Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə65/75
tarix11.03.2023
ölçüsü0,83 Mb.
#102338
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   75
Ssenari yaradiciligi 1

 
Audio səs
 
Avtomobil maqnitofonunun
iri planda görüntüsü.
Şəhər ətrafı küçələrdə bazar 
gününü

ehtişamlı səhəri.
Maşınyuma məntəqəsi.
Musiqi. 
Bir nəfər diz çökərək 
maşının təkərlərini yuyur.
Kasıb insanlar istisna olmaqla 
maşın
hamı üçün əvəzedilməz 
bir əşyadır. Ailənin pərəstiş 
edilən bir «üzvü» olan gözəl 
maşın hamının sevimlisidir. 


- 124 - 
Avtosalon: gözəl qızların 
maşın ətrafındakı şouları...
B
u dinin özünün keşişi və 
qulluqçuları var. Onun qızıl 
bütləri hər gün insan 
qurbanları tələb edir. 
Dağın zirvəsində 
avtomobil reklamı..
Onu sevənlərin ona səcdə edə 
bilmələri üçün avtomobillərin 
rəsmləri zirvələrdə bərq 
vurur...
«Avtomobil ikinci ev kimi» süjeti də olduqca əyləncəlidir. 
Bu süjetdə London küçələrində
tez - 
tez qarşılaşılan avtomobil 
tıxaclarından söhbət açılır. Magistrallarda gündə
n - 
günə artan 
nəqliyyatın yaratdığı problemlər qarşısında insanın acizliyinə 
diq
qət çəkən Xud onların bu
tıxaclarda yaşamağa alışdıqlarını 
vur
ğulamaq istəmişdir. Göstərilən səhnə şəhər kənarında qurul
-
muş, filmə bədii effektlərlə yanaşı, yumor hissi də qatmışdır. 
Video görüntü
 
Audio səs
 
Səhnələşdirilmiş avtomobil 
tıxacı.
London küçələrində bir neçə
gündür ki, böyük 
tıxac yaranıb. 
Maşınların arası ilə çay paylanır.
Bu tıxac üç gün öncə yaranıb və o 
vaxtdan bir santimetr irəliləyiş 
yoxdur. Tərk edilmiş maşınların 
yerindəcə məhv ediləcəyindən 
qorxan sürücülər öz maşınlarında 
qalmağa üstünlük vermişlər. 
Onlardan bir çoxu həqiqətən 
«təkərlər üzərindəki evə» daha 
çox üstünlük verirlər. Könüllü 
qadınlar ümumi «ab 

havanı» çox 
gözəl dəstəkləyirlər. Lakin səhər 
çayı günün ən maraqlı hadisəsidir.
Qəzet paylayan.
Tıxac hamını sevindirməsə

,
qəzet satan bundan məmnundur. 
Hər kə
s bir - 
birinə o qədər 
yaxındır ki, bir neçə dəqiqəyə o 
q
əzetlərin hamısını sata bilir. 


- 125 - 
Poçtalyon məktubları gətirir.
Poçtalyonun işi əvvəlcə çox çətin 
idi. Tanış ünvanları və soyadları 
avtomobil nömrəsindən tanımaq 
və yadda saxlamaq ilk gün çox 
əziyyətli olmuşdur. Lakin «tıxac 
şəhərinin» sakinləri indi onun işini 
yüngülləşdirməyə çalışırlar.
Missis Staeyin maşını.
Missis Staey həftə sonu tətilindən 
qayıdır. Küçədəki digər 
avtomobillərlə müqayisədə onun 
15 at gücündə olan «evi» daha 
münasibdir. Arxa oturacaqda 
“mətbəx”
yerləşir. Telefon da var, 
televizoru da akkumulyatorla 
işləyir…
Bu kadrlar yumor və yaradıcı fantaziyanın sənədli filmdəki 
rolunu gözlərimiz qarşısında canlandırır.
Nümunədən də aydın olduğu kimi

sənədli film ssenarisi 
Fran
sız formatında yazılır. Səhifə iki yerə ayrılaraq birində 
görüntü, digərində isə mətn qeyd olunur. Əlbəttə, siz ssenarini 
Fransız formatında yazmaya da bilərsiniz. Lakin bu format 
sənədli film üçün idealdır. 
Ssenaridə qeyd etdiyiniz mətn təxminidir və bu mətn
çəkiliş 
prosesində dəyişə bilər. Görüntü hissəsində isə məlumatlar qısa 
və lakonikdir. Siz rejissora video görüntü ilə bağlı olan əsas 
fikir
ləriniz

söyləyi
r
siniz, qalan detalları isə o özü düşünür. 
Elmi kütləvi filmlərdə texniki kadr və epizodların yazılması za
-
manı istisnalar ola bilər. Bu ssenaridə əsas olan

ideyanı çat
-
dırmaqdır. İdeyanı daha dəqiq verə bilmək üçün bir plan qurun. 
1.
Əsas ideya
2.
Süjetin məntiqi
3.
Video görüntü
4.
Başlanğıc
5.
Ritm 
6.
Kulminasiya 


- 126 - 
Proyektiniz üçün ən vacib olan ideyanı tapmaq çətindir. 
Bəzən çox «böyük fikirlərinizdən» imtina etməli olursunuz. 
Lakin əsas olan

sifarişçini və tamaşaçıları qane etməkdir. Au
-
dito
riya üçün sizin ideyanız maraqlı olacaqmı? Düşündüyünüz 
süjet böyük kütlə üçün aydındırmı?
Eyni zamanda hekayənizin qəhrəmanını düşünün. Onun 
sizin tamaşaçılara deməyə sözü varmı? Düşündüyünüz ide
ya-
nın musiqi, vizual effekt və hərəkətlərlə vəhdətini taparaq epi
-
zod
lara bölün və məntiqi ardıcıllıqla yerləşdirin. Epizodların 
hər birinin ayrı 

ayrılıqda işlənməsi strukturu doğru qura bil
-
məyiniz üçün faydalı olacaq. Bundan sonra epizodları möv
zu-
nun süjetinə uyğun olaraq ya xronoloji, ya intellektual, ya da 
məkan ardıcıllığı ilə düzün. Süjet xəttini ideyanıza uyğun dü
-
zəlt
dik
dən sonra ideyanızı görüntüyə çevirin. Hər bir epizodun 
məqsəd və mənasını video görüntü, şərh və ya hər iki ele
men-
tin bir - 
birinə uyğunluğunun köməyi ilə vermək olar. Sözün və 
təsvirin gücündən maksimum effektli istifadə etməyə çalışın. 
Hər film süjetin inkişafı müddətində bir neçə ideya və iddiaya 
malik ola bilər. Məsələn, Efiopiyada aclıqdır. Bu
, qorxunc 
faciədir; İndiki gənclər valideynlərinin gənclik dövrü ilə müqa
-
yisədə daha çətin tərbiyə olunurlar. Onların azadlıq anlayışı 
bütün etik və mənəvi normalara ziddir. Sizə fikirlərinizi
(fakt 
və məcazi olaraq) əsaslandırmaq üçün söylədiklərinizə dəstək 
verəcək video görüntülər lazımdır. Ssenarist video görüntüləri 
təklif edir, çəkiliş zamanı rejissor ona öz əlavələrini də artırır. 
Əsas olan odur ki, siz söylədiklərinizi göstərməyi bacarasınız. 
Bəzən bir kadr uzun bir monoloqdan daha çox informasiya 
daşıyır və daha çox yadda qalır. 
«Kino həqiqəti» üslubunda və ya xəbər filmləri üzərində 
çalışırsınızsa, diktor mətninin yazılışını son mərhələyə
sax-
layaraq 
hadisələrin inkişafını təqib edirsiniz. Belə ki, siz sadəcə 
baş verənləri çəkirsiniz. Lakin sizə sifariş olunmuş standart bir 
film üzərində işləyirsinizsə, siz hadisələri «planlayırsınız». 


- 127 - 
Yuxarıdakı nümunələrdə qısa olsa da

kadrarxası mətni gör
-
dük. Lakin ssenarist epizodun tamamını düşünərək o mətni 
yaz
malıdır. Ssenarinin əsas ideyasını təcəssüm etdirməyin ən 
yaxşı yolunu düşünün, bəlağətli kəlmələrin köməyi ilə vizual 
görüntünü dəstəkləyən cümlələr yazın. Önəmli olan görüntü
-
dür. Səs onu dəstəkləməlidir. Doğrudur, bəzən sözün gücü 
görüntünün gücündən daha böyük olur. Siz fikrinizi ən yaxşı 
halda necə çatdıra bilərsiniz? Bunu düşünərək görüntü və sözü 
nizam
layın. Mühit və qəhrəmanlar, hətta onların geyimi və 
hərəkətləri haqqındakı qeydləriniz sizə yardım edəcək. Siz 
tədqiqat aparıb mövzu barəsində kifayət qədər məlu
matlan

-
sınızsa, bu

sizə süjetin inkişafının gedişini təxmin etməyinizə 
yar
dım edəcək. Bu qeydlər rejissora eyni zamanda səhnənin 
əsas mənasını anlamağa, eləcə də

əhəmiyyətli detalları seçib 
vur
ğulamağa kömək edəcək. 

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə