Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə67/75
tarix11.03.2023
ölçüsü0,83 Mb.
#102338
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   75
Ssenari yaradiciligi 1

Filmin 
baĢlanğıcı
 
Filmi başlayarkə
n ilk 
olaraq tamaşaçını cəlb etməyə çalışın, 
sonra isə
filmin mövzusuna tez giriş edin. Tamaşaçı filmin nə 
haqda olduğunu həmən bilmək istəyir. Bundan sonra filmin 
inkişaf mərhələsinə keçə bilərsiniz. Bu qaydalar sadəcə
yaradı
-
c
ılıq nöqteyi 

nəzərindən deyil, eyni zamanda məsələyə prak
-
tik çözüm gətirirlər. Belə ki, bu gün tamaşaçıların çoxu sənədli 
filmlərə

əsasən televizorda baxırlar. Buna görə də sizin film 
başqa proqramlarla rəqabətə dözməlidir. Təbii ki, bəzi möv
zu-
lar is
tisna təşkil edə bilər. Bu elə mövzu olmalıdır ki, o, tama
-
şaçıya yaxşı tanış olsun: gündəmdə
olan ictimai - siyasi bir ha-
disə və ya tanınmış bir şəxs haqqında film. Belə filmlərdə ta
-
ma
şaçı girişin (başlanğıcın) bir qədər uzadılmasına «dözə» 
bilir. Tama
şaçını hansısa bir elementlə maraqlandıraraq cəlb et
-


- 130 - 
mək lazımdır. Sanki «baxın, ardı daha maraqlı olacaq»
, - 
deyə 
bir mesaj verməlisiniz. İlk epizodlarda tamaşaçıda sual oyada 
bilərsiniz. Bu kimdir? Orada nə edir? Tamaşaçıda maraq yara
-
narsa, xəyal gücü ilə sualınızın cavabını tapmağa çalışacaq. 
Məsələn, belə bir süjet düşünün: bir gənc qız əlindəki qoşalülə 
ilə zirzəmiyə atəş açır. Tamaşaçıda o qızın kimliyi maraq oyan
-
dıracaq. O kimi öldürmək istəyir? Bəlkə atıcılıq yarışmasında 
iştirak etmək üçün məşq edir? Bəlkə də aktrisadır, rol üzərində 
çalışır? Tamaşaçı suallarına cavab almaq istəyəcək. Ardınca 
gələn epizodla siz onun sualını cavablandırsanız, o, filmin 
getdikcə maraqlı olacağı düşüncəsi ilə sonuna qədər baxmaq 
istəyəcək. Cavabı çox gecikdirməyin. Tamaşaçını «dramatik 
başlanğıc»la cəlb edin. Bəzən adi görünən vəziyyətlə də dra
-
ma
tik başlanğıc yarada bilərsiniz. Məsələn, bir nəfər kitab
-
xanada sakit oturub qeydlər edir, kitab kartotekasında nə isə 
axtarır… Kadrarxası mətnlə şərh verdiyiniz zaman epizod fərq
-
li məna kəsb edəcək:
-
O, şahmat və futbol oynamağı sevir. Ailəlidir və iki qızı 
var. Sizlərdən çoxunuz bəlkə də onu heç tanımırsınız… Amma 
bu simanı heç vaxt unutmayın. O, yüzlərlə insanın həyatını 
xilas edəcək vaksini kəşf edən gənc həkim Məmmədovdur… 
Yəni bu, sadəcə bir nümunədir. Siz qəhrəmanınızın adi bir 
gününü göstərir, 
lakin 
kəlmələrlə onun adi bir insan olmadığını 
dilə gətirirsiniz. Tamaşaçı ilk kadrlardan intellektual səviyyəsi 
yüksək olan (şahmat oynamaq, kitabxanada araşdırma 
aparmaq), əylənməyi sevən (futbol), ailə
dəyərlərinə üstünlük 
verən (ailəsi haqqındakı məlumat) biri haqqında bir filmə ba
-
xacağını düşünə bilər. Bundan sonra tamaşaçı Məmmədovun 
şəxsiyyəti ilə daha yaxından maraqlanmaq istəyəcək. 

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə