Azərbaycan Respublikasının Torpaq Məcəlləsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix31.08.2018
ölçüsü1,04 Mb.
#66063
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası 

üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. 

4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və 

icarəsində olan bələdiyyə torpaqları daxildir. 

5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: 

 



yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar;  

 



hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə 

torpaqları;  

 

ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.  



6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında 

qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, 

istifadəyə və icarəyə verilə bilər. 

7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların 

istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. 

Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda 

dövlət mülkiyyətindən torpaq almaq barədə 

müvafiq icra hakimiyyəti orqanları

 

qarşısında vəsatət qaldırır. (

5

) 

XII fəsil. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi 

üzərində hüquqları 

Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının 

ümumi xarakteristikası  

1. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu 

Məcəllə, 

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

, digər normativ-hüquqi aktlar və 

torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. 

2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini 

mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 

3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər 

və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini 

yalnız icarə hüququ əsasında əldə edə bilərlər. 

4. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün 

müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. 

5. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq 

sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin 

hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. 

6. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahələrini təbii fəlakətin 

təsirindən sığortalaya bilərlər. 



Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ  


1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar 

üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə 

riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 

2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və 

bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, 

dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) 

fonduna verilməsi əsasında yaranır. 

3. Keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində 

hüquqlarının restitusiyasına yol verilmir. 

4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka 

əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan 

Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki 

şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun 

özgəninkiləşdirmədikdə, 

müvafiq icra hakimiyyəti orqanı

 və ya bələdiyyə torpaq sahəsini 

bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. 

Maddə 50. Torpaq sahəsi üzərində istifadə hüququ  

1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan 

daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq 

vergisindən başqa haqq alınmır. 

Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi 

istifadə hesab olunur. 

2. Müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin 

edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, 

aşağıdakılara verilir: 

 



dövlət hakimiyyət və yerli özünüidarə orqanlarına;  

 



dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlara 

və birliklərə;  

 

həmkarlar ittifaqlarına və dini təşkilatlara;  



 

dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, 



habelə təbiəti mühafizə, təbii qoruq, tarix-mədəniyyət, elmi-tədqiqat, tədris 

obyektlərinə, müəssisələrinə və idarələrinə;  

 

dövlət və bələdiyyə mülkiyyətində olan digər müəssisələrə, idarələrə və 



təşkilatlara;  

 



dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən və sahibkarlıq 

fəaliyyətinə aid olmayan çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq 

mənzil-istismar təşkilatlarına.  

Müstəsna hallarda, bu kimi torpaq istifadəçilərinin (mənzil tikintisi istisna olmaqla) 

fəaliyyət müddəti bəlli olduqda dövlət və bələdiyyə torpaqları onların müvəqqəti 

istifadəsinə də verilə bilər. 

3. Torpaqdan müvəqqəti istifadə qısamüddətli — on beş ilədək və uzunmüddətli — on 

beş ildən 99 ilədək müəyyən oluna bilər. 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə