Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu


Valideynlərlə yeniyetmələr arasında



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə145/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   141   142   143   144   145   146   147   148   ...   176

 

445 


 

12.9. Valideynlərlə yeniyetmələr arasında  

meydana çıxan ziddiyyətlərin aradan qaldırılması yolları 

 

Bəzən  ailədə  valideynlər  yeniyetmələrin  arzu  və  istəklərinə 

mane olurlar. Belə  hallarda  yeniyetmələr  geri çəkilməyə, valideyn-

lərinə  tabe  olmağa  məcbur  olur  və  böyüklərdən  incik  olduqlarını 

gizlədirlər.  Bəzi  valideynlər  yeniyetməyə  güzəĢtə  gedir,  öz 

gücsüzlüklərini  göstərirlər.  Burada  hər  iki  model  qüsurludur.  Belə 

situasiyalarda düzgün qərarların axtarıĢı xüsusi metodikanın köməyi 

ilə əldə olunur. Belə metodika “Altı addım” adlanır. 



“Altı addım” metodikasını nəzərdən keçirək: 

Birinci  addım

 

problemin  müəyyənləĢdirilməsidir.  Burada 

uĢağın, yaxud yaĢlının xoĢagəlməz davranıĢının səbəbləri müəyyən-

ləĢdirilməli  və  izah  edilməlidir.  Bu  məqsədlə  yeniyetmə  və  gəncə 

diqqətlə qulaq asmaq, sonra ona tələblər, hisslər haqqında məlumat 

vermək  lazımdır.  Burada  “Mən  danışıram,  söyləyirəm”  tipli  vari-

antdan istifadə etmək zəruridir. Birinci addım problemin müəyyən-

ləĢməsi ilə baĢa çatmalıdır. 



Ġkinci addım məsələnin mümkün variantlarının həllinin axta-

rıĢıdır.  Onları  birgə  axtarmaq  lazımdır.  Əvvəl  çox  sərfəli  olar  ki, 

beynə gələn bütün variantları bir-bir nəzərdən keçirəsən, hətta onlar 

ilk  baxıĢda  gərəksiz  olsalar  da  belə,  bunu  etmək  mütləq  lazımdır. 

Burada  “beyin  hücumu”  zamanı  bütün  ağla  gələn  ideyalar  təklif 

olunur və onlardan heç biri tənqid edilmir. 



Üçüncü addım təklif olunmuĢ variantların müzakirəsi və də-

yərləndirilməsidir. Burada çıxıĢ nöqtəsi birdir. Hər iki tərəfin tələb-

ləri  –  həm  uĢağın,  həm  də  böyüyün  tələbləri  mütləq  yerinə  yetiril-

məlidir. 



Dördüncü  addım  məsələnin  ən  yaxĢı  həlli  yollarını  axtarıb 

tapmaqdır.  Burada  bir-birinə  suallar  vermək  daha  yaxĢıdır:  “Əgər 

biz bu ideyadan istifadə  etsək, necə  olar? Hamı razı  qalarmı? Belə 

variantın həllində səhv nədən ibarətdir?” Qəbul edilmiĢ qərar yazılı 

Ģəkildə  qeyd  oluna  bilər  ki,  hər  iki  tərəf  onun  altında  “müqavilə” 

sözünü yaza bilər. 




 

446 


BeĢinci  addım  qərarı  necə  yerinə  yetirməyi  müəyyənləĢdir-

məkdən ibarətdir.  Burada bu və  ya digər qərarın müqavilə bəndinə 

kimin cavabdehliyini müəyyənləĢdirmək lazımdır. 

Altıncı  addım  ondan  ibarətdir  ki,  təklif  olunmuĢ  yollardan 

hansı problemin həllinə daha çox köməklik edir. Bununla belə, daha 

yaxĢı olar ki, bir-birinizdən soruĢasınız: “Problem aradan götürüldü-

mü?”,  “Problem  həll  oldumu?”,  “Siz  bizim  etdiklərimizdən  razısı-

nızmı?” və s. 

 

Suallar və tapĢırıqlar 

 

1.



 

Ailənin pedaqoji-psixoloji əsasları hansılardır? 

2.

 

Ailənin hansı funksiyaları vardır? 



3.

 

Ailəni səciyyələndirən xüsusiyyətlər hansılardır? 



4.

 

Ailənin prinsipləri hansılardır? 



5.

 

Ailə tərbiyəsinin ümumi prinsiplərini sadalayın. 



6.

 

Valideyn davranıĢının göstəriciləri hansılardır? 



7.

 

Ailədə düzgün olmayan tərbiyənin əsas tipləri hansılardır? 



8.

 

Valideyn-övlad  münasibətlərinin  pedaqoji  əsaslarına  nələr 



daxildir? 

9.

 



Məktəblə ailənin birgə iĢinin məzmunu və təĢkili formaları. 

10.


 

Hansı ailə tiplərini tanıyırsınız? 

11.

 

Valideynlərlə  yeniyetmələr  arasında  meydana  çıxan  zid- 



diyyətlərin aradan qaldırılması yollarını əsaslandırın. 

12.


 

Məktəblə ailənin əlaqə metodları. 

13.

 

Valideyn-övlad münasibətlərinin xüsusiyyətləri 



14.

 

Ailə tərbiyəsinin pedaqoji prinsipləri 



 

Ədəbiyyat 

 

1.

 



Muradxanov M.Ə. Məktəblilərin ailədə tərbiyəsi. Bakı: Maarif, 

1972. 


2.

 

Muradxanov M.Ə. UĢaqların tərbiyəsində ailə mühüm ocaqdır. 



Bakı, 1961. 

3.

 



Məmmədov Q.K. Məktəb, müəllim və ailə. Bakı, 1962. 

4.

 



Əhmədov  H.M.  UĢaqların  tərbiyəsində  valideynlərin  Ģəxsi 

nümunəsi. Bakı, 1962. 

5.

 

Axundov S. Ailədə uĢaqların intizam tərbiyəsi. Bakı, 1967. 



6.

 

Ġlyasov M. Ġ. ġagirdlərin peĢə seçməyə hazırlanması. Bakı: Elm, 



2010. 


 

447 


 

7.

 



Quliyev S.M., Quliyeva M.A. ġərq mütəfəkkirlərinin əsərlərin-

də ailədə övlad tərbiyəsi. Bakı: ADPU, 2008. 

8.

 

Quliyev S.M. Məktəblilərin mənəvi tərbiyəsində ailə, məktəb və 



ictimaiyyətin birgə fəaliyyəti. Bakı, 1982. 

9.

 



Həsənli S.Q. Ailə tərbiyəsində etnopedaqoji materiallardan isti-

fadənin imkanları. Naxçıvan: Ġdeya nəĢriyyat evi, 2011. 

10.

 

Qədirov Ə.Ə. YaĢ psixologiyası. Bakı: Maarif, 2002. 



11.

 

Fətəliyev X. Ailədə mili tərbiyə. Bakı, 1996. 



12.

 

Makarenko A.S.Valideynlər üçün kitab. Bakı, 1964. 



13.

 

Азаров Ю.П. Семейная педагогика. М., 1985. 



 

 

 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə