Azərbaycan Respublikasının Torpaq Məcəlləsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix31.08.2018
ölçüsü1,04 Mb.
#66063
1   2   3   4   5   6   7   8   9   ...   25

 

bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət 



mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların 

dövlət ehtiyacları üçün alınması

; (

16



22

)  


 

xüsusi mülkiyyətdə olan torpaq sahələrinin bu Məcəllədə və digər qanunvericilik 



aktlarında müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsi

; (


13

)  


 

dövlət qeydiyyatına alına bilən torpaq sahələrinin minimum hədlərinin müəyyən 



edilməsi qaydalarının müəyyənləşdirilməsi

;  


 

torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə 



keçirilməsi

;  


 

yay və qış otlaq sahələrinin inzibati-ərazi vahidlərinə istifadəyə verilməsi



;  

 



vergitutma məqsədi ilə kadastr qiymət rayonları və ora daxil olan inzibati 

rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və 

keyfiyyəti nəzərə alınmaqla, şərti balların müəyyənləşdirilməsi; (

13

)  



 

torpaqlardan səmərəli istifadəyə, torpaqların münbitliyinin artırılmasına, torpaq 



ehtiyatlarının qorunmasına dair və digər təbiəti mühafizə tədbirlərinin dövlət 

proqramlarının hazırlanması və yerinə yetirilməsi

;  



 



dövlət mülkiyyətində olan torpaqların istifadəsi ilə bağlı fəaliyyətin dövlət ekoloji 

ekspertizasının keçirilməsi və dövlət ekoloji ekspertizasının müsbət rəy vermədiyi 

obyektlərin tikintisinin və ya onların yenidən qurulmasının dayandırılması 

haqqında qərar qəbul edilməsi

;  



 



torpaqlardan qanunvericiliyə uyğun istifadə olunmasına və onların mühafizəsinə 

dövlət nəzarətinin təşkil edilməsi və həyata keçirilməsi

;  



 



dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və yerquruluşunun 

aparılmasının təşkil edilməsi

;  



 



bu Məcəllədə göstərilən və məhkəmədən kənar qaydada həll olunmalı torpaq 

mübahisələrinin həll edilməsi

;  



 



qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi.  

Maddə 7. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində Naxçıvan 

Muxtar Respublikasının səlahiyyətləri  

Torpaq münasibətlərinin tənzimlənməsində Naxçıvan Muxtar Respublikasının 

səlahiyyətlərinə muxtar respublikanın hüdudları daxilində bu Məcəllənin 6-cı maddəsinin 

5-ci—16-cı abzaslarında göstərilənlər aiddir. 



Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində 

bələdiyyələrin səlahiyyətləri  

Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri 

daxilində səlahiyyətləri aşağıdakılardır: 

 



qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan 

torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam 

verilməsi;  

 



qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq 

sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;  

 

yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin



yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil 

edilməsi;  

 

bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq 



alınması;  


 

ictimai ehtiyaclar tələb etdikdə, bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə 



əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə 

məhkəmədə iddia qaldırılması;  

 



öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və 

icarəçilərinin hüquqlarının müdafiə edilməsi;  

 

bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların 



hazırlanması və həyata keçirilməsi;  

 



hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) 

torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi;  

 

öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların 



mühafizəsinə nəzarət edilməsi;  

 



öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada 

həll olunmalı mübahisələrin həll edilməsi;  

 

qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. (



13

20



)  

II fəsil. Azərbaycan Respublikasının vahid torpaq 

fondu 

Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun 

tərkibi  

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid 

torpaq fondunu təşkil edir. 

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının 

torpaqları aşağıdakı kateqoriyalara bölünür: 

 



kənd təsərrüfatı təyinatlı torpaqlar;  

 



yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) 

torpaqları;  

 

sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;  



 

xüsusi qorunan ərazilərin torpaqları;  



 

meşə fondu torpaqları;  



 

su fondu torpaqları;  



 

ehtiyat fondu torpaqları.  



3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə 

keçirilməsi müəyyən edilmiş qaydada 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən həyata 

keçirilir. 

Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi  

1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret 

məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən 

edilmiş qaydaları, şərtləri və həddidir. 

2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və 

monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və 

təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə