Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 339,57 Kb.
səhifə10/51
tarix04.06.2022
ölçüsü339,57 Kb.
#88861
növüDərslik
1   ...   6   7   8   9   10   11   12   13   ...   51
704-converted

Alternativlərin müəyyən edilməsi. Növbəti mərhələ - problemin alternativ həlləri toplusunun formalaĢdırılmasıdır. Ġde- alda, problemin səbəblərini aradan qaldıra bilən və bununla da təĢkilata, öz məqsədlərinə nail olmaq imkanı verən bütün iĢləri aĢ- kar etmək yaxĢı nəticə verərdi. Bununla belə, rəhbər təcrübədə hər bir alternativi qiymətləndirmək və formalaĢdırmaq üçün nadir hal- larda kifayət qədər biliyə və vaxta malik olur. Hətta çox sayda al- ternativləri nəzərdən keçirmək (onlar real olsa belə) çox vaxt do- laĢıqlığa gətirib çıxarır. Ona görə rəhbər, bir qayda olaraq, daha faydalı görünən bir neçə alternativi ciddi nəzərdən keçirmək üçün qərar variantlarının sayını məhdudlaĢdırır. Ən yaxĢı mümkün qə- rarı axtarmaq əvəzinə adamlar, müəyyən olunmuĢ münasib mini- mum standarta cavab verən qərar aĢkar edilənə qədər alternativləri araĢdırmağa davam edirlər.

Rəhbərlər baĢa düĢürlər ki, optimal qərarın axtarıĢı həddən çox vaxt aparır, bahadır və ya çətindir. Onun əvəzinə problemi aradan qaldırmağa imkan verən qərarı seçirlər.
Lakin mümkün qərarın keyfiyyət qədər geniĢ spektrinin nəzərə alınmasının qayğısına da qalmaq lazımdır. Çətin prob- lemlərin dərindən təhlili, fəaliyyətsizlik imkanı da daxil olmaq- la, bir neçə həqiqətən fərqlənən alternativlərin iĢlənib hazırlan- ması üçün lazımdır. Əgər rəhbərlik nə baĢ verəcəyini qiymət- ləndirmək iqtidarında deyildirsə və əgər heç bir təĢəbbüs edil- məsə, onda təcili fəaliyyətin tələbləri qarĢısında davam gətirə bilməmək təhlükəsi mövcud olacaqdır. Fəaliyyət xatirinə fəa- liyyət göstərmək, problemin baĢlıca səbəbinə deyil, onun xarici simptomlarına reaksiya vermək ehtimalını artırır.
Əgər, avtomobillə bağlı nümunəmizə qayıtsaq, onda siz me- yarlarımıza cavab verən bir neçə modeli seçmək qarĢısında qala- caqsınız. Alternativləri seçərkən onları qiymətləndirmək lazımdır.

      1. Alternativlərin qiymətləndirilməsi. Növbəti mərhələ - mümkün alternativlərin qiymətləndirilməsidir. Onların aĢkar edil- məsi zamanı müəyyən ilkin qiymət zəruridir. Lakin tədqiqatlar göstərir ki, ideyaların ilkin generasiyası (alternativlərin eyniləĢdi- rilməsi), son ideyanın qiymətləndirilməsindən ayrılan zaman al- ternativ ideyaların həm kəmiyyəti və həm də keyfiyyəti artır. Bu, o deməkdir ki, yalnız bütün ideyaların siyahısı tərtib olunduqdan sonra, hər bir alternativin qiymətləndirilməsinə keçmək lazımdır. Qərarı qiymətləndirən zaman rəhbər, onlardan hər birinin çatıĢ- mazlıqlarını, üstün cəhətlərini və mümkün olan ümumi nəticələri müəyyən edir. Aydındır ki, istənilən alternativ bir neçə mənfi as- pektlərlə (baxıĢlarla) əlaqədardır. Yuxarıda deyildiyi kimi, bütün mühüm idarəetmə qərarları kompromislərdən ibarətdir.

Qərarları müqayisə etmək üçün hər bir alternativin reallaĢ- dırılmasının nəticələrini ölçmək mümkün olduğu standartlara ma- lik olmaq lazımdır. Bu cür standartları, II mərhələdə təyin olun- muĢ, qərarların qəbul edilməsi meyarları adlandırırlar. Yeni- dən avtomobillə bağlı misalı yada salaq. Əgər hər-hansı bir
model təyin etdiyiniz meyarların birinə və ya bir neçəsinə ca- vab vermirsə, daha sonra onu real alternativ kimi nəzərdən ke- çirmək olmaz. Lakin qeyd edək ki, avtomobili seçmək meyar- larından bəziləri kəmiyyət ifadəsində idi, məsələn, dəyəri 10 min doll-dan çox olmasın. Digərləri, məsələn, xidmətin rahatlı- ğı və xarici cazibədarlıq keyfiyyət xarakterli informasiyanın toplanmasını tələb edir. Texniki xidmət üzrə məlumatları qiy- mətləndirmək və müqayisə etmək üçün «Konsyumer Riports» istehlakçılar cəmiyyətinin nəĢrlərindəki müvafiq qiymətlərə baxmaq lazımdır. Eyni Ģeyi xarici cazibədarlığa tətbiq etmək üçün xüsusi qiymət Ģkalası tərtib etmək olar. Burada orta və or- tadan aĢağı cazibədarlığa və qeyri-cazibədar modellərə malik olan əla və orta cazibədarlıq siniflərini ayırmaq olar.
Bu mərhələdə çətinliklər yarana bilər, belə ki, eyni tipli olmayan Ģeyləri müqayisə etmək mümkün deyil. Məsələn, al- manı birbaĢa portağalla müqayisə etmək mənasızdır. Bütün qə- rarları müəyyən formalarda ifadə etmək lazımdır. YaxĢı olardı ki, bu formada məqsəd ifadə oluna idi. Biznesdə mənfəət - də- yiĢməz tələbat və yüksək prioritet birincilikdir. Ona görə də, qərarları, pul ifadəsində və onların mənfəətə təsirinin qiymət- ləndirilməsi Ģəklində təqdim etmək olar. Qeyri-kommersiya təĢkilatında baĢlıca məqsəd, ən aĢağı xərclərlə ən yaxĢı xidmət göstərməkdir. Buna görə də, oxĢar təĢkilatlarda pul ifadəsini, qərarların nəticələrini müqayisə etmək üçün istifadə etmək olar.


      1. Yüklə 339,57 Kb.

        Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə