Azərbaycan Respublikasının Torpaq Məcəlləsi


XIV fəsil. Torpaqların dövlət ehtiyacları üçün alınması



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix31.08.2018
ölçüsü1,04 Mb.
#66063
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

XIV fəsil. Torpaqların dövlət ehtiyacları üçün alınması 

(

22





Maddə 70. Torpaqların dövlət ehtiyacları üçün alınması  

Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı 

kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə 

tərəflər arasında yaranan digər münasibətlər «

Torpaqların dövlət ehtiyacları üçün 

alınması haqqında

» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. (

13



16

17



22



Maddə 71. Torpaq sahələrinin tikinti altına verilməsi üçün geri alınması 

şərtləri  

1. 


Müvafiq icra hakimiyyəti orqanı

 və ya bələdiyyə xüsusi mülkiyyətdə, istifadədə və ya 

icarədə olan torpaq sahəsini tikinti altına vermək üçün onu bu Məcəllədə və digər 

normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada geri ala bilər. Bu zaman aşağıdakı 

şərtlərə əməl olunmalıdır: 

 



geri alınması nəzərdə tutulan torpaq sahəsi üçün özgəninkiləşdirilmə zonasının 

müəyyən edilməsi və həmin zonanın dövlət torpaq kadastrında və digər müvafiq 

qeydiyyat sənədlərində əks etdirilməsi;  

 



geri alınması nəzərdə tutulan torpaq sahəsi üzərindəki daşınmaz əmlakın, o 

cümlədən xüsusi mülkiyyətdə olan torpaq sahəsinin satılmasından, yaxud həmin 

torpaq sahəsini geri alan 

müvafiq icra hakimiyyəti orqanı

 və ya bələdiyyə 

tərəfindən geri alınmasından sonra onların tikinti altına verilməsi üçün 

qanunvericilikdə müəyyən edilmiş qaydada müsabiqənin (tenderin, hərracın) elan 

edilməsi.  

2. Torpaq sahələrinin özgəninkiləşdirmə zonasına aid edilməsi yalnız dövlət 

ehtiyaclarının və ya və ictimai ehtiyacların ödənilməsi məqsədilə aparılır və ərazinin 

planlaşdırılmasına və yaşayış məntəqələrinin baş planına uyğun olaraq, 

müvafiq icra 

hakimiyyəti orqanı

 və ya bələdiyyə tərəfindən həyata keçirilir. 

3. Torpaq sahəsinin geri alınması haqqında qərardan iddia bu barədə yazılı bildiriş 



həmin sahənin mülkiyyətçisinə göndərildiyi gündən bir il ərzində verilə bilər. (

3



13

16



22



Maddə 72. Torpaq sahələrinin geri alınması ilə əlaqədar məsələlərin 

baxışı zamanı hüquqi və fiziki şəxslərin iştirakı  

1. Torpaq sahələrinin geri alınmasına dair baxılan məsələ hər hansı hüquqi və ya fiziki 

şəxsin mənafelərinə toxunarsa, həmin şəxsin (onun müvəkkilinin) bu məsələnin 

baxılmasında iştirak etmək hüququ vardır. 

2. Torpaq sahələrinin geri alınması barədə 

müvafiq icra hakimiyyəti orqanının

 və ya 

bələdiyyənin qərarı hüquqi və fiziki şəxslərin mənafeyinə toxunarsa, həmin qərar yalnız 



bu şəxslərin rəyi nəzərə alınmaqla qəbul edilə bilər. (

22



XV fəsil. Torpaq sahələri üzərində mülkiyyət, istifadə 

və icarə hüquqlarının məhdudlaşdırılması və xitamı 


Maddə 73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin 

hüquqlarına xitam verilməsinin əsasları  

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna 

aşağıdakı hallarda xitam verilir: 

 



torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu 

özgəninkiləşdirdikdə;  

 

torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda;  



 

hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə;  



 

torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə:  



 

əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar 



işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə;  

 



istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə;  

 



torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə;  

 



kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və 

qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində 

üzürlü səbəb olmadan istifadə edilmədikdə;  

 



istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və 

radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, 

torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının 

pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə;  

 

dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda;  



 

torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və 



qurğuya mülkiyyət hüququ keçdikdə;  

 



torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda;  

 



torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş 

öhdəlik icra edilmədikdə.  

2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan 

müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. 

3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və 

icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi 

məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda 

bu qayda tətbiq edilmir). 

4. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna 

xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. (

9



13



16



20

22





Maddə 74. Yanğın, digər qəza və təbii fəlakət hadisəsi nəticəsində tikili 

dağıldıqda torpaqdan istifadə hüququnun saxlanması  

Yanğın, digər qəza və təbii fəlakət hadisəsi nəticəsində tikili dağıldıqda, dağılan gündən 

ən geci iki il keçənədək tikilini bərpa etməyə və ya həmin sahədə yeni tikili ucaltmağa 

başlanarsa, həmin torpaq sahəsindən istifadə hüququ saxlanılır. Yaşayış məntəqəsinin 

planlaşdırma və tikinti layihələrində həmin torpaq sahəsindən başqa məqsədlər üçün 

istifadə edilməsi nəzərdə tutulduğu hallarda dağılmış tikililərin bərpası üçün bu Məcəllə 

ilə müəyyən edilmiş qaydada başqa torpaq sahəsi verilir. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə