Azərbaycan Respublikasının Torpaq Məcəlləsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix31.08.2018
ölçüsü1,04 Mb.
#66063
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

 

sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə 



köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə;  

 



müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə;  

 



müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il 

müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının 

vətəndaşlarına.  

5. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə 

ilə rəsmiləşdirilir. 

6. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə 

bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar 

istifadəyə və icarəyə uyğun olaraq, 

müvafiq icra hakimiyyəti orqanının

 və bələdiyyənin 

qərarı (müqavilə) ilə verilir. 

Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, 

mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun 

olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. 

Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların 

istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası 

vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə 

(icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin 

qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, 

habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti 

orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. 

7. Ümumi istifadədə olan meliorasiya və irriqasiya sistemlərinin hüdudlarındakı torpaq 

sahələri hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə həmin 

sistemlərin bölünməməsi və onlardan istifadə texnologiyasına əməl olunması şərtilə 

verilə bilər. 



8

Müvafiq icra hakimiyyəti orqanları

 və bələdiyyələr mülkiyyətə, istifadəyə və icarəyə 

verilməsi nəzərdə tutulan sərbəst torpaq sahələri və yeni torpaqların mülki dövriyyəyə 

cəlb edilməsi proqramları barədə əhaliyə məlumat verməli və kütləvi informasiya 

vasitələrində hər il hesabat dərc etdirməlidirlər. 



9. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və 

ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada 

bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. 

(

5



6



11

20





Maddə 57. Qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələrinin 

ayrılmasının xüsusiyyətləri  

1. Sənaye obyektlərinin tikintisi, dəmir və avtomobil yollarının, elektrik və rabitə 

xətlərinin, magistral boru kəmərlərinin çəkilişi, habelə digər qeyri-kənd təsərrüfatı 

ehtiyacları üçün torpaq sahələri əsasən kənd təsərrüfatına yararsız və ya az yararlı 

torpaqlardan ayrılır. Göstərilən məqsədlər üçün meşə fondu torpaqlarından torpaq 

sahələri, bir qayda olaraq, meşə bitkiləri ilə örtülü olmayan sahələr, yaxud meşəbitmə 

şəraitinə görə az yararlı və yararsız sahələrdən verilir. 



2. Faydalı qazıntıların hasilatı üçün tikinti işlərinə torpaq sahələrinin ayrılması yerin təki 

haqqında qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir. 

3. Elektrik və rabitə xətləri, digər xətti kommunikasiyalar başlıca olaraq yollar, kanallar, 

mövcud xətlər boyunca çəkilməli və kənd təsərrüfatı işlərinin aparılmasına maneçilik 

törətməməlidir. 

4. Qeyri-kənd təsərrüfatı və qeyri-meşə təsərrüfatı məqsədləri üçün torpaq sahəsinin 

ayrılması iki mərhələdə aparılır: 

1) obyektin yerləşdirilməsinin əvvəlcədən razılaşdırılması (layihələşdirilməsi); 

2) torpaq sahəsinin verilməsinin rəsmiləşdirilməsi. 

5. Sənaye obyektlərinin tikintisi, faydalı qazıntıların hasilatı, dəmir və avtomobil 

yollarının, elektrik və rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi üçün torpaq 

sahələri əsasən dövlət və bələdiyyə torpaqlarından ayrılır. Belə obyektlərin tikintisi altına 

düşən xüsusi mülkiyyətdə olan torpaqların, qanunvericilikdə nəzərdə tutulmuş qaydada 

dəyəri ödənilir və ya başqa torpaq sahəsi ilə əvəz olunur. 

6. Qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələrinin ayrılması və istifadəsi 

qaydaları bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə 

tənzimlənir. 

Maddə 58. Torpaq sahəsində tikintinin həyata keçirilməsi  

1. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin 

və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun 

olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə 

yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili 

və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. 

2. Qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə 

tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan 

sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına 

sökülməlidir. 



Maddə 59. Fərdi və kooperativ mənzil, bağ evləri və qaraj tikintisi, habelə 

sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası 

üçün torpaq sahələrinin verilməsi  

1. Yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı 

məqsədlər üçün verilir: 

 



kooperativ çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil-tikinti 

kooperativlərinin mülkiyyətinə;  

 

fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların 



xüsusi mülkiyyətinə;  

 



çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil tikintisi ilə 

məşğul olan hüquqi şəxslərin mülkiyyətinə;  

 

fərdi və kooperativ qarajların tikintisi üçün əvəzi ödənilməklə fiziki şəxslərin və 



onların kooperativlərinin mülkiyyətinə və ya icarəsinə;  


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə