Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə70/75
tarix11.03.2023
ölçüsü0,83 Mb.
#102338
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   75
Ssenari yaradiciligi 1

Rejissor necə iĢləyir?
 
Nəzəri olaraq çəkiliş öncəsinə qədər bir çox iş rejissorun 
müdaxiləsi olmadan hazırlanır. Qəhrəmanlar seçilir, məkanlar 
müəyyənləşir və s. Çəkiliş başladıqdan sonra isə bütün məsu
-
liy
yət rejissorun üzərinə düşür. Bədii film rejissoru öz səhvlə
-
rini yenidən düzəldə bilir, bəyənmədiyi kadrları yenidən çəkir. 
Sənədli film rejissorunun isə səhv etmək haqqı yoxdur. Çəkiliş 
zamanı filmin bəzi kadrlarının çəkilişində sənədli film rejis
so-
runun 
iş prinsipi bədii film rejissorunun iş prinsipi ilə eyni olur: 
kadrların qurulması, planlara bölünməsi, iştirak edən qəhrə
-
manlar və s. Lakin oxşarlıq şərtidir. Sənədli filmin mahiyyəti 
bədii filmdən fərqlidir. Çünki burada hər şey realdır, bədii 
film
də isə uydurma. Həm sənədli, həm də bədii film rejissorları 
ayrı 

ayrı kadrlarda bütün filmi görməyi bacarmalıdırlar. Lakin 
sənədli film rejissorunun iş metodu daha fərqli olmalıdır. 
İlk öncə rejissor işinin əsas texniki tərəflərini araşdıraq:
1.
Kameranın hərəkəti. Panoram, iri, orta, ümumi plan... Siz 
bunların nə zaman və nə üçün seçildiyini bilməlisiniz. Harada 
hansı plandan istifadə edəcəyini operatora siz söyləyirsiniz. 


- 134 - 
2.
Eksplikasiya. Kadr və epizodlar məntiqi ardıcıllıqla bir
-
ləşdirilməzsə, böyük bir problem yaranar. Bunun üçün montaj 
texnikasından qismən də olsa xəbəriniz olmalıdır. 
3.
Tamaşaçının həvəsləndirilməsi. Rejissor üçün bu, birinci 
növbədə əhəmiyyətli olmalıdır. Siz tamaşaçını bəlli bir kadra 
daxil edirsiniz: ümumi planda məkan, orta planda əlində
bıçaq 
olan bir kişi görən tamaşaçı, təbii olaraq, sonrakı kadrda nə ola
ca-
ğını bilmək istəyəcək. Bundan sonra iri planda qurbanı göstərin. 
4.
Kəsim. Belə kadrlar vaxtdan səmərəli istifadə etmək 
üçün lazımdır. 
5.
Emosional effekt. Kadrların emosional effekt yaradıb 
yarat
madığına diqqət yetirin. Məsələn, iri planlardan nə qədər 
isti
fadə etmisiniz? İri planda hansı detalları göstərmisiniz? On
-
lar həqiqətən lazımdırmı? Qızıl qaydaları unutmayın: qəhrə
ma-
nınızın ekranda hakim kimi görünməsini istəyirsinizsə
, kad
rı 
aşağı plandan, ona qarşı alçaldıcı
münasibəti nümayiş etdirmək 
istəyirsinizsə, yuxarı plandan çəkin. Kameranı doğru istifadə 
edə bildiyiniz zaman mesajı doğru çatdıra biləcəksiniz.
6.
Optika. Uzun fokuslu obyektivin hərəkəti yavaşlatdığını 
bilirsini
zmi? Kameranın obyektlərinin ölçüləri və funksiyaları 
haqqında nələri bilirsiniz? Bu haqda bilgilərinizi artırın.
Rejissorluğun bir çox sirri var. Bunların çoxu dərs kitab
la-
rında öyrədilmir, təcrübə ilə öyrənirsiniz. Qaydaları öyrənin. 
Bundan sonra onlara tabe olub-
olmamaq üçün qərar verə bilər
-
si
niz. Texniki nailiyyətlərdən xəbərdar olun. Başqa rejissorların 
iş prinsipini öyrənin və yeniliyə hər zaman açıq olun. 
Hədəf
. Rejissor nə istədiyini və buna necə nail olmağı bil
-
məlidir. Siz tamaşaçıya demək istədiyiniz fikir barəsində dəqiq 
təsəvvürə sahib olmalısınız. Başqa sözlə desə
k, 
beyninizdə fil
-
mi 
«fokuslamalısınız». Bu fokus olmadan işə başlamayın. Fil
-
min mövzusunu özünüz üçün konkretləşdirin. 
Stil. Hədəf kimi stili də öncədən müəyyənləşdirmək lazımdır. 
Film ultra-
real, sərt, poetik, satirik və s. ola bilər. Əsas odur ki, siz 
stili müəyyən etdikdən sonra ona tabe olasınız. Filmin ortasında 


