Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə146/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   142   143   144   145   146   147   148   149   ...   176

 

448 


 

 

XIII fəsil 

 

ŞAGİRD ÖZÜNÜİDARƏ ORQANLARI 

 

 

Əhatə olunan məsələlər: 

 

13.1. Şagird özünüidarə orqanları və onların təşkili metodikası. 

13.2. Özünüidarə orqanlarının komissiyaları. 

13.3. Sinif rəhbəri,  məktəb uşaq və gənclər təşkilatı. 



 


 

449 


13.1. Şagird özünüidarə orqanları və onların  

təşkili metodikası 

 

Müasir  məktəbdə  kollektiv  özünüidarəni  həyata  keçirmədən 

yeni  nəslin  təlim-tərbiyəsi  sahəsində  müvəffəqiyyət  əldə  etmək 

çətindir. Buna görə də Ģagird özünüidarəsinin təĢkili məktəbin əsas 

vəzifələrindən biri olmalıdır. 

Özünüidarəyə  daxildir:  işin  planlaşdırılması,  təşkili,  nəzarət 

və hesabaalma. 

Məktəbdə Ģagird özünüidarəsini həyata keçirmək üçün Ģagird 

komitələri  yaradılmalıdır.  Onlar  məktəbdə  özünüidarənin  təĢkilinin 

əsas  və  ən  səmərəli  yollarından  biridir.  ġagird  komitələri  ayrı-ayrı 

komissiyaların  iĢini  özündə  birləĢdirir.  Həmin  komissiyaların  rəh-

bərliyi isə özünüidarə orqanları kimi fəaliyyət göstərir. 

ġagird  özünüidarəsinin  təĢkili  sahəsində  məktəblərdə  bir  sıra 

müvəffəqiyyətli  nəticələr  əldə  olunsa  da,  bəzi  məktəblərdə  özünü-

idarəetmə prinsipini praktik Ģəkildə lazımınca həyata keçirilmir. 

Bəzən Ģagird  özünüidarə  orqanları  heç də  bütün  fəaliyyətinin 

bütün sahələrini əhatə etmir. Halbuki, Ģagird Ģəxsiyyətini hərtərəfli 

və ahəngdar inkiĢaf etdirmək vəzifəsini, tərbiyəyə kompleks yanaĢ-

ma prinsipini həyata keçirmək məktəb rəhbərlərindən Ģagirdləri fəa-

liyyətin bütün növlərinə cəlb etmələrini tələb edir. 

ġagird özünüidarəsini necə təĢkil etmək olar? Bu məqsədlə si-

nif rəhbəri  Ģagirdlərin maraqlarını  ətraflı  öyrənməlidir.  Bu zaman o, 

Ģagirdləri öyrənmə yollarından istifadə etməlidir. Bunun üçün müĢa-

hidə, müsahibə, anket sorğusu, Ģagirdin yaradıcı fəaliyyətinin öyrənil-

məsi və s. kimi metodlardan istifadə etmək daha məqsədəuyğundur. 

 

 

13.2. Özünüidarə orqanlarının komissiyaları 

 

ġagirdlərin maraqlarını öyrəndikdən sonra müəllim onları ko-

misiyalar Ģəklində qruplara bölə bilər. Komissiyalar aĢağıdakı kimi 

təĢkil edilə bilər: 



1. Təlim komissiyası (əqli tərbiyə sahəsində); 

2. TəĢkilatçılıq komissiyası (təşkilati işlər sahədə); 

3. Bacarıqlı əllər komissiyası (əmək tərbiyəsi sahəsində); 


 

450 


4.  Maraqlı  iĢlər  və  incəsənət  komissiyası  (əxlaq  və  estetik 

tərbiyəsi sahəsində); 

5. Ġdmançılar komissiyası (fiziki tərbiyə üzrə); 

6. Nəzarətçilər komissiyası (intizam tərbiyəsi üzrə). 

Hər bir komissiyaya maraqlarından asılı olaraq müxtəlif sayda 

Ģagirdlər  üzv  ola  bilər.  Həmin  Ģagirdlər  öz  aralarında  komissiyaya 

rəhbər  seçirlər.  Rəhbər  seçkisi  zamanı  müəllim  sosiometriya  üsu-

lundan  istifadə  edərək  həmin  qrupun  faktik  liderini  müəyyən  edib, 

rəhbər seçməlidir. 

Sonra sinif rəhbəri hər bir qrupun rəhbəri ilə həmin komis- si-

yanın  iĢ  planını  tərtib  edir.  Planın  aylıq  hazırlanması  daha  məqsə- 

dəuyğundur.  ĠĢ  planı  tərtib  edilərkən  həmin  qrupa  daxil  olan  Ģa- 

girdlərin bilik səviyyəsi, həyat təcrübəsi və yaĢ xüsusiyyətləri nəzə-

rə alınmalıdır. 

Planda  nəzərdə  tutulan  tədbirlərin  kim  tərəfindən  icra  edil- 

məsini  müəyyənləĢdirmək  də  xüsusi  əhəmiyyət  kəsb  edir.  Qrup 

üzvlərinin hər biri ayrı-ayrılıqda hansı iĢləri görmələrini özləri üçün 

tam dərk etməlidirlər. 

Sinif  rəhbəri  plan  tutulmasında  ilk  vaxtlarda  Ģagirdlərə  kö- 

mək  etməlidir.  Onlar  özləri  plan  tutmağı  öyrəndikdən  sonra  bu  iĢə 

sinif rəhbərinin  nəzarət  etməsi  kifayətdir. Odur ki,  sinif  rəhbəri Ģa-

girdlərə iĢi planlaĢdırmağı öyrətməlidir. 

Tədbirlər planı hazırlanarkən sinif rəhbəri hər bir qrupun han-

sı iĢlər görməsi ilə əlaqədar qrup üzvləri ilə söhbətlər keçirməlidir. 

Sinif rəhbəri tədbirlər planında müəyyən düzəliĢlər aparmalıdır. 

Qrupların iĢləri elə təĢkil edilməlidir ki, hər bir qrupun üzvləri 

müxtəlif günlərdə fəaliyyət göstərsin, tədbirlərdə sinif Ģagirdlərinin 

hamısı iĢtirak edə bilsin. Təcrübə göstərir ki, qrup fəaliyyətini gün-

lər üzrə aĢağıdakı kimi planlaĢdırmaq faydalıdır: 



I günlər sinif iclaslarının keçirilməsi məqsədəuyğundur. Ġclas 

sinif  kollektivinin  ali  orqanıdır.  Orada  qrupların  həftəlik  fəaliyyə-

tinə yekun vurulur, növbəti həftə ərzində onun vəzifələri və iĢ planı 

təhlil edilir. 



I-III-V günlər təlim qrupuna daxil olan Ģagirdlər dərsdən (bə-

zən də tədbirdən) aĢağı qiymət alan Ģagirdlərlə məĢğul olurlar. On-

lara  dərslərini,  ev  tapĢırıqlarını  yerinə  yetirməkdə  kömək  edirlər. 

Eyni  zamanda  bu  qrupa  daxil  olan  Ģagirdlər  müxtəlif  müzakirələr 




 

451 


təĢkil edirlər. 

II günlər təbliğatçılar qrupunun iĢi təĢkil olunur. Onlar həftə 

ərzində  ölkəmizin  və  respublikamızın  siyasi  həyatında  baĢ  verən 

hadisələr  haqqında  Ģagirdlərə  məlumat  verir,  siyasi  mövzularda 

müzakirələr təĢkil edir, divar qəzetləri və bülletenlər hazırlayırlar. 



III günlər idman qrupuna daxil olan Ģagirdlər müxtəlif idman 

oyunları keçirirlər. 



IV  günlər  bacarıqlı  əllər  qrupu  Ģagirdlərin  müxtəlif  ictimai-

faydalı fəaliyyətini təĢkil edir. 



V  günlər  isə  maraqlı  iĢlər  qrupu  fəaliyyət  göstərərək  müx- 

təlif  mövzulu  tədbirlər  (gəzintilər,  ekskursiyalar,  teatr  və  kinolara 

baxıĢ)  təĢkil  edirlər.  Bütün  bu  tədbirlər  Ģagirdlərin  təlim  fəaliyyəti 

ilə əlaqələndirilərsə daha faydalı olar. 

ġagird özünüidarəsində planlaĢdırma iĢin ancaq baĢlanğıcıdır. 

ġagird özünüidarəsinin təĢkili daha çətin məsələdir. Hər bir tədbirin 

planauyğun, məzmunlu keçirilməsi üçün qrup üzvlərindən bir və ya 

iki nəfər həmin iĢin təĢkilatçısı təyin olunur. 

ġagirdlərin fəaliyyəti, öz ictimai vəzifələrini necə yerinə yetir-

mələrinə  nəzarət  edilməsi,  onların  fəaliyyətinin  qiymətləndirilməsi 

nəzarət  qrupunun  funksiyasına  daxildir.  Bu  qrupun  üzvləri  nəzarət 

ilə yanaĢı, keçirilən tədbirlərin uçotunu aparır, həmin tədbirin gedi-

Ģində fəal və passiv Ģagirdlərin adlarını qeyd edirlər. ġagird kollek-

tivi  Ģagirdlər  üçün  qaydalarda  irəli  sürülən  tədbirlərə  əməl  etməli-

dirlər.  Onların  bu  tələbləri  necə  yerinə  yetirmələri  üzərində  sosial 

nəzarət xüsusilə vacibdir. Nəzarətçilər qrupu bu istiqamətdə müəy-

yən əhəmiyyətə malikdir. Onlar Ģagirdlərin bu tələbləri necə  yerinə 

yetirmələrinə nəzarət edir, yeri gəldikdə, təĢkilat saatında bu məsə-

lələr haqqında məlumat verirlər. 

ġagirdlərə tapĢırıqların verilməsi xüsusi əhəmiyyət kəsb edir. 

Buna görə də tapĢırıq veriləcək Ģagird müəllim tərəfindən hərtərəfli 

öyrənilməlidir. ĠĢ elə qurulmalıdır ki, tapĢırıqlar Ģagirdlərin ictimai 

fəallıqlarının artmasına Ģərait yaratsın. Bəzən elə olur ki, Ģagirdə ve-

rilən tapĢırıq onun gücünə müvafiq olmur. Belə hallarda o, tapĢırıq-

dan  yayınmağa  çalıĢır.  Dərsdə  Ģagird  özünüidarəsinin  həyata  keçi-

rilməsi  böyük  təlim  və  tərbiyə  əhəmiyyətinə  malikdir.  Bu  Ģagird-

lərin ictimai və idraki fəallığının artmasına səbəb olur, təlim-tərbiyə 

prosesinin keyfiyyətini yüksəldir. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə