Azərbaycan Respublikasının Torpaq Məcəlləsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix31.08.2018
ölçüsü1,04 Mb.
#66063
1   ...   17   18   19   20   21   22   23   24   25

Maddə 79. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından 

imtina edilməsinin əsasları  

1. Torpaq sahəsi üzərində hüquqların və onunla bağlı əqdlərin dövlət qeydiyyatından 

imtina edilməsinin əsasları aşağıdakılardır: 

 



dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə, istifadəyə 

və icarəyə verilməsi barədə 

müvafiq icra hakimiyyəti orqanı

 və ya bələdiyyənin 

qərarının, müvafiq müqavilənin, torpaq sahəsi üzərində hüququ təsdiq edən 

sənədin, torpaq sahəsinin satılması halında isə, eləcə də torpağın dəyərinin 

ödənilməsi barədə sənədin, habelə digər müvafiq normativ hüquqi aktlarda 

nəzərdə tutulmuş başqa sənədlərin təqdim edilməməsi;  

 

təqdim edilmiş sənədlərdə zəruri məlumatların, o cümlədən bu Məcəllənin 84-cü 



maddəsində nəzərdə tutulmuş məlumatların olmaması;  

 



mülki dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış torpaq 

sahəsinin verilməsinə dair birbaşa qadağanın müəyyən edilməsi;  

 

torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatını aparan orqanda, həmin 



torpaq sahəsi barədə mübahisələrin mövcudluğunu təsdiq edən sənədlərin olması;  

 



torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatını aparan orqana torpaq 

sahəsinin həbsi və digər məhdudiyyətlər haqqında qərarın (hökmün) daxil olması.  

2. Torpaq sahəsinin sərhədləri və ya bu sahəyə dair müəyyən edilmiş məhdudiyyətlər 

(öhdəliklər) barədə mübahisənin mövcudluğu (əgər həmin mübahisənin mövcudluğu 

barədə məlumatlar müqavilədə əks olunmuşdursa) əqdlərin dövlət qeydiyyatına mane ola 

bilməz.(


12



XVII fəsil. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin 



və icarəçilərinin hüquqları və vəzifələri 

Maddə 80. Torpaq mülkiyyətçilərinin hüquqları  

Torpaq mülkiyyətçilərinin hüquqları aşağıdakılardır: 

 

torpaqdan müstəqil təsərrüfatçılıq əsasında istifadə etmək;  



 

öz torpaq sahəsində olan meşə örtüyündən, geniş yayılmış faydalı qazıntılardan və 



su ehtiyatlarından təsərrüfat ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyyən 

olunmuş qaydada istifadə etmək;  

 

torpağın itirilmiş təbii münbitliyinin bərpası və digər səbəblərlə əlaqədar 



müvafiq 

icra hakimiyyəti orqanı

 tərəfindən əkin dövriyyəsindən müvəqqəti çıxarılan 

(dincə qoyulan) torpaq sahələrinə görə əvəz almaq;  

 

torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, 



istehsal, mədəni-məişət təyinatlı və digər tikililər və qurğular inşa etmək;  

 



torpağın geri alındığı və torpaq sahəsindən könüllü imtina edildiyi hallarda 

torpağın keyfiyyətinin yaxşılaşdırılmasına çəkilən xərclərin əvəzini, torpağın bu 

Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan qaydada 

hesablanmış dəyərini və ya onun naturada əvəzini almaq;  

 

qanunvericilikdə müəyyən edilmiş qaydada yerquruluşu layihələrinə və təbiəti 



mühafizə tələblərinə uyğun olaraq, torpaq sahələrində meliorasiya işləri aparmaq, 

gölməçələr və digər sututarlar yaratmaq;  

 

bu Məcəllə və digər normativ-hüquqi aktlarla müəyyən olunmuş qaydada torpaq 



sahəsini və ya onun bir hissəsini istifadəyə və ya icarəyə vermək;  


 

qanunvericilikdə müəyyən olunmuş qaydada torpağı satmaq, bağışlamaq, 



dəyişmək, girov (ipotekaya) qoymaq, nizamnamə (pay) fonduna, habelə 

vərəsəliyə və irsən vermək və onunla əlaqədar qanunvericiliklə qadağan 

edilməmiş digər əqdlər bağlamaq və fəaliyyətlə məşğul olmaq.  

Maddə 81. Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları  

Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları aşağıdakılardır: 

 

torpaqdan təyinatı üzrə istifadə etmək;  



 

qadağan edilmiş bitkilər istisna olmaqla, kənd təsərrüfatı bitkilərinin əkinləri və 



istehsal edilmiş məhsul üzərində mülkiyyət hüququnu həyata keçirmək;  

 



torpaq sahəsində geniş yayılmış faydalı qazıntılardan, su ehtiyatlarından öz 

təsərrüfat ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada 

istifadə etmək;  

 



torpağın verilməsi şərtlərinə müvafiq surətdə istehsal təyinatlı müvəqqəti 

yardımçı tikililər və qurğular ucaltmaq;  

 

torpaqdan istifadəyə və icarəyə xitam verildikdə torpaqda öz hesabına aparılmış 



yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini 

qanunvericiliklə müəyyən olunmuş qaydada almaq;  

 

bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada 



torpaq sahəsini və ya onun bir hissəsini başqasının müvəqqəti istifadəsinə və 

icarəsinə (subicarəsinə) vermək;  

 

qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyəti həyata keçirmək.  



Maddə 82. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin 

vəzifələri  

Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə 

borcludurlar: 

 



torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun 

istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat 

fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək;  

 



torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini 

həyata keçirmək;  

 

torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-



memarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş 

digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata 

keçirmək;  

 



torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş 

servitutlara əməl etmək;  

 

torpaq vergisini və ya icarə haqqını vaxtında ödəmək;  



 

başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını 



pozmamaq;  

 



torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziya-

istinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü 

vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamaq;  

 



torpağın istifadəsi vəziyyətinə dair müəyyən edilmiş məlumatları müvafiq 

orqanlara vaxtında vermək;  

 

qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.  




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə