Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə153/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   149   150   151   152   153   154   155   156   ...   176

 

472 


 Sinifdənxaric  iĢ  üzərində  iĢləməyin  yəqinliyini  uĢaqların 

özü müəyyənləĢdirməli, bu zaman onların mühakimə və fakir ümu-

miləĢdirmələrinin  məntiqi  ardıcıllığı  və  sistemliliyi  təhlil  olunma-

lıdır. 


Bütün  bu  proseslərdə  Ģagird  daxili  əks-əlaqə  imkanlarına  yi-

yələnir,  kütləvi-mədəni  tədbirlərin  ayrı-ayrı  ünsürlərindən  istifadə 

metodikasının  elmi-idraki,  intellektual-mənəvi  meyarlar  əsasında 

qurulmasına özünü səfərbər etməklə, müasir Ģəraitdə tərbiyəvi təd- 

birlər  üzərində  iĢləməyin  tətbiqi  haqqında  metodik-nəzəri  göstəriĢ- 

lərə əməl edir. 



Məktəblilərin sinifdənxaric tədbirlərə cəlb olunması iki isti- 

qamətdə aparılır

1)  ġagirdlərin  təlim  xarakterli  sinifdənxaric  iĢlərə  cəlb  edil 

məsi; 


2)  Tərbiyələndirici  səciyyə  daĢıyan  sinifdənxaric  fəaliyyətə 

təhrik olunması. 

Müasir Ģəraitdə sinifdənxaric tədbirlərin təkmilləĢdirilməsi is-

tiqamətlərinin məzmununu, yəni forma və üsullarla müəyyənləĢdir-

mək üçün xüsusən, əməyə  hazırlıq,  əqli,  əxlaqi, fiziki, estetik, iqti-

sadi  və  ekoloji  tərbiyə,  habelə  insan  hüquqlarına  hörmət  əsasında 

hər bir məktəbli ilə bir neçə yönümdə iĢ aparılmalıdır. 

Ġlkin  olaraq,  Ģagirdlərin  tərbiyələndiricilik  vəsilələrinin  bila- 

vasitə dərsdə və dərsdənkənar vaxtda onların əməli fəaliyyətini va-

hid sistemdə birləĢdirməyin daha təsirli yollarını aĢkara çıxar- malı, 

hər bir müəllimin (tərbiyəçinin), məktəb rəhbərlərinin diqqət mərkə-

zində olmalıdır. 

Məktəblilərin həmin amillər zəminində təlim və sinifdənxaric 

fəaliyyətinin,  ictimai-faydalı  və  məhsuldar  əməyinin  onların  milli-

mənəvi dünyagörüĢünün formalaĢdırılmasına tabe etdirməyin forma 

və üsulları iĢlənib hazırlanmalıdır. Bunlar fənn müəllimlərinin, ibti-

dai siniflər üzrə qrup tərbiyəçilərinin və sinif rəhbərlərinin gündəlik 

əməli fəaliyyətinə çevrilməlidir. 

Yeniyetmə  Ģagirdlərin  tərbiyə  amilinin  və  sinifdənxaric  təd- 

birlərin qarĢılıqlı təsirlərinin ən real variantları seçilməli, yerli Ģərai- 

tə uyğun tətbiq olunmalıdır. 

Məktəblilərin təlimini, tərbiyəsini və inkiĢafını vahid prosesdə 

həyata keçirmək iĢində dərsin, tərbiyə iĢlərinin, sinifdənxaric tədbir-



 

473 


lərin üzvi surətdə əlaqələndirilməsi, bir-birini tamamlaması tələbinə 

iĢdə ciddi əməl edilməlidir. 

Bütün bu deyilənlər sinifdənxaric iĢlərin tərbiyə və mahiyyə-

tində,  təkmilləĢdirilməsi  istiqamətində,  müasir  tərbiyə  nəzəriyyə-

sində, məktəb təcrübəsində çox vacib məsələlərdəndir. 

Məktəblilərlə  aparılan  sinifdənxaric  iş  formalarından  aĢağı- 

da qeyd edəcəyimiz amilin öz təsirliliyi  daha da səmərəli meydana 

çıxır: 




 

Bədii  mətnlərin  oxunması,  kitab  müzakirələrinin  keçiril-

məsi, əxlaqi söhbətlərin təĢkili yolu ilə; 



 

Rollu  oyunların  (“Kosa-kosa”,  “Gəldim,  qaç”,  “Qoduqo-

du” və s.) təĢkili yolu ilə; 



 

Oyun-səyahətlərin  təĢkili  (məktəb  turizmi,  idman  komp-

leksi, ətraf mühiti müĢahidə əsasında) yolu ilə; 



 

Bayram tədbirlərinin keçirilməsi (Novruz, Qurban, Rama-

zan, 26 Ġyun, 31 dekabr, 28 May) yolu ilə; 



 

Müvafiq  soyqırımı  və  matəm  günlərinin  qeyd  olunması 

(20  yanvar  -  ġəhidlər  gününün,  26  fevral  Xocalı  faciəsi,  31  Mart-

Azərbaycanlıların soyqırımı gününün və s.) yolu ilə; 



 

Sinif  və  məktəb  fəalları  dəstəsinin  iĢinin  təĢkili  (nəzarət, 

rejim, kitabların təmiri, ictimai-faydalı əmək və s.) yolu ilə; 



 

Müsabiqə və yarıĢların keçirilməsi yolu ilə



 

Viktorina və gecələrin təĢkili yolu ilə; 



 

Əmək  iĢlərinin  yerinə  yetirilməsi,əməyin  insan  həyatında 

yeri və s. müəyyənləĢdirilməsi yolu ilə; 



 

Kino, televiziya və radio veriliĢlərindən istifadə yolu ilə



 

Ekskursiya və turizm iĢlərinin təĢkili yolu ilə və s. 

Bütün  bu  sadalanan  sinifdənxaric  tərbiyəvi  tədbirlər  Ģagird- 

lərə  baĢlıca  olaraq  yurdsevərlik,  milli  özünüdərk,  soykökünə  bağ- 

lılıq, Ġslam dəyərləri və ġərq mədəniyyətini əxz etməyi, yüksək mil-

li və bəĢəri həqiqətləri aĢılayır. 

Habelə Ģagirdlərdə bacardıqları səviyyədə intellektual mənəvi 

fəzilətə  rəğbəti,  rəzalətə  nifrəti,  tərbiyədə  aĢkarlıq  və  demokratik 

meyli stimullaĢdırır, həyatda, cəmiyyətdə, qarĢılıqlı münasibətlərdə 

normal davranmağın əhəmiyyətini baĢa salır, istifadə edilən tərbiyə 

və  təlimin  harmonik  vəhdətindən  istifadə  edilməsi  həqiqətlərini 

anladır. 




 

474 


Sinifdənxaric  iĢ  öz  müntəzəmliliyi  və  məzmunu,  forma  və 

çoxnövlülüyü  ilə  geniĢ  imkanlar  açır.  Bu  baxımdan  uĢaq  Ģəxsiy- 

yətinin formalaĢmasında tərbiyə iĢi baĢlıca yeri tutur. Tərbiyə iĢinin 

praktik həyata keçirilməsi həm təlim, həm də problemi ehtiva edən 

tərbiyəvi məzmunlu sinifdənxaric tədbirlər prosesində baĢ verir. 

Hazırda kifayət qədər sinifdənxaric tərbiyəvi iĢ  üsulları möv- 

cuddur.  Son  illər  məktəb  praktikasında  belə  tədbirlərin  nizama  sa- 

lınması  üçün  tərbiyəvi  fəaliyyət  növü  kimi  sinifdənxaric  və  mək- 

təbdənkənar iĢ formaları geniĢləndirilir. 

Sinifdənxaric  iĢlərin  səmərəli  təĢkili  üçün  rəngarəng  iĢ  for- 

malarından,  üsul  və  vasitələrdən  istifadə  olunur  ki,  bu  da  yetiĢ- 

məkdə olan cəmiyyətin tərəqqisinə xidmət edir. 



Məktəbdənkənar  tərbiyə  iĢi  isə  dərsdən  sonra,  məktəblilərin 

məktəbdəki  təlim-tərbiyə  iĢlərindən sonra  onların asudə  vaxtlarının 

səmərəli təĢkili  üçün keçirilən planlı,  məqsədyönlü  tədbirlərdir. Bu 

tədbirləri  əsasən  məktəbdənkənar  təhsil  müəssisələri  təĢkil  edib 

keçirir.  Məktəbdənkənar  təhsil  müəssisələri  haqqında  Azərbaycan 

Respublikası  Təhsil  Nazirliyinin  təlimati  –  metodik  və  statistik 

məktub”unda  deyilir:  “Məktəbdənkənar  təhsil  uĢaq,  yeniyetmə  və 

gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, 

yaradıcılıq  qabiliyyətlərinin  inkiĢafı,  fiziki  cəhətdən  sağlam  böyü-

mələri üçün əlveriĢli Ģərait yaradır, onların istirahətinin, asudə vaxt-

larının mənalı təĢkilini təmin edir. 

Məktəbdənkənar  təlim-tərbiyə  könüllülük  əsasında  qurulur, 

ailə, təhsil müəssisələri, ictimai təĢkilatlar, yaradıcılıq birlikləri, cə-

miyyətlər,  fondlar,  əmək  kollektivləri  ilə  birlikdə,  həmçinin  ayrı-

ayrı vətəndaĢların köməyi ilə aparılır. Məktəbdənkənar təhsil müəs-

sisələrinə  aĢağıdakılar  daxildir:  uĢaq-gənc  yaradıcılıq  sarayları,  ev-

ləri, klublar, bədii, estetik, texniki, ekoloji, turizm və diyarĢünaslıq 

yönümlü mərkəzlər, uĢaq-gənclər idman və Ģahmat məktəbləri və s. 

Məktəbdənkənar  təhsil  müəssisələrində  məĢğul  olan  uĢaqlar,  Ģa-

girdlər,  tələbələr  məktəbdənkənar  təhsil  müəssisələrinin  xidmətlə-

rindən  pulsuz  və  güzəĢtlə  istifadə  edirlər.  Məktəbdənkənar  təhsil 

müəssisələrində  iĢin  məzmun  və  formalarını  həmin  müəssisələrin 

Ģuraları müəyyən edir. 

Məktəbdənkənar  təhsil  müəssisələrinin  əsas  fəaliyyət  istiqa-

mətlərini aĢağıdakı kimi qruplaĢdırmaq olar: 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə