|
Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ
|
səhifə | 12/51 | tarix | 04.06.2022 | ölçüsü | 339,57 Kb. | | #88861 | növü | Dərslik |
| 704-convertedƏks əlaqə. Ġdarəetmə qərarlarının qəbul edilməsi prosesinə daxil olan və qərar fəaliyyətə baĢladıqdan sonra baĢlayan daha bir faza, əks-əlaqənin qurulmasıdır. Xarrisona görə: «Ġzləmə və nəza-
rət sistemi qərarın nəticələri, qərarın faktiki qəbul edilməsi döv- ründə gözlənilən nəticələrlə uyğunlaĢdırılmasını təmin etmək üçün lazımdır».
Bu fazada qərarın nəticələrinin qiymətləndirilməsi və öl- çülməsi, yaxud da rəhbərin almağa əmin olduğu nəticələrlə faktiki nəticələrin müqayisə edilməsi baĢ verir. Əks-əlaqə, yəni qərarın reallaĢdırılmasından əvvəl və sonra nə baĢ verməsi ba- rəsində məlumatın daxil olması (nə qədər ki, təĢkilata böyük zi- yan dəyməyib, rəhbərə qərarı dəyiĢməyə imkan verilir).
Qərarın rəhbərlik tərəfindən qiymətləndirilməsi, hər Ģey- dən əvvəl, nəzarət funksiyasının (bu növbəti baĢlıqlarda nəzər- dən keçirilib) köməyi ilə yerinə yetirilir.
Ġdarəetmə qərarına sistemli yanaĢma qərarların ciddi sis- temini və iyerarxiyasını, tabeçiliyini və tsiklikliyini müəyyən etməyə imkan verir. Belə qərarlar sistemində ayrı-ayrı qərarlara məxsus həm ümumi, həm də xüsusi keyfiyyətlər ifadə olunur, Qərarlar 4 əsas meyara görə qruplaĢdırılır: sistemlilik, iyerarxi- ya, tabeçilik və tsiklik. Bu sahənin mütəxəssisləri problemin həllinə 3 yanaĢma təklif edirlər. Birinci yanaĢmaya görə qə- rarlar aĢağıdakılara bölünür:
tənzimlənən münasibətlər - obyektləri əhatə etməsi və mü- rəkkəbliyinə görə;
qərarların mövcud olaraq müddət və zaman çərcivəsindən asılı olaraq;
cəmiyyətin imkiĢafında əhəmiyyəti və roluna görə;
qərarlarda olan təlimat və məsləhətlərin həcm və istiqamə- tinə görə;
qərarların icrası ardıcıllığına görə bölgüsü.
Ġkinci yanaĢmaya əsasən (bütün idarəetmə qərarların növləri əhatə olunur) aparılmıĢ bölgü aĢağıdakı kimidir:
subyekt-obyekt münasibətləri;
qərarların məzmunu;
qərarın formaları;
qərarın fəaliyyət müddəti.
Üçüncü yanaĢmaya əsasən qəralar məkan və funksi- yalarına görə bölünür.
Dostları ilə paylaş: |
|
|