- 135 - 
stili dəyişmək tamaşaçını çaşdıra bilər. Novator yazıçı və rejissor 
olan Djon Faulus (John Fowles) 
«
Maqus
»
filmində, əslində, belə 
bir metoddan istifadə edib. O, filmin inkişafı boyu tez
-tez filmin 
stilini dəyişir. Bu, olduqca çətin və riskli bir addımdır, lakin 
mümkündür. Ən yaxşısı isə sadəcə bir stildə işləməkdir. Rejissorlar 
bəzən komediya ilə
trag
ediyanın, teatrallıq ilə sənədliliyin vəhdətini 
də yaradırlar. Bu da olduqca çətin bir üsuldur. 
Dinləmək qabiliyyəti. Bədii film rejissorları danışmaq və 
əmr verməyi üstün tuturlar. Elə rejissor var ki, o, komandanı 
verir, lakin istiqaməti izah etmir. Bədii film üçün belə bir ya
-
naşma mümkün olsa da
,
sənədli filmdə bu

qəbuledilməzdir. 
Ko
manda üzvlərinin tapşırığı dəqiqliklə yerinə yetirməsini 
istəyirsinizsə, onlara fikirlərinizi ətraflı izah edin. 
Sənədli film rejissoru avtoritet və hökmlü olmalıdır. L
akin 
ilk öncə o, başqalarını dinləməyi bacarmalıdır: informasiyanı 
qəbul edib müşahidə etməli, səhnələrə ayırdığı diqqət qədər 
insan
lara da diqqətlə yanaşmalıdır. Siz mürəkkəb insan dav
ra-
nışlarının və hərəkətlərinin əsaslandırılmasını anlamalı, sevinci 
və kədəri yaradan səbəbləri müəyyən etməli, cəmiyyəti, fərdi, 
hadisəni inkişaf etdirən amili başa düşməlisiniz ki, son nəticədə 
bunu tamaşaçıya doğru çatdıra biləsiniz. Bunun üçün də 
dinləməyi bacarmalısınız. Başqa yolu yoxdur.
Qərar qəbul etmək. Qərar qəbul edə bilmək qabiliyyəti rejis
-
sorun əsas keyfiyyətlərindən biridir. Sənədli filmdə bir çox 
qərarlar ani verilir. Bədii filmdə əlinizdə hazır material var. Siz 
o material ilə tanış olub, öz fikirlərinizi formalaşdıra bilərsiniz. 
Sənədli filmdə isə bir çox
halda gözlənilməz çəkilişlər, hadisə
-
lər olur. Kadrın yaxşı alınmasına, effektli görünməsinə hazırlıq 
görməyə vaxt olmaya bilər. Hadisələrin necə inkişaf edəcəyi 
bilinmədiyi zaman məntiqli davranmaq imkansız olur. Hansısa 
kadrı çəkmək üçün xüsusi intellektə sahib olmaq vacib deyil
lakin hadisə zamanı əsas obyekti çəkə bilmək qabiliyyət tələb 
edir. Operator yanan evin vacib bir obyekt olduğunu düşünərək 
onu çəkə bilər. Amma siz onun kamerasının obyektivini əsas 


- 136 - 
hadisəyə yönəldə bilə
rsiniz - 
hadisəni seyr edən laqeyd kütləyə. 
Əgər siz filmin əsas hadisəsini müəyyənləşdirmisinizsə
(
hədəf, 
stil), 
o zaman qərar qəbul edə bilmək üçün əlinizdə əsas «açar»
var. Hazırlıq görmədən belə, anidən doğru qərar verə bilərsiniz. 
Rejissorun təxəyyülü. Rejissor da ssenarist kimi görüntülü 
düşünmək qabiliyyətinə sahib olmalıdır. Rejissorun çəkilişdən 
öncə görüntünü təxəyyüldə canla
n
dırması vacib amildir. Son 
dövrlərdə çəkilən bir çox sənədli filmlər şəkillərlə bəzədilmiş 
radio tamaşalarına bənzəyirlər. Statik kadrlar, hərəkətsiz və 
yersiz uzadılmış müsahibələr... Film vizual sənətdir. Yaxşı 
rejissor bu vizuallığı doğru istifadə etməyi bacarmalıdır. 
Rejissorun görüntülü düşünə bilməsi olduqca əhəmiyyət
lidir: o 
məhz bunun sayəsində kompozisiyanı bütünlüklə görür və bu
na 
görə də ən optimal rakursu müəyyənləşdirə bilir. Eyni za
manda 
əhəmiyyətli anları, detalları yerində və doğru formada istifadə edir. 
Filmdə istifadə olunan simvollar da hər zaman əhəmiyyətli 
rol oynayır. Siz bəzən simvolları bir detal kimi də istifadə
edə 
bilərsiniz. Bunun üçün filmin mövzusunu dərindən bilməli, 
hansı dövrü və hansı mühiti əks etdirdiyini araşdırmalısınız. 
Yaxın bir keçmiş haqqında danışacaqsınız, ya uzaq bir gələ
-
cək? Film tamaşaçıda həsrət hissi oyandırmalıdır, yoxsa xəyal
-
la
rını, fantaziyalarını genişlətməlidir? Keçmişi simvollaşdıran 
nədir, gələcəkdə nələr simvol olacaq? Simvolların dili ilə 
danışmağı bacarmaq böyük bir istedad tələb edir. 

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə