Azərbaycan Respublikasının Torpaq Məcəlləsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix31.08.2018
ölçüsü1,04 Mb.
#66063
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

 

sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün bu 



Məcəllənin 48-ci maddəsinin 3-cü bəndində göstərilən hüquqi və fiziki şəxslərin 

icarəsinə, habelə dəyəri ödənilməklə Azərbaycan Respublikası vətəndaşlarının və 

hüquqi şəxslərinin mülkiyyətinə.  

2. Ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, 

park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə 

xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, 

məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr 

bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin 

icarəsinə verilir. 

3. Kooperativ, habelə digər çoxmənzilli yaşayış evlərinin və qarajların tikintisi məqsədilə 

ayrılan torpaq sahəsinin ölçüsü müvafiq yaşayış məntəqəsinin planlaşdırılması və tikinti 

layihələrinə, habelə tikinti normalarına uyğun olaraq, ayrı-ayrı konkret hallarda bələdiyyə 

tərəfindən müəyyən edilir. 

4. Fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata 

keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün ayrılan torpaq sahəsinin ölçüsü yerli 

şəraitdən və torpaq ehtiyatı imkanlarından asılı olaraq, bələdiyyə tərəfindən müəyyən 

edilir. (

20



Maddə 60. Özəlləşdirilən müəssisənin (obyektin) yerləşdiyi torpaq 

sahəsinin verilməsinin xüsusiyyətləri  

1. Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara 

uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən 

Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) 

yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada 

satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. 

2. Özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi əcnəbi və ya vətəndaşlığı olmayan 

şəxs, yaxud xarici hüquqi şəxs olduqda isə o, müvafiq torpaq sahəsini satınalma hüququ 

olmadan icarəyə götürə bilər. 

3. Müəssisə (obyekt) özəlləşdirilərkən, onun yerləşdiyi torpaq sahəsinin qiyməti həmin 

müəssisənin (obyektin) qiymətindən asılı olmayaraq ayrıca müəyyənləşdirilir. 

Maddə 61. Çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələri  

1. Dövlət və bələdiyyə mülkiyyətində olan (yaxud qismən özəlləşdirilmiş) çoxmənzilli 

yaşayış evlərinə aid torpaq sahələri dövlət və ya bələdiyyə mülkiyyətində qalmaqla, 

həmin evləri idarə edən müvafiq təşkilatların daimi istifadəsinə verilir. 

2. Tam olaraq özəlləşdirilmiş çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-

yaşayış binalarının torpaq sahələri həmin evlərin idarə edilməsi üçün onların sakinləri 

tərəfindən təsis edilmiş özünüidarəetmə təşkilatlarının daimi istifadəsinə verilir. 

3. Çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin təyinatından kənar məqsədlər üçün 

istifadəsinə, habelə xüsusi mülkiyyətə və icarəyə verilməsinə yol verilmir. (

10




Maddə 62. Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin 

sanitariya-mühafizə zonaları altındakı torpaq sahələrinin verilməsi  

Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları 

altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız 

bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli 

istifadəyə və icarəyə verilə bilər. 

Maddə 63. Axtarış və kəşfiyyat işləri üçün torpaq sahəsindən istifadəyə 

dair tələblər  

1. Geodeziya, geoloji, kəşfiyyat, arxeoloji, kadastr, yerquruluşu və digər tədqiqat və 

axtarış işlərinin aparılması üçün torpaqdan istifadə onların mülkiyyətçilərindən, 

istifadəçilərindən və icarəçilərindən geri alınmadan, müvafiq tərəflər arasında bağlanılan 

və 

müvafiq icra hakimiyyəti orqanında



 və ya bələdiyyədə qeydə alınan müqavilələr 

əsasında həyata keçirilir. 

2. Yerquruluşu və kadastr işləri istisna olmaqla, torpaqlarda geoloji, axtarış və kəşfiyyat, 

neft və qaz kəşfiyyat-qazma işlərinin aparılmasına icazəni 

müvafiq icra hakimiyyəti 

orqanı


 və ya bələdiyyə həmin işlərin aparılması üçün layihə sənədlərində nəzərdə tutulan 

müddətə verirlər. 

3. Axtarış və kəşfiyyat işlərinin başlanması müddəti və yeri, torpaqdan istifadəyə görə 

haqqın məbləği, vurulan zərərin ödənilməsi, torpağın məqsədli təyinatına və hüquqi 

rejiminə dair öhdəliklər və məhdudiyyətlər, habelə digər şərtlər həmin işləri aparanlarla 

torpaq mülkiyyətçiləri, istifadəçiləri və ya icarəçiləri arasında bağlanan müqavilə ilə 

müəyyən edilir. 

4. Axtarış və kəşfiyyat işlərindən sonra torpaqlardan təyinatı üzrə istifadə edilməsini 

təmin etmək üçün həmin işləri aparan müəssisələr, idarələr və təşkilatlar öz vəsaitləri 

hesabına istifadə etdikləri torpaqları yararlı vəziyyətə gətirməyə və tərəflərin iştirakı ilə 

tərtib edilmiş akt üzrə onları öz mülkiyyətçilərinə, istifadəçilərinə və ya icarəçilərinə 

müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarmağa borcludurlar. 

5. Torpaq sahələri, bir qayda olaraq, axtarış və kəşfiyyat işləri zamanı yararlı vəziyyətə 

gətirilir. Bu mümkün olmadıqda isə torpaq sahələri axtarış və kəşfiyyat işləri başa 

çatdıqdan sonra ən geci üç ay müddətində yararlı vəziyyətə gətirilməlidir. 

6. Axtarış və kəşfiyyat işlərini aparan müəssisələr, idarələr və təşkilatlar həmin işlərin 

aparılması müddətində torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən 

ödənilən torpaq vergisinin və ya icarə haqqının əvəzini, habelə onlara vurduqları ziyanı 

və əldən çıxmış mənfəəti bütövlükdə ödəyirlər. 

Maddə 64. Dövlət müəssisələri, idarələri və təşkilatları tərəfindən işçilərə 

torpaq sahələrinin verilməsi  

Dövlət müəssisələri, idarələri və təşkilatları əsas fəaliyyət sahəsinə xələl gətirmədən 

istifadələrində olan torpaqlardan öz işlərinə 

müvafiq icra hakimiyyəti orqanının

 razılığı 

ilə müdiriyyətin və həmkarlar ittifaqı təşkilatının qərarı əsasında müvəqqəti istifadəyə və 

icarəyə torpaq sahələri verə bilərlər. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə