Azərbaycan Respublikasının Torpaq Məcəlləsi


Maddə 83. Torpaq sahəsi üzərində hüquqların həyata keçirilməsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə21/25
tarix31.08.2018
ölçüsü1,04 Mb.
#66063
1   ...   17   18   19   20   21   22   23   24   25

Maddə 83. Torpaq sahəsi üzərində hüquqların həyata keçirilməsi  

1. Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər 

qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata 

keçirirlər. 

2. Torpaq sahəsi üzərində hüquqların həyata keçirilməsindən imtina edilməsinə o şərtlə 

yol verilə bilər ki, belə imtina başqa şəxslərin hüquq və mənafelərinə toxunmasın və ətraf 

təbii mühitə zərər vurmasın. 

3. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində öz hüquqlarından imtina etmələri 

onları bu Məcəllənin 88-ci maddəsi və bağladıqları müqavilə ilə müəyyən edilmiş 

vəzifələrindən azad etmir. 

4. İmtina səbəbindən torpaq sahəsi üzərində hüquqlara xitam verilməsi bu Məcəllə ilə 

müəyyən edilmiş qaydada həyata keçirilir və dövlət qeydiyyatında (reyestrində) əks 

etdirilir. 

Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin 

hüquqlarının müdafiəsi və təminatı  

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla 

qorunur. 

2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin

istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi 

və fiziki şəxslərin qarışmasına yol verilmir. 

3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları 

qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması 

nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 

4. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır. 

5. Hüquqi və ya fiziki şəxsə istifadəyə verilmiş torpaq sahəsi dövlət ehtiyacları və ya 

ictimai ehtiyaclar üçün yalnız o şərtlə geri alına bilər ki, torpağı geri alan 

müvafiq icra 

hakimiyyəti orqanı

 və ya bələdiyyə həmin şəxsin arzusu ilə ona eyni ölçüdə və 

keyfiyyətdə başqa torpaq sahəsi ayırsın, habelə xeyrinə torpaq sahəsi geri alınan hüquqi 

və ya fiziki şəxs torpaqla birlikdə əldə edilmiş yaşayış, istehsal və başqa tikililərin 

əvəzinə yeni yerdə təzələrini tiksin və bu Məcəlləyə uyğun olaraq, bütün qalan zərəri tam 

həcmdə ödəsin. Hüquqi və ya fiziki şəxslərin mülkiyyətində olan və onlara icarəyə 

verilmiş torpaq sahələrinin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi şərtləri və 

halları Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir 

6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu 

Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla 

bilər. (


9

13



16



22



XVIII fəsil. Torpaq sahələrinin dövriyyəsi 



Maddə 85. Torpaq sahəsinin dövriyyəsi anlayışı  


Torpaq sahəsinin dövriyyəsi — torpaq sahəsinin bir mülkiyyət növündən digərinə, torpaq 

sahəsi üzərində hüquqların torpaq münasibətlərinin iştirakçılarının birindən digərinə 

Azərbaycan Respublikasının Mülki Məcəlləsində

 və bu Məcəllədə nəzərdə tutulmuş 

qaydada və xüsusiyyətlərə uyğun olaraq müqavilələrin və digər əqdlərin bağlanması yolu 

ilə keçməsidir. 



Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri  

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada 

qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti 

ola bilər: 

 

xüsusi mülkiyyətdə olan torpaqlar;  



 

bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları;  



 

girov haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə girov (ipoteka) 



predmeti sayılan torpaq sahələri;  

 



özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri;  

 



dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə 

hüquqları;  

 

bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları.  



2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə 

hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd 



təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. 

3. Azərbaycan Respublikasında torpaqlar dövlət mülkiyyətinə, bələdiyyə mülkiyyətinə, 

habelə Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə 

satıla bilər. 

4. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq 

birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə torpaqlar yalnız haqqı ödənilməklə 

istifadə və icarə hüququnda verilə bilər. 

5. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya 

onların vəkil etdiyi şəxslərin, yaxud orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq 

hərracları və ya müsabiqələri vasitəsilə alınıb satıla bilər. 

6. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, 

yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır 

və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. 

Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq 

hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir. 

7. Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində 

istifadə və icarə hüquqları bilavasitə satıldıqda, alqı-satqı tərəflər arasında bağlanılmış və 

notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında həyata keçirilir. 

8. Torpaq sahəsinin alqı-satqısının qaydaları Azərbaycan Respublikasının müvafiq 

qanunvericiliyi ilə tənzimlənir. (

5



20



Maddə 87. Torpaq sahəsinin nizamnamə (pay) fonduna verilməsi  




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə