Azərbaycan Respublikasının Torpaq Məcəlləsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə24/25
tarix31.08.2018
ölçüsü1,04 Mb.
#66063
1   ...   17   18   19   20   21   22   23   24   25

2. Xüsusi mülkiyyətdə olan torpaq sahələri bilavasitə satıldıqda qiymətlər tərəflərin 

razılığı ilə bazar məzənnəsi nəzərə alınmaqla müəyyənləşdirilir. 

3. Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün 

bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə 

mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq 

şərtilə bazar məzənnələri nəzərə alınmaqla, bələdiyyələr tərəfindən müəyyən edilir. Fərdi 



yaşayış evinin tikintisi üçün ayrılan torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və 

rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil 

olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 

0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. 

4. Bələdiyyələrin kənd təsərrüfatına az yararlı və yararsız torpaqları öz vəsaitləri 



hesabına yararlı hala salaraq kənd təsərrüfatı məhsulları istehsal edən Azərbaycan 

Respublikasının hüquqi və fiziki şəxslərinə satıldıqda bu torpaqlarda torpaq 

qanunvericiliyi ilə müəyyən edilmiş qiymət güzəştləri tətbiq olunur. 

5. Bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin (ipoteka predmeti olan 



torpaq sahələri istisna olmaqla) hərrac və müsabiqə vasitəsilə satışında ilkin qiymət 

(müsabiqədə isə qiymət) bazar məzənnəsini nəzərə almaqla, mülkiyyətçi ilə satışın 

təşkilatçıları arasında razılaşma əsasında torpağın normativ qiymətindən az olmamaq 

şərti ilə müəyyən edilir. 

6. Torpaq sahələri dövlət ehtiyaclarını ödəmək məqsədilə mülkiyyətçilərdən əvəzi 

ödənilməklə alındıqda onların satınalma qiyməti Azərbaycan Respublikasının Mülki 



Məcəlləsinə müvafiq olaraq, tərəflərin razılığı əsasında müəyyənləşdirilir. Tərəflər 

arasında mübahisə məhkəmə qaydasında həll olunur. 

7. Torpaq üzərində istifadə və icarə hüquqlarının qiyməti, bazar məzənnələri nəzərə 

alınmaqla, bilavasitə satışı zamanı qarşılıqlı razılaşma əsasında, hərrac (və ya müsabiqə) 

vasitəsilə satıldıqda isə ilkin qiymət (qiymət) kimi mülkiyyətçilərlə satışın təşkilatçıları 

arasında razılaşma əsasında müəyyən edilir. 

8. Torpaq sahələri (xüsusi mülkiyyətdə olan torpaqlar istisna olmaqla) bağışlanıldıqda, 

dəyişdirildikdə və vərəsəliyə verildikdə onlar 

müvafiq icra hakimiyyəti orqanı

 və ya 


bələdiyyələr tərəfindən müəyyən edilən qaydada normativ qiymətlərdən az olmamaq şərti 

ilə qiymətləndirilir. 

9. Nizamnamə (pay) fonduna verilən torpaq sahəsinin və ya bu sahə üzərindəki 

hüquqların dəyəri iştirakçılar arasında bağlanılmış müqavilə ilə bazar məzənnəsinə uyğun 

müəyyən olunur. 

10. İpoteka predmeti olan torpaq sahəsinə tutma yönəldilərkən onun ilkin satış qiyməti 

ipoteka haqqında qanunvericiliyə uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla müəyyən 

edilir. (

5



13

15



16



20

22





Maddə 97. Torpaq haqqının formaları  

1. Azərbaycan Respublikasında torpaqdan istifadə pulludur. 

2. Torpaq haqqı torpaq vergisi və icarə haqqı formalarında müəyyən edilir. 



Maddə 98. Torpaq vergisi  

1.Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. 

2.Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan hüquqi və fiziki şəxslər torpaq 

vergisi ödəyirlər. 

3.Torpaq vergisi torpaq mülkiyyətlərinin və istifadəçilərinin təsərrüfat fəaliyyətinin 

nəticələrindən asılı olmayaraq, torpaq sahəsinə görə sabit tədiyə formasında hesablanır. 

4.Torpaq vergisinin dərəcələri torpağın təyinatından,sahəsindən, coğrafi yerləşməsindən 

və keyfiyyətindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş 

qaydada müəyyənləşdirilir. 

Torpaq vergisinin müəyyən edilməsi üçün dövri olaraq onun renta qiymətləndirilməsi 

aparılır. 

5.Keyfiyyət xarakteristikası müəyyən edilməmiş torpaq sahələrinə görə torpaq vergisini 

hesablamaq məqsədi ilə torpaq sahəsinin daxil olduğu inzibati ərazi vahidi üzrə torpağın 

orta bonitet balı qəbul edilir. 

6.Torpaq vergisinin müəyyən edilməsi və ödəmə qaydaları Azərbaycan Respublikasının 

müvafiq qanunvericiliyi ilə tənzimlənir.  



Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisinin müəyyən 

edilməsi və ödənilməsi qaydaları 

Azərbaycan Respublikasının Vergi Məcəlləsi

 ilə 

müəyyən edilir. (

1



2



Maddə 99. İcarə haqqı  

1. Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə 

ödədiyi vəsaitdir. 

2. İcarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə 

daxil edilir. 

İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi 

nəzərə alınmır. 

3. Xüsusi mülkiyyətdə olan torpaqların icarə haqqı tərəflərin razılığı ilə müəyyən olunur. 

4. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi və 



hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların 

icarə haqqının ilkin qiyməti (qiyməti) onların təyinatından, sahəsindən, coğrafi 

yerləşməsindən və keyfiyyətindən asılı olaraq, 

müvafiq icra hakimiyyəti orqanı

 

tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə 



torpağın normativ qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır. 

5. Kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda dövlət 

mülkiyyətində olan torpaq üçün icarə haqqı, hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya 

bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə torpağın icarə haqqının ilkin qiyməti 

(qiyməti) güzəştli müəyyən edilə bilər. 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə