Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə8/75
tarix11.03.2023
ölçüsü0,83 Mb.
#102338
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   75
Ssenari yaradiciligi 1

Üçüncü addım 
- saspens 
Saspens auditoriyanı filmə cəlb etmək üçün
ən təsirli va
si

-
dir.
 
Saspens ingilis sözüdür və dilçilər onun sadəcə «gərginlik» 
olaraq çevrilməsinin əleyhinədirlər. Dilçilərə görə daha dəqiq 
tərcümə «əsəblərin tarıma çəkilməsi» və ya «dözülməz dərəcə
-
də gərginlik» ola bilər. Biz bu ifadəni «saspens» olaraq istifadə 
etməyi daha doğru hesab edirik. Çünki kinoşünaslar tərəfindən 
artıq termin kimi işlədilən saspens kəlməsi
, r
us və
türk dillə
rin-
də də tərcümə olunmadan
istifadə
edilir. 
Auditoriyanın sevdiyi, rəğbət bəslədiyi, eyniləşə bildiyi qəh
-
rəmanı təhlükə gözləyəndə tamaşaçıda saspens yaranır. Son 
vaxtlar çəkilən filmlərdə saspensdən daha çox istifadə edilir. 
Saspens auditoriyanın 
indi 

 burada
baş verənlərə reak
si-
ya
sıdır. Auditoriya ilə personajın ortaq dəyərləri varsa, tamaşa
-
çı ilə obrazın emosional hissləri toqquşursa
(o qorxur, tamaşaçı 
da onun üçün qorxur, o canini tapmaq istəyir, tamaşaçı da cani
-
nin tapılmasını istəyir)

saspens yaranır. Başqa sözlə desək, 
əgər auditoriya obrazın qayğısına qalır, onun ölməsini, uduz
-
ma
sını istəmirsə, saspens yaranır.
Saspens emosional reaksiyadır: həyəcan, qorxu, narahatlıq, 
ümidsizlik... Eyni zamanda maraqdır. Tamaşaçını növbəti 
saniyələrdə nə olacağı maraqlandırır. Və o, filmə aludə olur.
Əgər dramatik vəziyyət yaxşıdırsa, dramatik peripet
iyalar 
doğru qurulubsa, saspens özü 

özlüyündən yaranır. 


- 17 - 
Bu termini ilk dəfə məşhur İngilis
- Amerika kinorejissoru 
olan Alfred Hiçkok kinoya gətirib. Hiçkok «dramatik vəziyyət 
haq
qında mümkün olan ən intensiv təsəvvür yaratmağı» 
saspens adlandırıb. O, gənc yaşlarında filmlər çəkməyə başla
-
yan
da ən məşhur aktyorları öz filminə necə cəlb etməyin yol
-
larını axtararkən, «onları hekayənin sirli, cazibədar, bir az 
qorxulu tərəfləri ilə cəlb edərək maraq hissi oyatmaq lazımdır»

deyə, düşünmüşdür. Bir gün fransız rejissoru Fransya Roland 
Tryuffo ilə söhbətində ona bu haqda danışmışdı:
-
Mən hekayəni düşünməyə başlayanda məni obrazın 
xarakteri deyil, silkələnən pilləkən daha çox düşündürür.
-
O nə deməkdir?
-
Silkələnən pilləkənlər qəhrəmanın başına uça bilər. Mən 
bun
u saspens adlandırıram.
Qəhrəman harasa gedir və tamaşaçı antaqonistin tələ qur
du-
ğuna şahid olur. Başqa sözlə, tamaşaçı qəhrəmandan çox şey 
bi
lir və onun taleyi üçün narahat olmağa başlayır. Qəhrəman 
təxmin edəcəkmi? Qorxulu yolu keçə biləcəkmi?... Bu

ən aktiv 
saspensdir.
Bacısı öldürülmüş qız gizli yolla cinayət baş verən evə daxil 
olur. O, qatilin evdə olduğunu bilmir, tamaşaçı isə bilir. Bu, 
«Psixo» (1960. rej. Hiçkok) filmində olan saspenslərdən biri
-
dir. 
Hiçkokdan öncə heç kim saspens haqqında bilmirdi? Tə
bii 
ki, bilirdi. M
üxtəlif rejissorlar tərəfindən dəfələrlə ekranlaşdı
-
rılmış «Romeo və Cülletta» əsərindən nümunə gətirək. Cül
let-
ta
nın öldüyünü eşidən Romeo onun tabutunun qoyulduğu yerə 
gəlir. O, Cüllettanın öldüyünü zənn edir, biz isə on
un yuxuda 
ol
duğunu, bir neçə dəqiqədən son
r
a onun ayılacağını bilirik. 
Romeo özünü öldürməyi düşünür və tamaşaçının o anda 
keçirdiyi hisslər saspensdir. Romeo zəhəri içmək istədiyi 
zaman Cüllettanın barmağının astaca tərpəndiyini, göz qa
pa
ğı
-
nın açılıb
-
yumulduğunu görmür, tamaşaçı isə görür və həyə
-
can
lanır. 


- 18 - 
Uşaq nağıllarını yadınıza salın. «Qırmızı papaq» çarpayıda 
yatanın canavar olduğunu bilmir, lakin uşaqlar (tamaşaçılar) 
bunu bilir və həyəcanlanırlar. Hər halda, siz uşaqların belə ta
-
ma
şalar vaxtı sevdikləri obrazlara
yerdən
replikalar atdığına 
şahid olmusunuz. Onların həyəcanı, sevdikləri obrazı qorumaq 
istəmələri keçirdikləri saspensin nəticəsində yaranır. 
Qəhrəmanın təhlükədə olduğunu tamaşaçı bilir və narahat 
olursa, qəhrəmanın isə bundan xəbəri yoxdursa, bu, 

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə