Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə1/75
tarix11.03.2023
ölçüsü0,83 Mb.
#102338
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   75
Ssenari yaradiciligi 1



AZƏRBAYCAN RESPUBLĠKASI TƏHSĠL NAZĠRLĠYĠ
 
AZƏRBAYCAN DÖVLƏT MƏDƏNĠYYƏT VƏ 
 
ĠNCƏSƏNƏT UNĠVERSĠTETĠ
 
 
 
 
 
 
 
 
 
SSENARİ
YARADICILIĞI

(DƏRS VƏSAİTİ)
 
BAKI 

2015
 
 


Tərtibçi və tərcüməçi: 
Gülşən Əliəkbər qızı 
Qafarova
 
filologiya üzrə fəlsəfə doktoru, 
dosent 
 
Elmi redaktor:
 
Aqşin Əlisəttar oğlu Babayev
 
filologiya elmləri doktoru, professor
 
 
Rəyçilər: 
 
 
 
Əli Məmməd oğlu Əmirov

(Əli Əmirli)
 
dosent 
 
Zakir Mahmud oğlu
 Abbasasov 
(Zakir Abbas) 
Əməkdar jurnalist
 
 
Ssenari yarad
ı
c
ı
l
ığı
I. 
(Dərs vəsaiti), Bakı, 2015, 14

səh.
 
«Ssenari yaradıcılığı» adlı dərs vəsaitində kinossenarinin ən əsas 
komponentləri
 
qısa və konkret şəkildə şərh edilir.
 
А.Mittanın (Rusiya)
 
«Кино между адом
 
и раем» və
 
А.Rozentalı
n (Amerika) 
«Создание кино и видеофильмов как 
увлекательный бизнес» kitablarından tərcümələrlə
 
yanaşı, kitab

tərtibçinin bir sıra əlavələri də
 
daxil edilmiş və
 
ədəbiyyat 
siyahısındakı bəzi əsərlərdə
n
istifadə olunmuşdur.
 
«Ssenari yaradıcılığı» kitabı dərs vəsaiti kimi Azərbaycan Dövlət 
Mədəniyyət və İncəsənət Universitetinin «Ədəbi iş» ixtisası üzrə 
təhsil alan tələbələri üçün nəzərdə tutulmuşdur.
 
ISBN 978-9952-8279-0-3 
 
 
©
Azərbaycan Dövlət Mədəniyyət və 
İncəsənət Universiteti, 2015
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
I HĠSSƏ
 
 
BƏDİİ
F
İ
LM 
 
 


- 4 - 
 
 
 
 
 
 
 
 
 
GĠRĠġ
 
 
ahmat oyununun qaydalarını biləndə oyunun gedişinə 
biga
nə qalaraq, sonda kimin qalib gələcəyini gözlə
-
mirik, yalnız
oyun
dan həzz alırıq. Kino
isə
şahmatdan 
daha güclü oyundur.
Burada t
amaşaçılar sizin rəqibinizdir və 
siz rəqiblərinizlə birlikdə nə qədər gözəl oyun nümayiş et
di
rər
-
si
nizsə, film
də bir
o qədər maraqlı olar. Ona görə də
bu 
oyunun qaydalarını öyrənin və oyundan həzz alın. 
Bu qaydalar universaldır. Aristoteldən bu yana dramın 
struk
turunda böyük bir dəyişiklik edilməyib, sadəcə, bir az tək
-
mil
ləşib. Kinossenari də obrazın yaradılması istisna olmaqla

eynilə dramın qanunlarına tabedir. Ssenarinin üç mərhələli 
struk
turu dramın strukturu kimidir. Ona görə də dramın qay
da-
la
rını yaxşı mənimsəmək lazımdır. 
Kino həyatı əks etdirir, lakin həyatı təkrarlamır. Daha doğ
-
rusu, təkrarlamamalıdır. Ssenaridə hər şey düşünülmüş, aydın 
olmalı, filmin giriş hissəsində baş qəhrəman haqqında kifayət 
qədər məlumat verilməli, məkan, zaman göstərilməli və prob
-
lem qoyulmalıdır. Qoyulmuş bu problem filmin sonunda öz 
həllini tapmalıdır. Təbii ki, problemin necə həll olunması ta
ma-
mən ssenaristin ixtiyarındadır. O həlli tamaşaçı qəbul edə də 
bilər, etməyə də. Önəmli olan təqdim edilən hadisələrə tamaşa
-
Ş


- 5 - 
çını «inandırmaqdır». Çünki tamaşaçı baxdığı hadisənin real 
olmasına inanmazsa, kanalı dəyişəcək. 
Dram - 
ideyalar dünyasıdır. Yazılan hər bir ssenaridə, çəki
-
lən hər bir filmdə tamaşaçı bir çox ideya görə bilər. Lakin hər 
bir filmin öz əsas ideyası vardır ki, təqdim olunan filmdə
sse-
narist - 
rejissor tamaşaçıya məhz onu söyləmək istəyir. Buna 
görə də müəllifin vermək istədiyi mesaj aydın olmalı, tamaşaçı 
onu digərləri ilə qarışdırmamalıdır. 
Dram - 
hərəkətdir. Yəni, mütləq hadisələri başladan bir hə
-
rəkət olmalıdır. Dram
qaydalarında bu

«sadə bir hərəkət» 
adlanır (bu bərədə ayrıca danışacağıq). Məhz o hərəkətdən də 
maraqlı süjet başlayır. Güclü dramatik süjetlərdə, adətən, ən uc 
nöqtələr toqquşur: həyat və ölüm, alicənablıq və xəyanət, 
sərvət və yoxsulluq, ümidsizlik və ümid
...
Dramın poetik gücü ziddiyyətlərin toqquşmasından asılıdır. 
Bu toqquşma nə qədər dərin və inandırıcı olarsa, tamaşaçı bir o 
qədər həzz alar. Belə olduğu zaman sizin bütün ideyalarınız 
tamaşaçıların qəlbinə yol tapacaq. Dünya şöhrətli rus yazıçısı, 
publisist və filosof L.Tolstoyun «Dirilmə» romanının əsasında 
da məhz belə bir ziddiyyət dayanıb. Müəllif ruh və inanc 
böhranı keçirdiyi ərəfələrdə «Dirilmə» əsərini yazır. Bir 
«quruma» çevrilmiş «modern» kilsənin həqiqi xristianlıqdan 
uzaqlaşdığını düşünən yazıçı bu düşüncələrini «Dirilmə»də dilə 
gətirmiş, ziddiyyətlərin necə toqquşduğunu göstərmişdi. 
Məşhur ingilis dramaturqu, şair və
aktyor 
Uilyam Şeksprin 
dramlarında da, Tolstoyun əsərlərində də həyat və ölüm kimi 
kəskin ziddiyyətlərin toqquşmasının şahidi oluruq.
Lakin nəsr 
əsərləri ilə dram arasında böyük fərq var: rəssamın boya ilə 
təsvir etdiyi dünyanı nasir sözlə təsvir edir. Nəsr əsərini zən
-
gin
ləşdirən sözdür. Dramı
isə
zənginləşdirə

hərəkət, peri
peti-
ya, qısa olmasına rəğmən daha çox informasiya verən dialoq
-
lar, davamlı çətin vəziyyətlərə düşən və bu vəziyyətdən çıxmaq 
üçün bütün imkanlarını səfərbər edən personajlardır.


- 6 - 
Həyatda çox az insanlar var ki, maraqlı hekayələr uydurur, 
müsahibini maraqlandıra biləcək şəkildə onları nəql edirlər. 
Dramaturqlar məhz belə insanlardır. Onlar hər 
bir 
detal haqqın
-
da düşünüb, yaratdığı personajın hərəkətini əsaslandıraraq, ma
-
raq
lı hekayələr
yaza bilirlər.
Nasir bir növ öz əsərinin rejissorudur. Siz əsəri oxuyursunuz 
və təxəyyülünüzdə obrazlar, məkanlar yaranır, oxuduğunuz ha
di-
sələri beyninizdə canlandırırsınız. Tolstoyun əsərlərini xatırlayın: 
«Hərb və sülh» əsərində on minlərlə insan «gözləriniz önündə 
ölür». Müəllif hadisələri o qədər dəqiqliklə işləyib ki, ölənlərin 
fəryadını belə «eşidirsiniz». Heç bir rejissor sizin «təxəy
-
yülünüzdə baxdığınız» bu filmin bənzərini çəkə bilməmiş
dir.
Tolstoy roman - 
film təklif edir, Şekspir əhvalatın ruhunu 
yara
dır. Üç yüz il sonra belə, siz bu ruhla qarşılaşanda o, canlı 
olur. Şekspir dramı yazır, sonra aktyorları toplayaraq deyir:

Gəlin bu əhvalatı səhnələşdirək. Xırdalıqlara varmayın: 
səhnəyə bir taxta bərkidin, üstünə «meşə» yazın, başqa 
bir 
yerdə «qıfıl» yazılmış lövhə asın. Ardını tamaşaçılar özləri tə
-
xəyyüllərində canlandırsın.
Tolstoy isə əksinə, bütün detalları ən incə xırdalı
qlar
ına 
qədər düşünür. Buna görə də onun əsərlərini ekranlaşdırmaq 
çox çətin olur. Ekranda, səhnədə gördüyünüz Anna Karenina 
Tolstoyun sizin təsəvvürünüzdə yaratdığı obraza heç bənzəmir. 
Tolstoy onu o qədər aydın təsvir edib ki, sanki yaşayan, var 
olan bir insanın sözlərlə şəkilini çəkib. Anna bir dənədir, lakin 
Hamletdən (Şeskpir, «Hamlet») minlərlə ola bilə
r, 
hamısı da 
bir - 
birindən fərqli. Hətta qadınlar da Hamlet rolunu ifa etmiş
-

r. M
əsələn, Sara Bernar. Şeksp
i
rin remarkada Hamleti necə 
təsvir etdiyinə baxaq: keçmiş kralın oğlu, indikinin qardaşı 
oğlu. Personajlar haq
q
ında bir az da məlumat aldıqda
, Ham-
letin Universitet təhsilli olduğunu öyrənirik. Hamlet haqqında 
ümumi məlumatımız bununla kifayətlənir. Bu baxımdan Ham
-
leti yaratmaq Anna Kareninanı yaratmaqdan daha asandır. 


- 7 - 
Azərbaycanın görkəmli şairi, yazıçı və dramaturqu
Hüseyn 
Cavidin əsərlərinə də baxsaq, eyni mənzərə ilə qarşılaş
a
rıq.
Məsələn,
Şeyx Sənan 30 yaşında xoşsima 
bir 
tələbə
dir 
(«Şeyx 
Sənan»). Bu yaş qrupunda olan istənilən aktyor Şeyx Sənanı 
canlandıra bilər. H. Cavidin «İblis» dramında isə İblisin hətta 
cinsi belə, bəlli deyil. O

sadəcə İblisdir və düşünürük ki, qadın 
aktrisalarımız da bu rolu məharətlə canlandıra bilərlər.
Üzeyir Hacıbəyovun 1956
-
cı ildə ekranlaşdırılan «O olma
-
sın

bu olsun» dramında da eyni mənzərənin şahidi oluruq:
«Rüstəmbəy 
-
45 yaşında, borclu düşmüş bir bəy.
Gülnaz 
-
15 yaşında, Rüstəm bəyin qızı ki, Sərvərə aşiqdir.
Sərvər 
-
25 yaşında bir studentdir ki, Gülnaza aşiqdir.
Sənəm 
-
qulluqçu, dul arvad, 30 yaşında.
Məşədi İbad 
-
50 yaşında, dövlətli bir tacirdir ki, Gülnazı al
-
maq istə
yir
»
və s.
Kinossenarinin strukturu dramın strukturu kimidir, lakin

-
zərə almaq lazımdır ki,
kinossenaridə obraz nəsr əsərlərindəki 
kimi dəqiqliklə yazılmalıdır. Teatrda aktyor günlərlə, bəlkə ay
-
lar
la məşq edərək obrazın xarakterini müəyyənləşdirməyə çalı
-
şır, onu özünəməxsus şəkildə
yaradır. L
akin kino aktyorunun 
belə bir imkanı yoxdur. Ona görə də ssenarist obrazı yara
dar-
kən onun xarakterini formalaşdıran bütün detallara diqqətlə ya
-
naşmalıdır. 
Rejissorlar adətən dram əsərlərini ekranlaşdırmağa daha
çox 
üstünlük verirlər, çünki onu dəyişdirə bilir

öz ideyalarını, 
düşüncələrini də o əsərlər vasitəsilə inkişaf etdirirlər. Başqa 
sözlə desək, hər bir istedadlı insan özünü Şeksp
i
rin əsərində 
təsdiq edə bilir. Dramaturqlar da məhz bunun üçün işləyirlə
r: 
onlar oxucu 
üçün 
deyil, rejissorlar 

aktyorlar üçün yazırlar.
Çünki tamaşaçı o əsərə rejissorun yozumuna görə qiymət verir. 
Əlbəttə, buradan belə nəticə çıxartmaq da doğru deyil ki, nasir, 
özü hər şeyi edir, dram isə yarımfabrikatdır. Əksinə, dram elə 
bir janrdır ki, o

insan xarakterinin dərinliklərinə nüfuz edə 
bilir. Nəsr əsərlərində 
bir 
çox şey həyatdakı kimidir. Drama
-


- 8 - 
turq
lar isə bədii şişirtməni sevirlər. Bu bədii şişirtmələr olmaz
-
sa, nə teatr, nə də film tamaşaçını özünə cəlb edə bilməz. Te
r-
min
lərlə danışası olsaq, dram əsərində tamaşaçı katarsis
1
hiss 
etməlidir. Tamaşaçıda bu hissi oyatmaq müəllifdən istedad 
tələb edir. Həvəskar müəlliflərə elə gəlir ki, emosional təəssü
-
rat
lar faktlara əsaslanır
. B
una görə də həyat reallıqlarını olduğu
kimi ekrana gətirir, bədii şişirtmələrdən çəkinirlər. Bir insanın 
həyatı maraqlı, keşməkeşli, iztirablı ola bilər. Lakin onun heka
-
yəsi bir çoxlarının qəlbinə yol tapmaya, onları
kövrəltməyə 
bilər. Elə olsaydı, hər gün xəbərlər proqramında eşitdiklə
rimiz-
dən təsirlənərək
hönkür

hönkür ağlayardıq. Faktlar var, faciə 
də var, lakin kimsə ağlamır. Dram üçün faktlar əsas deyil, əsas 
olan dramaturqun bu faktlarla necə işləməsidir.
Qeyd etdiyimiz kimi dram əsərinin özünəməxsus strukturu 
var. Dramaturq bu 
struktura tabe olmaq məcburiyyətindədir. 
Bu struktur mümkün olduğu qədər tamaşaçının emosiyalarının 
inki
şafını tənzimləyir. Siz şəxsi təcrübələrinizdən də bilirsiniz 
ki, yaxşı film və tamaşadan başqa heç bir incəsənət əsəri tama
-
şaçı diqqətini və emosiyalarını bir saat yarım (bəzən bir az da 
çox) öz üzərində saxlamağa qadir deyil. 
Dramda yaradıcılıq intuisiyası çox yer tutur. Lakin bu intu
i-
si
ya hər şey demək deyil. Dramın qaydaları təxəyyülü özünə 
tabe etmir, əksinə, onu təhkimlilikdən azad edir. Dramı
n qay-
daları sizin intuisiyanızı yaradıcılığın ucsuz
-
bucaqsız səmasına 
qaldırır, sizə qanadlar
verir və hədəfə doğru yolu göstərir.

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə