Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ


Rejissor və operator münasibətləri



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə71/75
tarix11.03.2023
ölçüsü0,83 Mb.
#102338
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   75
Ssenari yaradiciligi 1

Rejissor və operator münasibətləri
 
Filmin uğurlu alınıb

alınmamasında rejissorla operator
ara-
sındakı münasibət önəmli rol oynayır. Operator materialı rejis
-
sorun istədiyi kimi çəkə bilməsə, filmin əsas kadrları qü
surlu 
olacaq. Siz filminizin mövzusunu, stil və hədəfini müəyyənləş
-
dir
dikdən sonra bu sahədə daha çox təcrübəsi olan ope
ratoru 
fil
mə cəlb etməyə çalışın. Xəbər verilişlərini hazı
rlayan biri 
daha cəld və çevik ola bilərsə, daima ştativlə çalışan, göstərilən 
tap
şırıqları mexaniki yerinə yetirən biri daha passiv ola bilər. 
Ope
rator sizin həmfikiriniz olmalı, işə yaradıcı yanaşmalıdır ki, 


- 137 - 
sizin ümumi işiniz «möhtəşəm»
olsun. İlk öncə operatoru sse
-
nari ilə tanış edin. Daha sonra ona fikirlərinizi izah edin, nəyi 
və nə cür görmək istədiyinizi, bunun sizə nə üçün lazım oldu
-
ğunu ətraflı açıqlayın. Ssenari
ona ümumi informasiyanı, 
fikir-
lərinizi izah etməyiniz isə daha çox detallı məlumat verəcək. 
Onunla filmin stilini, hədəfini, çətinliklərinizi müzakirə edin. 
Onu maraqlandıran sualları cavablandırın: hansı texniki ava
-
danlıq lazımdır, işıq effektləri nə dərəcədə əhəmiyyətlidir, 
çəkiliş məkanları haradır, iştirakçılar kimlərdir və s. Siz bir çox 
halda tamamilə operatordan asılı vəziyyətə düşürsünüz. 
Operatorun texniki bilikləri ilə yanaşı

şəxsi keyfiyyətləri də 
önəmlidir. O nə qədər sizin əmrlərinizə
tabe olur? Çəkiliş mey
-
danında öz fikirlərini diktə etməyə çalışacaqmı? 
Kadrı kim seçir? Cavab sadədir. Kadrı ikiniz birlikdə müəy
-
yənləşdirirsiniz, lakin son söz rejissorun olmalıdır. Ope
rator-
ların bir çoxu yaradıcı insan olurlar, eyni zamanda təcrübə və 
görüntülü düşünmək qabiliyyətlərinin olması da onların dəyə
-
rini rejissorun gözündə artırır. Belə bir operatorla işləyirsinizsə, 
onun fikirlərinə qarşı həssas davranın, onu dinləyin və bundan 
sonra qərar verin. 
Kadrlar
ın planlara bölünməsini, filmin stilini operatorla 
məsləhətləşin. Operator sizin fikirləriniz haqqında maksimum 
in
formasiyaya sahib olmalıdır. Operator səhnənin
«
ab - 
hava
»sından xəbərdar olaraq çəkilişə başlamalıdır. Səhnə necə 
olmalıdır: çılğın, sakit, dinamik, poetik? Hansı planlar tələb 
olunur: ümumi, orta, iri, panoram və s. Sizin çəkilişdə varlığı
-
nız hiss olunmalıdır, yoxsa siz kənardan müşahidəçi kimi gö
-
rünməlisiniz? Sonuncu sual olduqca əhəmiyyətlidir. Əgər siz 
səhnəni ştativlə çəkirsinizsə, səhnə kənardan sakit müşahidəçi 
abu-
havası yaradır. Siz siyasi hadisələrin, məzun ballarının, 
xüsusi tədbirlərin kənar müşahidəçisinə çevrilirsiniz. Operato
-
run kameranı əlində tutaraq çəkdiyi kadrlarda isə «iştirak»
effekti yaranır: hadisələrdə şəxsən
iştirak etmək. Qəzadan 
qaçan kütlənin kənardan müşahidəçisi əvəzinə

siz hadisələrin 


- 138 - 
mərkəzində olanlardan birinə çevrilirsiniz. Rejissor bu üsullar
-
dan hansından istifadə edəcəyinə qərar verməli və operatora 
fikrini öncədən izah etməlidir. 

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə