Azərbaycan Respublikasının Torpaq Məcəlləsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix31.08.2018
ölçüsü1,04 Mb.
#66063
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə 

(naturada) müəyyən edilməsi  

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş 

və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar 

və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi 

(satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və 

xəritədə müəyyən edilir. 

3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar 

qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. 

Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu 

qaydasında aparılır. 

4. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq 

sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən 

şəxsin hesabına həyata keçirilir. 

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) 

keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata 

keçirilir və yerdə yoxlandıqdan sonra 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən təsdiq 

edilir. 


6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə 

verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 

7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür 

və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 

8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq 

mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. 

9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların 

sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada 

aparılır. (

20



Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər  

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi 

və fiziki şəxslərə verilməsi 

müvafiq icra hakimiyyəti orqanının

 və ya bələdiyyənin qərarı 

və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə 

olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında 

bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. 

Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, 

məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların 

istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 



2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları 

istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət 

reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 

3. Torpaqdan (o cümlədən, icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə 

hüququ 

müvafiq icra hakimiyyəti orqanı



 tərəfindən verilən şəhadətnamə və tərəflər 

arasında bağlanılan icarə müqaviləsi ilə rəsmiləşdirilir. 

4. Dövlət aktının, şəhadətnamənin, Alqı-satqı, ipoteka, istifadə və icarə müqavilələrinin 

nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. 



5. Torpaq üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qanunvericiliklə müəyyən 

edilmiş qaydada qeydə alınır. (

3



12

15





Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının 

məcburiliyi  

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş 

qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 

2. Dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində, habelə qanunvericiliklə 



müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələri üzərində 

mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas 

təsdiqedici və hüquq müəyyənedici sənəddir. 

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan 

hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər 

nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və 

toxunulmazlığına dövlət təminat vermir. (

3



12





Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı  

Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən 

edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin 

verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada 

dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. (

20



Maddə 69. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə 

qərardan şikayət  

1. Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə 

müvafiq icra hakimiyyəti orqanının

 və ya bələdiyyənin qərarından məhkəmə qaydasında 

şikayət vermək olar. Ərizələrə baxılmasının müəyyən edilmiş müddətlərinin 

gecikdirilməsi torpaq sahəsinin verilməsindən imtina edilməsi kimi qiymətləndirilir. 

2. Məhkəmə işə baxarkən torpaq sahəsinin verilməsindən imtina edilməsinin qanuni və 

ya qanunsuz olduğu barədə qərar qəbul edə bilər. Axırıncı halda məhkəmənin qərarı 

torpaq sahəsi üzərində hüquqların rəsmiləşdirilməsi üçün əsasdır və qanunvericiliklə 

müəyyən edilmiş qaydada yerinə yetirilməlidir. 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə