448
XIII fəsil
ŞAGİRD ÖZÜNÜİDARƏ ORQANLARI
Əhatə olunan məsələlər:
13.1. Şagird özünüidarə orqanları və onların təşkili metodikası.
13.2. Özünüidarə orqanlarının komissiyaları.
13.3. Sinif rəhbəri, məktəb uşaq və gənclər təşkilatı.
449
13.1. Şagird özünüidarə orqanları və onların
təşkili metodikası
Müasir məktəbdə kollektiv özünüidarəni həyata keçirmədən
yeni nəslin təlim-tərbiyəsi sahəsində müvəffəqiyyət əldə etmək
çətindir. Buna görə də Ģagird özünüidarəsinin təĢkili məktəbin əsas
vəzifələrindən biri olmalıdır.
Özünüidarəyə daxildir: işin planlaşdırılması, təşkili, nəzarət
və hesabaalma.
Məktəbdə Ģagird özünüidarəsini həyata keçirmək üçün Ģagird
komitələri yaradılmalıdır. Onlar məktəbdə özünüidarənin təĢkilinin
əsas və ən səmərəli yollarından biridir. ġagird komitələri ayrı-ayrı
komissiyaların iĢini özündə birləĢdirir. Həmin komissiyaların rəh-
bərliyi isə özünüidarə orqanları kimi fəaliyyət göstərir.
ġagird özünüidarəsinin təĢkili sahəsində məktəblərdə bir sıra
müvəffəqiyyətli nəticələr əldə olunsa da, bəzi məktəblərdə özünü-
idarəetmə prinsipini praktik Ģəkildə lazımınca həyata keçirilmir.
Bəzən Ģagird özünüidarə orqanları heç də bütün fəaliyyətinin
bütün sahələrini əhatə etmir. Halbuki, Ģagird Ģəxsiyyətini hərtərəfli
və ahəngdar inkiĢaf etdirmək vəzifəsini, tərbiyəyə kompleks yanaĢ-
ma prinsipini həyata keçirmək məktəb rəhbərlərindən Ģagirdləri fəa-
liyyətin bütün növlərinə cəlb etmələrini tələb edir.
ġagird özünüidarəsini necə təĢkil etmək olar? Bu məqsədlə si-
nif rəhbəri Ģagirdlərin maraqlarını ətraflı öyrənməlidir. Bu zaman o,
Ģagirdləri öyrənmə yollarından istifadə etməlidir. Bunun üçün müĢa-
hidə, müsahibə, anket sorğusu, Ģagirdin yaradıcı fəaliyyətinin öyrənil-
məsi və s. kimi metodlardan istifadə etmək daha məqsədəuyğundur.
13.2. Özünüidarə orqanlarının komissiyaları
ġagirdlərin maraqlarını öyrəndikdən sonra müəllim onları ko-
misiyalar Ģəklində qruplara bölə bilər. Komissiyalar aĢağıdakı kimi
təĢkil edilə bilər:
1. Təlim komissiyası (əqli tərbiyə sahəsində);
2. TəĢkilatçılıq komissiyası (təşkilati işlər sahədə);
3. Bacarıqlı əllər komissiyası (əmək tərbiyəsi sahəsində);
450
4. Maraqlı iĢlər və incəsənət komissiyası (əxlaq və estetik
tərbiyəsi sahəsində);
5. Ġdmançılar komissiyası (fiziki tərbiyə üzrə);
6. Nəzarətçilər komissiyası ( intizam tərbiyəsi üzrə).
Hər bir komissiyaya maraqlarından asılı olaraq müxtəlif sayda
Ģagirdlər üzv ola bilər. Həmin Ģagirdlər öz aralarında komissiyaya
rəhbər seçirlər. Rəhbər seçkisi zamanı müəllim sosiometriya üsu-
lundan istifadə edərək həmin qrupun faktik liderini müəyyən edib,
rəhbər seçməlidir.
Sonra sinif rəhbəri hər bir qrupun rəhbəri ilə həmin komis- si-
yanın iĢ planını tərtib edir. Planın aylıq hazırlanması daha məqsə-
dəuyğundur. ĠĢ planı tərtib edilərkən həmin qrupa daxil olan Ģa-
girdlərin bilik səviyyəsi, həyat təcrübəsi və yaĢ xüsusiyyətləri nəzə-
rə alınmalıdır.
Planda nəzərdə tutulan tədbirlərin kim tərəfindən icra edil-
məsini müəyyənləĢdirmək də xüsusi əhəmiyyət kəsb edir. Qrup
üzvlərinin hər biri ayrı-ayrılıqda hansı iĢləri görmələrini özləri üçün
tam dərk etməlidirlər.
Sinif rəhbəri plan tutulmasında ilk vaxtlarda Ģagirdlərə kö-
mək etməlidir. Onlar özləri plan tutmağı öyrəndikdən sonra bu iĢə
sinif rəhbərinin nəzarət etməsi kifayətdir. Odur ki, sinif rəhbəri Ģa-
girdlərə iĢi planlaĢdırmağı öyrətməlidir.
Tədbirlər planı hazırlanarkən sinif rəhbəri hər bir qrupun han-
sı iĢlər görməsi ilə əlaqədar qrup üzvləri ilə söhbətlər keçirməlidir.
Sinif rəhbəri tədbirlər planında müəyyən düzəliĢlər aparmalıdır.
Qrupların iĢləri elə təĢkil edilməlidir ki, hər bir qrupun üzvləri
müxtəlif günlərdə fəaliyyət göstərsin, tədbirlərdə sinif Ģagirdlərinin
hamısı iĢtirak edə bilsin. Təcrübə göstərir ki, qrup fəaliyyətini gün-
lər üzrə aĢağıdakı kimi planlaĢdırmaq faydalıdır:
I günlər sinif iclaslarının keçirilməsi məqsədəuyğundur. Ġclas
sinif kollektivinin ali orqanıdır. Orada qrupların həftəlik fəaliyyə-
tinə yekun vurulur, növbəti həftə ərzində onun vəzifələri və iĢ planı
təhlil edilir.
I-III-V günlər təlim qrupuna daxil olan Ģagirdlər dərsdən (bə-
zən də tədbirdən) aĢağı qiymət alan Ģagirdlərlə məĢğul olurlar. On-
lara dərslərini, ev tapĢırıqlarını yerinə yetirməkdə kömək edirlər.
Eyni zamanda bu qrupa daxil olan Ģagirdlər müxtəlif müzakirələr
451
təĢkil edirlər.
II günlər təbliğatçılar qrupunun iĢi təĢkil olunur. Onlar həftə
ərzində ölkəmizin və respublikamızın siyasi həyatında baĢ verən
hadisələr haqqında Ģagirdlərə məlumat verir, siyasi mövzularda
müzakirələr təĢkil edir, divar qəzetləri və bülletenlər hazırlayırlar.
III günlər idman qrupuna daxil olan Ģagirdlər müxtəlif idman
oyunları keçirirlər.
IV günlər bacarıqlı əllər qrupu Ģagirdlərin müxtəlif ictimai-
faydalı fəaliyyətini təĢkil edir.
V günlər isə maraqlı iĢlər qrupu fəaliyyət göstərərək müx-
təlif mövzulu tədbirlər (gəzintilər, ekskursiyalar, teatr və kinolara
baxıĢ) təĢkil edirlər. Bütün bu tədbirlər Ģagirdlərin təlim fəaliyyəti
ilə əlaqələndirilərsə daha faydalı olar.
ġagird özünüidarəsində planlaĢdırma iĢin ancaq baĢlanğıcıdır.
ġagird özünüidarəsinin təĢkili daha çətin məsələdir. Hər bir tədbirin
planauyğun, məzmunlu keçirilməsi üçün qrup üzvlərindən bir və ya
iki nəfər həmin iĢin təĢkilatçısı təyin olunur.
ġagirdlərin fəaliyyəti, öz ictimai vəzifələrini necə yerinə yetir-
mələrinə nəzarət edilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi
nəzarət qrupunun funksiyasına daxildir. Bu qrupun üzvləri nəzarət
ilə yanaĢı, keçirilən tədbirlərin uçotunu aparır, həmin tədbirin gedi-
Ģində fəal və passiv Ģagirdlərin adlarını qeyd edirlər. ġagird kollek-
tivi Ģagirdlər üçün qaydalarda irəli sürülən tədbirlərə əməl etməli-
dirlər. Onların bu tələbləri necə yerinə yetirmələri üzərində sosial
nəzarət xüsusilə vacibdir. Nəzarətçilər qrupu bu istiqamətdə müəy-
yən əhəmiyyətə malikdir. Onlar Ģagirdlərin bu tələbləri necə yerinə
yetirmələrinə nəzarət edir, yeri gəldikdə, təĢkilat saatında bu məsə-
lələr haqqında məlumat verirlər.
ġagirdlərə tapĢırıqların verilməsi xüsusi əhəmiyyət kəsb edir.
Buna görə də tapĢırıq veriləcək Ģagird müəllim tərəfindən hərtərəfli
öyrənilməlidir. ĠĢ elə qurulmalıdır ki, tapĢırıqlar Ģagirdlərin ictimai
fəallıqlarının artmasına Ģərait yaratsın. Bəzən elə olur ki, Ģagirdə ve-
rilən tapĢırıq onun gücünə müvafiq olmur. Belə hallarda o, tapĢırıq-
dan yayınmağa çalıĢır. Dərsdə Ģagird özünüidarəsinin həyata keçi-
rilməsi böyük təlim və tərbiyə əhəmiyyətinə malikdir. Bu Ģagird-
lərin ictimai və idraki fəallığının artmasına səbəb olur, təlim-tərbiyə
prosesinin keyfiyyətini yüksəldir.
Dostları ilə paylaş: |