onunla bağlı daşınmaz əmlak üzərində hüquqların dövlət 

qeydiyyatının aparılması qaydaları dövlət torpaq kadastrı, habelə daşınmaz əmlak və 

onunla bağlı əqdlərin dövlət qeydiyyatı haqqında normativ-hüquqi aktlarla müəyyən 

edilir. 


8. Torpaq sahəsi üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada həmçinin 

daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. (

3




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə