Azərbaycan Respublikasının Torpaq Məcəlləsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix31.08.2018
ölçüsü1,04 Mb.
#66063
1   ...   17   18   19   20   21   22   23   24   25

1. Xüsusi mülkiyyətdə olan torpaq sahəsi hüquqi şəxslərin nizamnamə (pay) fonduna 

mülkiyyət və istifadə hüququ formalarında verilir. 

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsi nizamnamə (pay) fonduna 

yalnız istifadə hüququ əsasında verilə bilər. 

3. Torpaq istifadəçiləri torpaqdan istifadə hüququnu nizamnamə (pay) funduna yalnız 

mülkiyyətçilərin razılığı ilə müvəqqəti verə bilərlər. 

4. Pay şəklində verilən torpaq sahəsinin və ya sahədən istifadə hüququnun dəyəri torpaq 

sahəsinin nizamnamə (pay) fonduna verilməsi barədə tərəflər arasında bağlanılmış 

müqavilə ilə müəyyən edilir. 

5. Torpaq sahəsi üzərində mülkiyyət və ya ondan istifadə hüququ nizamnamə (pay) 

fonduna qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alındıqdan 

sonra keçir. Torpaq sahəsi üzərində hüquqların qeydiyyatı torpaq sahəsinin nizamnamə 

(pay) fonduna verilməsi barədə tərəflərin müqaviləsi əsasında aparılır. 

Maddə 88. Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar 

torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri  

1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən 

onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun 

və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən 

istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun 

olaraq keçir. 

2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr 

(obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda 

daşınmaz əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ 

ilə icarəyə verilir. 

3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o 

cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin 

razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) 

və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu 

yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. 

Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış 

evinə mülkiyyət hüququ keçərkən, tərəflərin razılaşması ilə başqa hal nəzərdə 

tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. 

Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə 

tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə 

mülkiyyət hüququ əldə edənə keçir. 

Çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq 

sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. 

4. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq 

birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə tikililər, qurğular və ya müəssisələr 

(obyektlər) satıldıqda həmin obyektlərin yerləşdiyi torpaq sahələri onların icarəsinə 

verilir. (

13



16




Maddə 89. Torpaq sahəsinin girov qoyulmasının (ipotekasının) 

xüsusiyyətləri  

1. İpoteka haqqında müqavilə üzrə hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq 

sahələri girov qoyula bilər. 

2. Yaşayış məntəqələrində ümumi istifadədə olan torpaqların, o cümlədən şəhərsalma 

qaydalarına uyğun olaraq, binalar və tikililər ucaldılmasına yol verilməyən şəhər 

torpaqlarının, xüsusi mühafizə olunan ərazilərdəki torpaqların, habelə xüsusi istifadə 

şəraitinə malik zonalardakı sahələrin tərkibindən dövlət və bələdiyyə mülkiyyətində olan 

torpaqların ipotekasına yol verilmir. 

3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, ipotekasına yol 

verilməyən torpaqlar istisna olmaqla, dövlət və bələdiyyə mülkiyyətində olan başqa 

torpaq sahələri və bu sahələr üzərində istifadə və icarə hüquqları girov (ipoteka) predmeti 

ola bilər. 



4. Kənd təsərrüfatı təyinatlı torpaqların ipotekasına kənd təsərrüfatı məhsullarının 

istehsalı və emalı, habelə torpaq qanunvericiliyinə uyğun olaraq, bu kateqoriya 

torpaqların məqsədli istifadəsi ilə bağlı yaranan öhdəliklərin təmin edilməsi üçün yol 

verilir. 

5. Bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud 

fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. 

6. Torpaq sahəsinin bir hissəsi girov qoyulduqda, həmin hissənin sərhədləri girov 

qoyulmazdan əvvəl müəyyən edilməlidir. 

7. Girov qoyan (ipoteka qoyan) əsas öhdəliyi yerinə yetirmədiyi halda, girov (ipoteka) 

qoyulmuş torpaq sahəsinə müvafiq qanunla nəzərdə tutulmuş qaydada tutma yönəldilə 

bilər. 

8. Girovsaxlayan xarici hüquqi və ya fiziki şəxs olduqda, ipoteka müqaviləsində girovla 

təmin edilmiş öhdəlik icra edilmədikdə, girov qoyulmuş torpaq sahəsinin ən geci bir il 

ərzində məcburi satılacağı barədə müddəa əks etdirilməlidir. 

9. Torpaq sahəsinin girov qoyulmasının (ipotekasının) qaydaları Azərbaycan 

Respublikasının ipoteka haqqında qanunvericiliyi və 



Azərbaycan Respublikasının Mülki 

Məcəlləsi

 ilə tənzimlənir. (

3



15





Maddə 90. Torpaq sahəsinin dəyişdirilməsi  

1. Xüsusi mülkiyyətdə olan torpaq sahələri 

Azərbaycan Respublikasının Mülki 

Məcəlləsinə

 uyğun olaraq, hər hansı nisbətdə biri-biri ilə dəyişdirilə bilər. 

2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən istifadə və ya icarə 

hüquqları əsasında istifadə edənlər 

müvafiq icra hakimiyyəti orqanının

 və ya 

bələdiyyənin razılığı ilə həmin torpaq sahələrini başqalarının həmin ərazidəki istifadə və 



ya icarə hüququnda olan torpaq sahələri ilə dəyişdirə bilərlər. 

3. Torpaq sahəsinin dəyişdirilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə 

uyğun olaraq, müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə